This movie requires Flash Player 9

This movie requires Flash Player 9

This movie requires Flash Player 9

  • .
  • .
  • .
  • .
  • .
  • .
  • .
  • .
  • .

on

AVRASİYA İNNOVASİYA İNSTİTUTUNUN NÜMAYƏNDƏ HEYƏTİ TÜRKİYƏDƏ ANADOLU UNİVERSİTETİNİN TƏŞKİL ETDİYİ KONFRANSDA İŞTİRAK EDİB »

Türkiyənin Antalya şəhərində 14-19 aprel tarixlərində keçirilən Anadolu Universitetinin “Açıqöğretim Büroları Peşə Təlimləri (Treninqləri) Proqramı” adlı konfransına universitetin Türkiyədə və xaricdə fəaliyyət göstərən bürolarının idarəçiləri, universitetin rəhbərliyi və professor-müəllim heyəti, o cümlədən Açıköğretim Fakültəsinin müəllimləri və texniki əməkdaşları, həmçinin Anadolu Universitetinin Azərbaycandandakı tərəfdaş qurumunun- Avrasiya İnnovasiya İnstitutu İH rəhbərinin birinci müavini Azər Hətəmov və institutun əməkdaşı Cihan Deveci qatılıblar. İki mərhələdə keçirilən konfransda ümumilikdə 500-ə yaxın insan iştirak edib. Konfrans ərzində keçirilən 8 müxtəlif iclas zamanı Anadolu Universiteti, eləcə də universitetin Açıköğretim Sisteminin uğurlu fəaliyyətlərindən, həyata keçirilən layihələrdən danışılıb və gələcəkdə atılacaq addımlar, perspektivdə nəzərdə tutulan işlərlə bağlı fikir mübadiləsi aparılıb.
Konfransın açılışında çıxış edən Anadolu Universitetinin rektoru Davut Aydın, 30 ildən çox tarixi olan Açıköğretim Sisteminin bu günədək əldə etdiyi müvəffəqiyyətlərdən və bu günkü qürurverici mənzərənin ərsəyə gəlməsində ötən illər ərzində görülən işlərdən danışaraq toplantı iştirakçılarına ətraflı məlumat verib. 30 il əvvəl 29 min tələbəylə çıxdıqları bu yolda, ötən illər ərzində həyata keçirdikləri yenilikçi layihələrlə, əldə etdikləri təcrübələrlə, informasiya və infrastrukturuyla Anadolu Universiteti Açıköğretim Sisteminin dalğa kimi böyüyərək yayıldığını vurğulayan rektor, 2012-ci il sentyabrın 1-dən 2013-cü il aprelin 15-dək ümumilikdə dünyanın 160 ölkəsində 16 166 515 nəfərin “e-Öğrenme” portalına, “iTunes U”-ya daxil olduğunu və buradan elektron formatda kitabları öz kompüter və digər məlumat daşıyıcılarına yüklədiklərini bildirib. Bu günə qədər Anadolu Universitetinin rəsmi internet saytından istifadə edənlərin statistikasına da diqqət çəkən Davut Aydın, Almaniyadan 668 627, Azərbaycandan 43 568, İngiltərədən 8 258, Fransada 7 960, Yunanıstandan 5 400, Niderlanddan 4 800, İsveçrədən 4 700, Rusiyadan 3 500, Bolqarıstandan 2 300, İspaniyadan 765 nəfər istifadəçinin Anadolu Universitetinin internet saytına daxil olduqlarını bildirib.
D.Aydın, Anadolu Universitetinin Açıköğretim sisteminin fəaliyyətində informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə edilməsilə “distant təhsil prosesində Anadolu Universitetinin qlobal dünyada öz layiqli yerini tutduğunu” deyib. O bildirib ki, distant təhsil sahəsində “informasiya və kommunikasiya texnologiyalarını ən yaxşı formada istifadə edən bir universitet olaraq Anadolu Universiteti indi yeni bir dövrə çatmışdır. Artıq, Anadolu Universiteti informasiya və kommunikasiya texnologiyaları sahəsində Türkiyənin lideridir. Bu sahədəki liderliyimizi daha da irəliyə aparmağa davam edirik”. Bütün bu uğurun birgə səylər nəticəsində əldə edildiyini vurğulayan rektor, gələcəkdə də birlikdə neçə belə nailiyyətlərə imza atacaqlarına əmin olduğunu söyləyib.
Daha sonra çıxış edən Anadolu Universiteti rektorunun müavini Aydın Ziya Özgür də konfrans iştirakçılarını Açıköğretim Sisteminin 30 illik yubileyi münasibətilə təbrik edib. Türkiyədəki tələbələrin 60 faizinin Açıköğretim sistemi ilə Anadolu Universitetində təhsil aldığını deyən A.Z.Özgür, uzaqdan təhsil sistemilə dünyanın 30 ölkəsində və bütün Türkiyə ərazisindəki tələbələrinə beynəlxalq standartlara uyğun təhsil xidməti göstərən Anadolu Universitetinin Avropadakı ilk 40 universitetdən biri olduğunu bildirib. Tələbələrə göstərilən təhsil xidmətlərinin keyfiyyətini daha da artıra bilmək üçün işlərin davam etdiyini vurğulayan A.Z.Özgür, universitetin bu sahədəki fəaliyyətinə nümunə olaraq “TRT Okul” kanalına diqqət çəkərək təhsil xidmətlərinin son üç ildə artıq tələbənin “ayağına” qədər çatdırıldığını deyib.
Anadolu Universiteti rektorunun müavini Naci Gündoğan da çıxış edərək Açıköğretimdə yeni bir dövrə “e-Öğrenme seferberliği”nə başladıqlarını deyib. N.Gündoğan, dünyadakı tendensiyanın artıq açıq və uzaqdan (distant) təhsilin əyani təhsil sistemləriylə sintezlənməsi, birləşdirilməsi yönündə olduğunu və Anadolu Universiteti də bu tendensiyadan kənarda qalmadığını, universitetdə çalışan 2300-ə yaxın professor-müəllim heyətininin hamısını bu layihəyə cəlb edildiyin bildirib. N.Gündoğan, bundan sonra əyani təhsil verən fakültələrdə çalışan bütün müəllimlərin Açıköğretim Sistemində də çalışacaqlarını deyib.
Konfransda çıxış edən Açıköğretim Fakültəsinin dekanı Kerim Banar da Anadolu Universitetinin distant təhsil sahəsində köklü islahatlara imza atdığını, Boloniya prosesinin tələblərinə uyğun olaraq 2012-2013-cü dərs ilinin əvvəlində Semestr Kredit Sisteminə keçdiklərini və 1 milyon 200 minə yaxın uzaqdan təhsil alan aktiv tələbənin hamısının artıq bu sistem üzrə oxuduqlarını vurğulayıb. Kerim Banar onu da qeyd etdi ki, uzaqdan təhsil alan tələbələr üçün bütün dərs vəsaitləri yenilənərək elektron formata keçirilir və gün keçdikcə internet üzərindən həmin vəsaitlərdən istifadə edən tələbələrin də sayı artmaqda davam edir.
Sonra konfransda çıxış Anadolu Universiteti “Batı Avropa Proqramları”nın Büro idarəçisi Ahmet Atilla Doğan da Açıköğretim Sisteminin üstünlüklərindən, dərs vəsaitlərinin elektronlaşdırılmasının təhsil prosesinə verdiyi töhfədən, Qərbi Avropa ölkələrindən Anadolu Universitetində distant təhsil alan tələbələr üçün Almaniyada yaradılan şəraitdən və onlara göstərilən xidmətlərdən danışıb.
Daha sonra Anadolu Universitetində Azərbaycandan distant formada təhsil alan tələbələrə xidmət göstərən, Anadolu Universitetinin Azərbaycandakı tərəfdaş qurumu- Avrasiya İnnovasiya İnstitutu İH rəhbərinin birinci müavini Azər Hətəmov çıxış edib. A. Hətəmov Anadolu Universitetinin “Azərbaycan Proqramları”, əldə edilən uğurlar və nəticələrlə bağlı konfrans iştirakçılarına ətraflı məlumat verib. O, distant təhsil sistemi ilə Azərbaycandan təhsil alan tələbələr üçün yaradılan şəraitdən, Anadolu Universiteti müəllimlərinin Azərbaycandakı tələbələrə videokonfrans vasitəsilə oxuduqları mühazirə dərslərinin təşkilindən, tələbələrə daha yaxşı təhsil xidməti göstərilməsi üçün görülən işlərdən və tələbələrin təhsil almaları üçün xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilməsi məqsədilə nəzərdə tutulan perspektiv layihələrdən danışıb.
Sonra çıxış edən Kosova təmsilçisi Esen Spahi və Makedonya təmsilçisi Ertan Derviş də Anadolu Universitetində həmin ölkələrdən distant formada təhsil alan tələbələr üçün gəldikləri ölkələrdə yaradılmış şəraitdən, tədris prosesinin yüksək formada təşkilindən və tələbələrin məmnuyyətindən, eləcə də layihənin daha da inkişaf etdirilməsi üçün görüləcək işlər barədə konfrans iştirakçılarına ətraflı məlumat veriblər.
İki mərhələli şəkildə, bir həftə davam edən konfrans zamanı tədbir iştirakçılarının şərəfinə yemək ziyafətləri verilib. Ziyafət zamanı Türkiyənin tanınmış müğənnilərindən Coşkun Sabah da konfrans iştirakçılarının qarşısında konsert proqramı ilə canlı çıxış edib.







TÜRKİYƏNİN ANADOLU UNİVERSİTETİNİN NÜMAYƏNDƏ HEYƏTİNİN ÜZVLƏRİ AZƏRBAYCANIN BİR SIRA ALİ MƏKTƏBLƏRİNİ VƏ HEYDƏR ƏLİYEV FONDUNU ZİYARƏT EDİBLƏR »

Ölkəmizdə səfərdə olan Türkiyənin Anadolu Universitetinin nümayəndə heyəti martın 5-də Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Qulu Novruzovla görüşüb. Görüşdə Anadolu Universiteti rektorunun müavini Meryem Akoğlan Kozak, Azərbaycan Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin sədri Cemal Yangın, Avrasiya İnnovasiya İnstitutu İdarə Heyəti rəhbərinin birinci müavini Azər Hətəmov və Anadolu Universiteti nümayəndə heyətinin üzvləri iştirak ediblər. Təhsil Nazirinin müavini Qulu Novruzov qonaqları səmimi salamlayaraq Türkiyə ilə Azərbaycanın təhsil sahəsindəki əməkdaşlığından, uğurla davam etdirilən birgə layihələrdən bəhs edib və qeyd edib ki, xaricdə oxuyan azərbaycanlı tələbələrin böyük əksəriyyəti Türkiyənin ali təhsil müəssisələrində təhsil alırlar. Q.Novruzov onu da vurğulayıb ki, son illərdə Azərbaycanda ali təhsil alan türkiyəli tələbələrin sayı da xeyli artmışdır.

Anadolu Universiteti rektorunun müavini Meryem Akoğlan Kozak da Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin bir qrupunun məhz Anadolu Universitetində oxuduqlarını və hər il həmin tələbələrin yüksək nailiyyətlərlə universitetdən məzun olaraq vətənlərinə qayıtdıqlarını bildirib.

Görüşdə ümumilikdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın çərçivəsinin daha da genişləndirilməsinin, təcrübə mübadiləsinin daha da artırılmasının vacibliyi vurğulanıb və Anadolu Universiteti ilə Azərbaycanın bir sıra ali məktəbləri arasında müxtəlif sahələrdə əlaqələrin qurulmasının əhəmiyyətinə toxunulub.

on

Daha sonra Anadolu Universitetinin nümayəndə heyəti Heydər Əliyev Fondunu ziyarət edib. Fondda səmimi qarşılanan nümayəndə heyətinin üzvlərinə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, Fond ulu öndər Heydər Əliyevin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial–iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.

Ümummilli liderin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotolara, habelə müxtəlif eksponatlara nəzər yetirən qonaqlar, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu haqqında fikirləri ilə tanış olmuş, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş fotoşəkillərə maraqla baxıblar. Ümummilli liderin zəkasının bəhrəsi olan və indi onun adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin maketi qonaqlarda xüsusi maraq doğurub. Sonda qonaqlar Fondun xatirə kitabına öz ürək sözlərini yazıblar.

Daha sonra Anadolu Universitetinin nümayəndə heyəti Bakı Dövlət Universitetinin Hüquq Fakültəsini ziyarət edib. Hüquq Fakültəsinin dekanı Ufuk Aydının da tərkibində olduğu nümayəndə heyəti Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinin dekanı Əmir Əliyevlə görüşüblər. Əsasən, iki ali təhsil ocağının analoji fakültələri arasında əməkdaşlıq perspektivlərinin müzakirə olunduğu görüşdə birgə layihələrin hazırlanmasının və əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb. Görüşdə Avrasiya İnnovasiya İnstitutu İdarə Heyəti sədrinin birinci müavini Azər Hətəmov və Bakı Dövlət Universitetinin Hüquq Fakültəsininin rəhbər-müəllim heyəti iştirak edib.

Anadolu Universitetinin nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetini də ziyarət edib. Qonaqları Azərbaycan Memarlıq və İnşaat Universitetinin prorektoru Fərhad Cəfərov qəbul edib. Görüşdə Anadolu Mühəndislik Memarlıq Fakültəsinin dekanı Tuncay Döğeroğlu, Fakültənin Sənaye Mühəndisliyi Kafedrasının müdiri Rəfail Qasımbəyli və Azərbaycan Memarlıq və İnşaat Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektor Nərgiz Abdullayeva iştirak ediblər.

Görüşdə əsasən Anadolu Universiteti Mühəndislik Memarlıq Fakültəsi ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin müvafiq fakültələri arasında mümkün əməkdaşlığa dair ətraflı müzakirələr aparılıb, gələcəkdə əməkdaşlığın davam etdirilməsi istiqamətində ilkin razılıq əldə olunub.

Anadolu Universitetinin nümayəndə heyətinin tərkibində yer alan universitetin Kitabxana və Sənədləşmə Şöbəsi müdiri Adnan Yılmazın rəhbərlik etdiyi bir qrup da Azərbaycan Diplomatik Akademiyasında olub. Görüşə Anadolu Universiteti Hüquq Fakültəsinin dekanı Ufuk Aydın, Mühəndislik Memarlıq Fakültəsinin dekanı Tuncay Döğeroğlu, Avrasiya İnnovasiya İnstitutu İH rəhbərinin birinci müavini Azər Hətəmov da qatılıblar. Qonaqları qəbul edən Azərbaycan Diplomatik Akademiyasının prorektoru Fariz İsmayılzadə onları səmimi salamlayaraq, iki qardaş ölkənin nüfuzlu ali təhsil ocaqları arasında qurulan əlaqələrdən, uğurla həyata keçirilən birgə layihələrdən danışdı, əməkdaşlığın çərçivəsinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Daha sonra qonaqlar Akademiyada yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, Akademiyada tədris ingilis dilində aparıldığından burada xarici ölkələrin tanınmış universitetlərindən 15 professor da daxil olmaqla, 35 pedaqoq çalışır. Təhsil ocağının yeni inşa edilmiş müasir kitabxana korpusu ilə tanışlıq zamanı qonaqlara məlumat verilib ki, Azərbaycanda ən böyük xarici dilli kitabxanaya malik olan Akademiyada ingilis dilində 120 min kitab var.

Anadolu Universiteti ilə Azərbaycan Diplomatik Akademiyasının əməkdaşlığı çərçivəsində iki ali məktəbin kitabxanaları arasında təcrübə və elektron resursların mübadiləsinin mümkün yolları müzakirə olunub.

Akademiyadan xoş təəssüratlarla ayrılan qonaqlar dünyaca məşhur ali təhsil ocaqlarından biri olan Azərbaycan Diplomatik Akademiyasını ziyarətdən çox məmnun qaldıqlarını ifadə ediblər.

ANADOLU UNİVERSİTETİ SİMFONİK ORKESTRİ BAKIDA “BİR MİLLƏT, İKİ DÖVLƏT: TÜRKİYƏ – AZƏRBAYCAN DOSTLUQ KONSERTİ” ADLI PROQRAMLA ÇIXIŞ ETDİ »

Martın 5-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında təşkil edilən və dirijor Cemi`i Can Deliorman tərəfindən idarə olunan konsertə pianoçu Gökhan Aybulus solist olaraq qatıldı. Konsertdə Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Alper Coşkun, Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası İşçi Qrupuna üzv millət vəkilləri, Avrasiya İnnovasiya İnstitutunun rəhbərliyi və əməkdaşları, alimlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, Anadolu Universiteti “Azərbaycan Proqramları”nda distant formada təhsil alan bir qrup tələbə və azərbaycanlı musiqisevərlər iştirak edib.


Konsertdən əvvəl çıxış edən səfir Alper Coşkun, iki ölkə əlaqələrinin hər sahədə olduğu kimi incəsənət sahəsində də müşahidə edilən inkişafından və iki ölkə arasında olan mədəni əlaqələrin yüksək səviyyədə olmasından duyduğu məmnuniyyəti dilə gətirdi. Cənab səfir, konsertin iki ölkə dostluğuna həsr edilməsi onu son dərəcə məmnun etdiyini dedi və belə bir möhtəşəm tədbirin təşkilində əməyi olan hər kəsə, o cümlədən, Anadolu Universitetinin rektoru Davut Aydına, Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) İdarə Heyətinin sədri Cemal Yangına və Avrasiya İnnovasiya İnstitutu İdarə Heyəti rəhbərinin birinci müavini Azər Hətəmova təşəkkür etdi.

Daha sonra çıxış edən Anadolu Universitetinin rektor müavini Meryem Akoğlan Kozak da Anadolu Universiteti Simfonik Orkestri barəsində qonaqlara qısa məlumat verdi. O, orkestrin heyətinin peşəkarlarla yanaşı əsasən universitetdə çalışan müəllimlərdən, pedaqoji işçilərdən və tələbələrdən qurulduğunu bildirdi. Meryem xanım, dost və qardaş Azərbaycandan Türkiyəyə gedərək uzun müddət Anadolu Universitetində çalışan və orkestrin inkişafında əvəzsiz əməyi olan, bir müddət əvvəl vəfat edən 4 azərbaycanlı musiqişünas alimi Professor Zöhrab Adıgözəlzadə, Professor Səidə Qasımova, Professor Nazim Rzayev və Dosent Elxan Rüstəmovun əziz xatirələrinə ehtiramını bildirdi və konsertin təşkilinə görə Avrasiya İnnovasiya İnstitutunun rəhbərliyinə təşəkkür etdi.

Konsertin birinci hissəsində orkestr dünya şöhrətli, görkəmli Azərbaycan bəstəkarları Qara Qarayev və Fikrət Əmirova aid əsərləri, ikinci hissədə isə Türkiyənin məşhur bəstəkarlarından olan Ulvi Cemal Erkinə aid parçaları ifa etdi.


Xatırladaq ki, Anadolu Universiteti Simfonik Orkestri eyni proqramla fevralın 28-də Eskişehirdə universitetin Atatürk Mədəniyyət və İncəsənət Mərkəzində konsert verib. Konsertə Anadolu Universitetinin rektoru Davut Aydın, rektorun müavinləri Naci Gündoğan və Aydın Ziya Özgür, eləcə də Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki Səfirliyinin Təhsil Attaşesi Nəcibə Nəsibova qatılıb. Konsertin sonunda zaldakı musiqisevərlərin hamısı onlara verdikləri musiqi ziyafətinə görə orkestrin üzvlərini uzun müddət ayaqda alqışlayıblar.

2 FEVRAL – GƏNCLƏR GÜNÜ MÜNASİBƏTİLƏ “MÜASİR GƏNCLİK VƏ MİLLİ ŞÜUR” ADLI DƏYİRMİ MASA KEÇİRİLİB »

Fevralın 1-də “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) təşəbbüsü və təşkilatçılığı ilə Gənclər Günü münasibətilə tədbir keçirilib. Tədbirə “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin üzvləri, müxtəlif qurumlarda çalışan gənclər və Anadolu Universiteti “Azərbaycan Proqramlarında” distant formada təhsil alan bir qrup tələbə qatılıb. Tədbirdən əvvəl gənclər, Fəxri Xiyabana gedərək ulu öndərimiz Heydər Əliyevin və onun xanımı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edərək, onların məzarları önünə əklil və gül dəstələri qoyublar. Daha sonra Gənclər Günü münasibətilə “Müasir Gənclik və Milli Şüur” adlı dəyirmi masa keçirilib.
Atatürk Mərkəzində keçirilən tədbirdə əvvəlcə dövlət himni oxunub.
Tədbirdə TUMİB-in sədri Çingiz Bayramov çıxış edərək Azərbaycan gənclərini 2 fevral – Gənclər Günü münasibətilə təbrik edib və bu günü gənclərə bəxş edən ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə hər zaman yaxından dəstək verdiyini deyib və hər bir gəncimizə dövlətimizin xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. Tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüqar Səlimov, millət vəklili Qənirə Paşayeva və digər natiqlər bildiriblər ki, məhz ümummilli lider Heydər Əliyevin 1997-ci il fevralın 1-də imzaladığı Sərəncamla hər il fevralın 2-si ölkəmizdə Azərbaycan Gənclər Günü kimi qeyd olunur. Bu bayramın bütün Azərbaycan gənclərinin bayramı olduğunu deyən natiqlər bildiriblər ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vurğulanıb ki, bu gün Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi həyatında mühüm yer tutur. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün daha fəal çalışır. Bu gün müasir Azərbaycan gəncliyi milli şüura malik olan, xarici dilləri bilən, intellektual səviyyəsi inkişaf etmiş, idman sahəsində öz sözünü demiş, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə edən, müasir dünyagörüşü formalaşan gənclikdir. Müasir gənclik, eyni zamanda, vətənpərvər, millətini, xalqını, ana dilini sevən, tarixini və mədəniyyətini bilən təhsilli gənclikdir. Digər çıxış edənlər də düşmən tapdağı altındakı torpaqlarımızın Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü ordumuz tərəfindən tezliklə azad olunacağına əminliklərini ifadə ediblər.
Azərbaycan Respublikasının Əməkdar artisti Tünzalə Ağayeva, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, TUMİB gənclər mərkəzinin rəhbəri Aidə İmamova, İslahatçı Gənclər Birliyinin sədri Fərid Şahbazlı, fəlsəfə doktoru, rejissor Hüseyn Cavadzadə, “Palitra” qəzetinin müxbiri İlkin Ağayev, Zəngin Azərbaycan Uğrunda İctimai Birliyinin sədri İradə Əliyeva, QHT Alyansının rəhbəri Rufiz Qonaqov və digər natiqlər təbriklərə qoşulub, gənclərə öz məsləhətlərini veriblər.
Sonda qonaqlardan bəziləri “Türkiyə Universitetlərinin Məzunları” İctimai Birliyinin təsis etdiyi “Vətənpərvər gənc” fəxri adlı mükafat ilə təltif olunub. “Vətənpərvər gənc” adlı mükafat millət vəkili Qənirə Paşayeva, əməkdar artist Tünzalə Ağayeva, tanınmış modelyer Fəxriyyə Xələfova, Cabir Murtuzov, İlkin Ağayev, Aidə İmamova, Fərid Şahbazlı, Hüseyn Cavadzadə, Ələddin Əliyev, Ülkər Qasımov və Nurəddin Mehdiyevə təqdim olunub.











TÜRKİYƏ ALİ TƏHSİL ŞURASININ (YÜKSEKÖĞRETİM KURULU) SƏDRİ GÖKHAN ÇETİNSAYANIN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ AZƏRBAYCANA İŞGÜZAR SƏFƏR EDİB »

Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi saytında yayılan məlumata görə, yanvarın 17-də qonaqlar Fəxri Xiyabana gələrək, ulu öndər Heydər Əliyevin, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanını və Türk şəhidliyi abidəsini ziyarət ediblər.
Daha sonra səfər çərçivəsində Bakı Dövlət Universitetində görüş keçirilib. Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Abel Məhərrəmov Azərbaycan ilə Türkiyənin mehriban qardaşlıq münasibətlərinin əhəmiyyətindən, iki ölkənin ali təhsil ocaqlarının mövcud əməkdaşlığından danışıb.
Tədbirdə çıxış edən Türkiyə Ali Təhsil Şurasının sədri Gökhan Çetinsaya iştirakçıları salamlayaraq, Azərbaycana gəlişindən böyük məmnuniyyət hissi keçirdiyini bildirib. Gökhan Çetinsaya iki olkənin təhsil sahəsindəki səmərəli əlaqələrindən söz açıb və bu əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini diqqətə çatdırıb.
Sonra təhsil nazirinin müavini Qulu Novruzov çıxış edərək Azərbaycanla Türkiyə arasında münasibətlərin getdikcə inkişaf etdiyini, bu səfərin təhsil sahəsindəki əlaqələrin daha da genişləndirilməsində mühüm əhəmiyyəti olacağını bildirib. Nazir müavini istər tələbə mübadiləsinin səviyyəsinə, istərsə də elmi əməkdaşlığa görə Azərbaycanın ən sıx əməkdaşlıq etdiyi ölkənin məhz Türkiyə olduğunu qeyd edib.
Tədbirdə Bakı Dövlət Universiteti ilə Anadolu və Rəcəb Tayyib Ərdoğan universitetləri arasında Anlaşma Memorandumu imzalanıb. Qeyd edək ki, memorandumda tələbə, tədqiqatçı və doktorantların mübadiləsi, professor və müəllim heyətinin elmi sahədə ixtisaslarının artırılmasına qarşılıqlı yardım göstərilməsi, birgə simpozium, seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakı nəzərdə tutulur.

1

YANVARIN 18-DƏ AZƏRBAYCANDA SƏFƏRDƏ OLAN TÜRKİYƏ ALİ TƏHSİL ŞURASININ (YÜKSEKÖĞRETİM KURULU) SƏDRİ GÖKHAN ÇETİNSAYANIN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ TƏHSİL NAZİRLİYİNDƏ GÖRÜŞ KEÇİRİLİB »

Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi saytında yayılan məlumata görə, görüşü giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov öncə qonaqları səmimi salamlayıb və Türkiyə Ali Təhsil Şurasının sədri G.Çetinsayanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycanda keçirdiyi bir sıra görüşlərin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Azərbaycanla Türkiyə arasındakı münasibətlərdən bəhs edən nazir iki ölkənin təhsil sahəsində qarşılıqlı dostluğa, qardaşlığa əsaslanan çoxtərəfli və inkişaf etmiş əlaqələrinin mövcudluğunu önə çəkib.
Misir Mərdanov Azərbaycanın təhsil sistemi haqqında ətraflı məlumat verib, ölkəmizin dünya təhsilinə inteqrasiya sahəsində uğurlu addımlar atdığını bildirib. Hazırda Türkiyə ali məktəblərində 4000-dən çox azərbaycanlı gəncin təhsil aldığını nəzərə çatdıran nazir ölkələrimiz arasında tələbə mübadiləsinin genişləndirilməsi üçün hərtərəfli imkanların olduğunu vurğulayıb. Bu baxımdan Qafqaz Universitetlər Birliyinin fəaliyyətinə diqqət çəkən təhsil naziri birgə elmi-tədqiqat layihələrinə xüsusi diqqət yetirilməsinin vacibliyini söyləyib.
Səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkür edən Türkiyə Ali Təhsil Şurasının sədri Gökhan Çetinsaya Azərbaycanda olmaqdan sevinc hissi duyduğunu qeyd edib. Ali Təhsil Şurasının sədri Türkiyə-Azərbaycan əlaqələri, təhsil sahəsi üzrə əməkdaşlığın inkişaf etdirilməsi, birgə tələbə mübadiləsinin aparılması haqqında fikirlərini bildirib.
Belə görüşlərin ikitərəfli əlaqələrin genişləndirilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edən G.Çetinsaya bildirib ki, iki qardaş ölkə arasında təhsil sahəsində əməkdaşlığın müasir tələblər səviyyəsində qurulması istiqamətində səylərini əsirgəməyəcək. Qonaq müasir dünyada elm və təhsilin səviyyəsinin yüksəldilməsinə xüsusi önəm verilməsinin əhəmiyyətindən bəhs edib, ali məktəblərimiz arasındakı münasibətlərin inkişafının zəruriliyini vurğulayıb.
Görüşdə Qafqaz Universitetlər Birliyinin üzvü olan Azərbaycan ali məktəblərinin rektorlarına müvafiq diplomlar təqdim edilib.
Sonra çıxış edən Ərdahan Universitetinin rektoru, Qafqaz Universitetlər Birliyinin rəhbəri Ramazan Qorxmaz, Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəyli, Ərzurum Atatürk Universitetinin rektoru Hikmət Koçak, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev universitetlərarası əlaqələrin gələcək inkişaf perspektivləri və nəzərdə tutulmuş əməkdaşlıq sahələrindən söhbət açıblar.
Misir Mərdanov ölkələrimiz arasında təhsil sahəsində günbəgün inkişaf edən əlaqələrin daha da möhkəmləndirilməsi və birgə əməkdaşlığın genişləndirilməsi üçün qarşıda duran vəzifələrə toxunub, həlli vacib olan bir sıra məsələləri nəzərə çatdırıb. Hər iki ölkə universitetlərini daha sıx əməkdaşlıq yolunda fəal olmağa səsləyən nazir bunun üçün mövcud olan zəngin potensialdan səmərəli istifadə ediləcəyinə əminliyini bildirib.

2

YANVARIN 19-DƏ AZƏRBAYCANDA SƏFƏRDƏ OLAN TÜRKİYƏ ALİ TƏHSİL ŞURASININ SƏDRİ GÖKHAN ÇETİNSAYANIN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ AVRASİYA İNNOVASİYA İNSTİTUTUNDA OLUB »

Türkiyə Ali Təhsil Şurasının (Yükseköğretim Kurulu-YÖK) sədri Gökhan Çetinsayanı, onun xanımı Ebru Çetinsayanı, Anadolu Universitetinin rektoru Davut Aydını və onları müşayiət edən digər qonaqları Anadolu Universiteti “Azərbaycan Proqramları”nda təhsil alan bir qrup tələbə gül-çiçək dəstələri ilə qarşıladılar.
Daha sonra qonaqlar Avrasiya İnnovasiya İnstitutunun rəhbərliyi və qurumun digər əməkdaşlarıyla görüşdülər. Görüşdə Avrasiya İnnovasiya İnstitutu İH rəhbərinin birinci müavini Azər Hətəmov, Türkiyə Ali Təhsil Şurasının sədri Gökhan Çetinsaya, onun xanımı Ebru Çetinsaya, Anadolu Universitetinin rektoru Davut Aydın və Anadolu Universitetinin rektor müavinləri Aydın Ziya Özgür və Naci Gündoğan, Azərbaycan Respublikasının Ankaradakı səfirliyinin təhsil üzrə attaşesi Nəcibə Nəsibova, Azərbaycan Türkiyə İş Adamları Birliyi idarə heyətinin sədri Cemal Yangın və digər qonaqlar iştirak ediblər.
Görüşün əvvəlində Anadolu Universitetinin rektoru Davut Aydın Türkiyə Ali Təhsil Şurasının sədri Gökhan Çetinsayaya və onu müşayiət edən qonaqlara Anadolu Universiteti “Azərbaycan Proqramları” layihəsinin həyata keçirilməsində, layihənin icrasına başlandığı ilk gündən uğurla davam etdirilməsində birbaşa səyləri və əməyi olan Avrasiya İnnovasiya İnstitutuna gəldikləri üçün təşəkkür etdi. Bu layihənin həyata keçirilməsində Ali Təhsil Şurasının dəstəyinin də böyük olduğunu vurğulayan rektor Davut Aydın, qurumun sədri Gökhan Çetinsayaya təşəkkür etdi və bildirdi ki, icrasına başlandığı ilk gündən layihə sürətlə inkişaf edir. Daha sonra layihənin keçdiyi inkişaf yoluna nəzər salmaq üçün söz Anadolu Universiteti rektorunun müavini Aydın Ziya Özgürə verildi.
A.Z.Özgür qonaqları salamlayaraq, Türkiyə Ali Təhsil Şurasının sədrinə və onu müşayiət edən digər qonaqlara vaxt ayıraraq tələbələrin görüşünə gəldikləri üçün təşəkkür etdi və Anadolu Universitetinin “Azərbaycan Proqramları” barəsində ətraflı məlumat verdi. Qonaqlara bildirildi ki, Anadolu Universitetinin “Azərbaycan Proqramları” distant təhsil layihəsi 2009-cu ildə Türkiyə Ali Təhsil Şurasının müvafiq qərarına uyğun olaraq Anadolu Universiteti ilə tərəfdaş qurum olan Avrasiya İnnovasiya İnstitutu tərəfindən birgə həyata keçirilməyə başlanıb. Artıq 4 ilə yaxın bir müddət ərzində Azərbaycan Türkiyə İş Adamları Birliyi və Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı Səfirliyinin birbaşa dəstək və qayğısıyla, uğurla davam etdirilən Anadolu Universitetinin bu distant təhsil layihəsi çərçivəsində yüzlərlə tələbə Azərbaycanı, evlərini və iş yerlərini tərk etmədən Türkiyənin ən nüfuzlu universitetlərindən olan Anadolu Universitetində Azərbaycandan distant formada təhsil alırlar. Anadolu Universitetinin “Azərbaycan Proqramları” çərçivəsində universitetdə Azərbaycandan distant formada təhsil almaları üçün Universitetin rəhbərliyi və Avrasiya İnnovasiya İnstitutu tərəfindən tələbələrə hər cür imkan və şərait yaradılıb. A.Z.Özgür onu da qeyd etdi ki, tələbələrin təhsillərini fasiləsiz davam etdirmələri və fərdi hazırlıqlarını artırmaları məqsədilə informasiya və telekommunikasiya texnologiyaları tətbiq olunmaqla Universitetin professor və müəllim heyəti tərəfindən oxunan mühazirələri canlı dinləmələri üçün Avrasiya İnnovasiya İnstitutunun nəzdində video-konfrans otaqları yaradılıb, elektron dərs vəsaitləri internet üzərindən tələbələrin istifadəsinə verilib.
Daha sonra Anadolu Universitetinin “Azərbaycan Proqramları” layihəsinin həyata keçirilməsində böyük xidmətləri olan Azərbaycan Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin sədri Cemal Yangın çıxış edərək layihənin həyata keçirilməsi və uğurla davam etdirilməsində yeganə məqsədinin azərbaycanlı gənclərin bir hissəsinə ali təhsil ala bilmələri üçün dəstək vermək olduğunu dedi. C.Yangın özünün pedaqoq olmadığını, bu layihənin həyata keçirilməsində də sadə bir insan kimi kömək etdiyini və gələcəkdə də edəcəyini vurğuladı. C.Yangın onu qeyd etdi ki, layihənin ərsəyə gəlməsində və həyata keçirilməsində Avrasiya İnnovasiya İnstitutu İdarə Heyətinin rəhbəri Fərhad Mehtiyevin böyük əməyi və əzmi olmuşdur.
Türkiyə Ali Təhsil Şurasının sədri Gökhan Çetinsaya da Anadolu Universitetinin “Azərbaycan Proqramları” distant təhsil layihəsinin həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkür etdi və bildirdi ki, 21-ci əsrdə dünyada keyfiyyətli insan qaynağının əhəmiyyəti getdikcə artır və heç bir insan bu prosesdən kənarda qalmamalıdır, hər kəs ali təhsil almalıdır. G. Çetinsaya hər kəsin, ölkələrin bütün əhalisinin əyani formada təhsil almalarının imkansız olduğunu, lakin yüksək telekommunikasiya texnologiyaları vasitəsilə distant formada verilən təshil sistemi bu problemin həlli üçün tək yol olduğunu vurğuladı. Bu səbəbdən Anadolu Universitetinin “Azərbaycan Proqramları” distant təhsil layihəsinin Azərbaycan üçün böyük töfhə verəcəyinə əminliyini bildirən Türkiyə Ali Təhsil Şurasının sədri onu qeyd etdi ki, bir neçə ildən sonra bu layihənin dəyəri və əhəmiyyəti daha aydın görülə biləcək və getdikcə daha da böyüyəcək, uğur qazanacaq. Türkiyə Ali Təhsil Şurasının sədri Gökhan Çetinsaya bir daha bu layihənin ərsəyə gəlməsində və uğurla davam etdirilməsində yaxından iştirak edən başda Avrasiya İnnovasiya İnstitutu olmaqla Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı Səfirliyinə, Azərbaycan Türkiyə İş Adamları Birliyinə və digər bütün qurumların rəhbərlərinə təşəkkür etdi.
Daha sonra Türkiyə Ali Təhsil Şurasının sədri Gökhan Çetinsaya və onun rəhbərlik etdiyi nümayəndə heyəti Anadolu Universitetində Azərbaycandan distant formada təhsil alan bir qrup tələbə ilə görüşdü. Görüşdə Türkiyə Ali Təhsil Şurasının sədrini müşayiət edən nümayəndə heyətinin üzvləri, Anadolu Universitetinin rektoru Davut Aydın, rektorun müavinləri Aydın Ziya Özgür, Naci Gündoğan, Mustafa Cavcar, Azərbaycan Respublikasının Ankaradakı səfirliyinin təhsil üzrə attaşesi Nəcibə Nəsibova, Azərbaycan Türkiyə İş Adamları Birliyi idarə heyətinin sədri Cemal Yangın, Avrasiya İnstitutu İH rəhbərinin birinci müavini Azər Hətəmov və institutun əməkdaşları da iştirak ediblər. Türkiyə Ali Təhsil Şurasının sədri Gökhan Çetinsaya tələbələri salamladı, onları Anadolu Universiteti “Azərbaycan Proqramları”nda təhsil aldıqları üçün təbrik etdi. Görüş iştirakçıları Anadolu Universitetinin müəllimi Vedat Ekergil tərəfindən video-konfrans vasitəsilə canlı olaraq “Maliyyə Mühasibatlığı” mövzusunda oxuduğu mühazirəni dinlədilər. Sonda Gökhan Çetinsaya tələbələrlə görüşündən məmnunluğunu ifadə etdi və tələbələrə qlobal tələblərə cavab verə biləcək kadr kimi yetişə bilmələri üçün təhsillərini ömür boyu davam etdirmələrini tövsiyə etdi və Anadolu Universitetinin “Azərbaycan Proqramları” distant təhsil layihəsi çərçivəsində təhsil alan bütün tələbələrin gələcəkdə buradan məzun olduqdan sonra hər iki qardaş dövlətin- həm Türkiyənin, həm də Azərbaycanın inkişafına xidmət edəcəklərinə əminliyini ifadə etdi.
Sonda tələbələr Türkiyə Ali Təhsil Şurasının sədri Gökhan Çetinsaya, onun xanımı Ebru Çetinsaya, Anadolu Universitetinin rektoru Davut Aydın və onları müşayiət edən digər qonaqlarla birgə xatirə şəkli çəkdiriblər.


3
2
4
5
6
1

TƏHSİL NAZİRİNİN MÜAVİNİ QULU NOVRUZOV XARİCİ UNIVERSİTETLƏRİN DIPLOMLARININ TANINMASINA DAİR İKİ MÜHÜM ŞƏRTİ AÇIQLAYIB »

Sentyabrın 19-da anspress.com saytının yaydığı məlumata görə, Azərbaycan Respublikasının Təhsil Nazirinin müavini Qulu Novruzov Azərbaycanda xarici universitetlərin diplomlarının tanınması üçün iki mühüm şərti açıqlayıb.

Beynəlxalq aləmdə, o cümlədən Azərbaycanın da daxil olduğu Avropa regionunda diplomların qarşılıqlı tanınması ilə bağlı beynəlxalq konvensiya və bu prosesləri tənzimləyən çoxtərəfli müqavilələr var. Bunu 6-cı Beynəlxalq “Təhsil və Karyera” sərgisinin açılışı ilə əlaqədar bu gün keçirilən mətbuat konfransında təhsil nazirinin müavini Qulu Novruzov bildirib. Nazir müavini xarici ölkələrdə təhsil almış vətəndaşların diplomlarının tanınma proseduruna toxunub.

Onun sözlərində görə, Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunmuş “Avropa regionunda ali təhsil sahəsində ixtisaslarının tanınması haqqında konvensiya” iştirakçı ölkələrin diplomlarının hər bir ölkənin daxili qanunvericiliyi, xarici diplomların tanınmaq üçün müəyyən etdiyi prosedurlar əsasında tanınmasına əsas verir. Azərbaycanda da bu qaydalar Nazirlər Kabineti tərəfindən təsbit olunub.

“Konvensiyaya əsasən, diplomun tanınması üçün iki mühüm şərt var. Birincisi, xarici vətəndaşa ixtisas verən təhsil müəssisəsinin öz ölkəsində akkreditasiya olunması, yəni qanuni ali məktəb olmasıdır. İkinci şərt isə tələbənin həmin məktəbdə həqiqi şəkildə oxuyaraq diplomu almasıdır. Əgər bu şərtlər ödənilibsə, nazirliyin diplomu tanımamağa əsası yoxdur”.

TÜRKİYƏ RESPUBLİKASININ ANADOLU UNİVERSİTETİNİN REKTORU PROF. DR. DAVUT AYDIN SENTYABRIN 5-6-DA AZƏRBAYCANDA SƏFƏRDƏ OLUB »

Azərbaycan Respublikasının Təhsil Naziri Misir Mərdanov Türkiyə Respublikası Anadolu Universitetinin rektoru Davut Aydının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi saytında verilən məlumata görə, sentyabrın 6-da təhsil naziri Misir Mərdanov Türkiyə Respublikası Anadolu Universitetinin rektoru Davut Aydının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan nazir Azərbaycanla Türkiyə arasındakı münasibətlərdən, qarşılıqlı əlaqələrin inkişafından söhbət açıb. Nazir Anadolu Universitetinin böyük və nüfuzlu ali təhsil müəssisəsi kimi tanındığını nəzərə çatdırıb. Anadolu Universitetində azərbaycanlı pedaqoqların çalışdığını qeyd edən Misir Mərdanov, həmçinin bu ali məktəbdə azərbaycanlı gənclərin təhsil aldığını söyləyib.
Anadolu Universitetinin rektoru Davut Aydın görüşdən məmnunluğunu ifadə edib, ikitərəfli təhsil əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib. Qonaq rəhbəri olduğu təhsil ocağı haqqında ətraflı məlumat verərək Anadolu Universitetinin geniş distant təhsil şəbəkəsinə malik olduğunu önə çəkib. Anadolu Universitetində tələbə sayının 2 milyon nəfərə yüksəldiyini vurğulayan D.Aydın bu göstəriciyə görə, dünyanın üçüncü ali məktəbi statusu qazandıqlarını nəzərə çatdırıb. Azərbaycanda bir sıra ali məktəb rəhbərləri ilə keçirdiyi görüşlərə toxunan rektor qarşılıqlı əməkdaşlığın inkişafına olan marağı yüksək dəyərləndirib.
Görüşdə universitetlərarası əməkdaşlığın yaradılması, distant təhsil təcrübəsi və digər bu kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç görüşdə iştirak edib.

Anadolu Universitetinin nümayəndə heyəti Bakı Dövlət Universitetində olub
Sentyabrın 5-də Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyə Respublikasının Anadolu Universitetinin nümayəndə heyətini qəbul edib. Bakı dövlət Universitetinin Mətbuat və İnformasiya şöbəsinin Universitetin rəsmi saytında yaydığı məlumata görə, görüşdə Anadolu Universitetinin rektoru, professor Davut Aydın, rektor müavini professor Mustafa Cavcar, Aviasiya və Kosmos Elmləri fakültəsinin dekanı, professor Mehmet Şerif Kavsaoğlu, Azərbaycan Türkiyə İş adamları Birliyi İdarə Heyətinin sədri Cemal Yanğın, Türkiyə səfirliyinin II katibi Bahar Doğan iştirak ediblər.
Akademik Abel Məhərrəmov qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edərək, Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq əlaqələrindən, qloballaşan dünyada Azərbaycanla Türkiyənin birgə addımlamasından bəhs edib. Rektor həmçinin BDU-nun Türkiyənin bir çox universitetləri ilə əlaqəsinin olduğunu, Ankara Universitetinin hüquqşünas hazırlığı ilə bağlı ikili diplom verəcəklərini qonaqların diqqətinə çatdırıb.
Anadolu Universitetinin rektoru, professor Davut Aydın, öz növbəsində Azərbaycanın ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət universitetdə olmasından qürur hissi duyduğunu bildirib. O, Anadolu Universiteti haqda ətraflı məlumat verib. Bildirib ki, 1 milyondan çox tələbəsi olan universitetin 16 fakültəsi, 7 institutu, 42 araşdırma mərkəzi, 1 konservatoriyası, 1 “TRT-okul” televiziya kanalı, 2 studiyası var. Daha sonra rektor Davut Aydın səfərdə əsas məqsədin BDU və Anadolu Universiteti arasında əməkdaşlıq əlaqələri yaratmaqdan ibarət olduğunu söyləyib. Söhbət zamanı bununla bağlı bir sıra məsələlər də müzakirə edilib.
Daha sonra qonaqlar universitetlə yaxından tanış olmaq məqsədilə Nanoaraşdırmalar, Nüvə Maqnit Rezonans, Ekoloji monitorinq üzrə elmi-tədris laboratoriyalarında, Heydər Əliyev muzeyində, Elektron Tədris Mərkəzində olublar.

on

on

on

on

Anadolu Universitetinin rektoru Prof. Dr. Davut Aydın Avrasiya İnnovasiya İnstitutunda olub
Azərbaycanda rəsmi səfərdə olan Anadolu Universitetinin rektoru Prof. Dr. Davut Aydın sentyabrın 6-da Avrasiya İnnovasiya İnstitutunda olub. Qonağı İnstitutun rəhbəri Fərhad Mehtiyev, qurumun rəhbırinin birinci müavini Azər Hətəmov, İnstitutun nəzdində təşkil edilən Türk dili hazırlıq kurslarının dinləyiciləri və Anadolu Universitetində Azərbaycandan distant formada təhsil alan bir qrup tələbə gül dəstəsi ilə qarşılayıblar.
Anadolu Universitetinin rektoru Prof. Dr. Davut Aydın onu qarşılayan tələbə və hazırlıq kurslarının dinləyiciləri ilə görüşüb. Görüşdə Avrasiya İnnovasiya İnstitutu İH-nin rəhbəri Fərhad Mehtiyev, qurumun İH rəhbərinin birinci müavini Azər Hətəmov və İnnovasiya İnstitutunun əməkdaşları da iştirak ediblər. Görüş zamanı rektor Prof. Dr. Davut Aydın rəhbərlik etdiyi Anadolu Universiteti haqqında və səfəri çərçivəsində Azərbaycanda keçirdiyi rəsmi görüşlərlə bağlı toplantı iştirakçılarına qısa məlumat verib.
Rektor Davut Aydın bildirib ki, onun rəhbərlik etdiyi Anadolu Universiteti tələbə sayına görə dünyada ən böyük üç universitetdən biridir. Hazırda Anadolu Universitetində 2 milyondan çox tələbənin distant formada təhsil aldığını deyən rektor bu ildən başlayaraq distant təhsil proqramı ilə təhsil verilən ölkələrin sayı 30-a çatacaq. Belə ki, bu ildən başlayaraq Gürcüstan, Bolqarıstan, Makedoniya və Kosovoda, o cümlədən Azərbaycanda- Naxçıvanda Universitetin distant təhsil proqramlarına start veriləcək. Davut Aydın bununla bağlı sentyabrın 6-da Naxçıvan Dövlət Universitetinin rektoru ilə görüşdüyünü və müvafiq razılığın əldə edilyini deyib.
Daha sonra Anadolu Universitetinin rektoru Prof. Dr. Davut Aydın onu da bildirib ki, bu ildən başlayaraq Anadolu Universitetində Azərbaycandan distant formada təhsil alan, imtahanlarda müvəffəqiyyətlə iştirak edən və qiymətləri 80 balın üzərində olan tələbələr növbəti dərs ilindən Eskişehirə gedərək əyani formada təhsil almağa davam edə biləcəklər. Bu səbəbdən tələbələrə daha çox çalışmalarını tövsiyə edən rektor onlara uğurlar arzulayıb.
Sonda, Azərbaycana səfərini dəyərləndirən Davut Aydın, Azərbaycan Respublikasının Təhsil Naziri Misir Mərdanov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov və Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayevlə görüşdüyünü və həmin görüşlərin çox uğurlu olduğunu deyib.
Anadolu Universitetinin “Azərbaycan Proqramlar”ında- Anadolu Universitetində Azərbaycandan distant formada təhsil alan tələbələr Azərbaycana səfəri çərçivəsində vaxt ayıraraq onların görüşünə gəldiyi üçün Anadolu Universitetinin rektoru Prof. Dr. Davut Aydına təşəkkür ediblər.
Görüş başa çatdıqdan sonra Anadolu Universitetinin rektoru Prof. Dr. Davut Aydın Universitetin görüşdə iştirak edən tələbələr və Türk dili hazırlıq kurslarının dinləyiciləri ilə xatirə fotoşəkili çəkdiriblər.

on

on

on

on

on

on

AZƏRBAYCAN MILLI AVIASIYA AKADEMIYASINDAN NÜMAYƏNDƏ HEYƏTI »

XARİCDƏ TƏHSİL ALANLARIN DİPLOMLARININ AZƏRBAYCANDA TANINMASININ ŞƏRTLƏRİ AÇIQLANIB »

on

Azərbaycan, Bakı, 17 fevral / Trend müxbir M.Əliyev/
Xaricdə təhsil alanların diplomlarının tanınmasının şərtləri açıqlanıb.
Təhsil nazirinin müavini Qulu Novruzov Trend-ə bildirib ki, xarici ölkədə təhsil alanların diplomlarının tanınması üçün iki vacib faktor var – diplomu verən təhsil müəssisəsinin qanuni, lisenziyalı müəssisə olması və təhsil alanın diplomu həmin müəssisədən qanuni yolla əldə etməsi.
“Xarici ali məktəbdən diplom qanuni yolla təqdim olunubsa, təhsil verən müəssisə isə həmin ölkədə akkreditasiyadan keçmiş müəssisədirsə diplomun tanınmasında problem ola bilməz”, – o vurğulayıb.
Nazir müavini qeyd edib ki, xüsusilə qonşu ölkələrdən təhsil almadan, dərslərə getmədən saxta diplom alanlar olur. Onun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən aparılan araşdırmalar nəticəsində xüsusilə Azərbaycanın rayonlarında pedaqoji fəaliyyətlə məşğul olan şəxslərdə çoxlu saxta diplomlar aşkar olunub və müvafiq tədbirlər görülüb.
URL: http://az.trend.az/news/society/1993374.html

YALNIZ OXUMAQLA KİFAYƏTLƏNMƏYİN, GƏLƏCƏK HƏYATINIZDA İRİ ADDIMLARLA İRƏLİLƏMƏK ÜÇÜN İŞ TƏCRÜBƏSİ DƏ QAZANIN! »

YALNIZ OXUMAQLA KİFAYƏTLƏNMƏYİN, GƏLƏCƏK HƏYATINIZDA İRİ ADDIMLARLA İRƏLİLƏMƏK ÜÇÜN İŞ TƏCRÜBƏSİ DƏ QAZANIN![spoiler]Martın 3-də Avrasiya İnnovasiya İnstitutunda “Azər-Türk Bank”ın baş direktoru Mehmet Sami Acarözmenin Azərbaycandan Anadolu Universitetində distant formada təhsil alan tələbələrlə görüşü keçirilib. Görüşdə “Azər-Türk Bank”ın baş direktoru tələbələrə bankların strukturu, məqsəd və fəaliyyəti, bazar iqtisadiyyatındakı yeri və cəmiyyətdəki əhəmiyyətindən danışıb. O, özünün iş həyatından da bəhs edərək, çoxillik təcrübəsindən, bank sistemindən, maliyyə əməliyyatlarından geniş məlumat verib. Daha sonra M.S. Acarözmen tələbələrə təhsillərini və gələcək karyeralarını düzgün qurmaq və həyatda müvəffəqiyyət qazanmaq üçün bir çox məsləhət verib. O, tələbələrə vaxtın düzgün istifadə edilməsinin əhəmiyyətindən danışıb. Anadolu türklərinin dəyərli atalar sözü olan “Vakit nakittir” fikrinin günümüzdə iş həyatında uğur əldə etmək üçün vacib kriteriyalardan biri olduğunu deyib. M. S. Acarözmen onu da vurğulayıb ki, hər bir tələbə istəsə hər kəsdən daha bacarıqlı ola bilər və bir çox nailiyyət qazana bilər. “Azər-Türk Bank”ın baş direktoru, “Yalnız oxumaqla kifayətlənməyin, gələcək həyatınızda iri addımlarla irəliləmək üçün iş təcrübəsi də qazanın”-deyə tələbələrə tövsiyə edib. O, iş təcrübəsi qazanmaqla tələbələrin karyeraya ilk addım atacaqlarını deyib. Səmimi söhbət əhval ruhiyyəsində keşən görüşdə M.S. Acarözmen tələbələrin suallarını da cavablayıb. Çıxışda səslənən çox dəyərli tövsiyələri diqqətlə dinləyən tələbələr M.Sami Acarözmenin onlarda oxumağa və eyni zamanda iş həyatında təcrübə qazanmaq üçün daha çox həvəs yaratdığını bildiriblər.

on

ATİB SƏDRİ ANADOLU UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ İLƏ GÖRÜŞÜB »

“Azərbaycan Türkiyə İş Adamları Birliyi” (ATİB) idarə heyətinin sədri Cemal Yangın Avrasiya İnnovasiya İnstitutunda Azərbaycandan Anadolu Universitetində distant formada təhsil alan bir qrup tələbə ilə görüşüb. Cənab Cemal Yangın tələbələrə özünün zəngin iş təcrübəsindən və iş həyatı boyunca rastlaşdığı müxtəlif hadisələrlə bağlı maraqlı xatirələrini danışıb, rəhbərlik etdiyi qurum haqqında tələbələrə məlumat verib. Dəyərli iş adamlarından olan Cemal Yangın, Anadolu Universitetinin Distant təhsil sisteminin “Azərbaycan Proqramları” layihəsinin açılmasında ATİB-in göstərdiyi səylərdən danışıb, bu layihənin türk işadamları, eləcə də yerli biznesmen və təşəbbüskarlar üçün əhəmiyyətindən bəhs edib. ATİB-in sədri dünyada baş verən iqtisadi proseslərlə bağlı fikirlərini paylaşıb, Sərbəst Ticarət Bölgəsi haqqında, o cümlədən Sinqapurun bu sahədə əldə etdiyi zəngin təcrübədən geniş məlumat verib və Azərbaycanda belə bölgələrin yaradılması üçün görülən işlərdən danışıb. Görüşün sonunda Türk iş adamı, ATİB başqanı, tələbələrin dünyada və ölkəmizdə baş verən iqtisadi proseslərlə bağlı suallarına cavab verib. Tələbələr, onların görüşünə gəldiyi və onlara dəyərli məsləhətlər verdiyi üçün ATİB sədrinə təşəkkür ediblər.

on

ATATÜRK MƏRKƏZİNDƏ 31 MART SOYQIRIMI QURBANLARININ XATİRƏSİ ANILMIŞDIR »

Martın 30-da Atatürk Mərkəzində Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TUMİB) təşəbbüsü ilə 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirin əvvəlində Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Türkiyə universitetləri tələbə və məzunlarının, həmçinin Azərbaycandan Anadolu Universitetində distant təhsil alan bir qrup tələbənin iştirak etdiyi tədbirdə TUMİB-in rəhbəri Çingiz Bayramov 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilər tərəfindən törədilmiş kütləvi qətllər, talanlar və digər vandalizm aktları barədə danışmış, bu cinayətlərin məqsədlərini açıqlamışdır. O bildirmişdir ki, bu qanlı faciədə 12 mindən artıq azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir.
Ç.Bayramov Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı tarixi Fərman əsasında hər il martın 31-nin ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edildiyini diqqətə çatdırmışdır.
Milli Məclisin deputatı Qənirə Paşayeva ermənilərin xalqımıza qarşı yüzillər boyu davam edən soyqırımı siyasətinin tarixi kökləri barədə danışmışdır. Tədbirdə 31 mart soyqırımına həsr olunmuş videoçarx nümayiş olunmuşdur.

on

“C HOTELS & RESORTS” UN BAŞ DİREKTORU TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB. »

Задаем отступ текста для фото

Aprelin 7-də “C Group”un Turizm və Otellər üzrə baş direktoru Serhat Baş Türkiyənin Anadolu Universitetində Azərbaycandan distant formada təhsil alan bir qrup tələbə ilə görüşüb. Avrasiya İnnovasiya İnstitutunda keçirilən görüşdə Serhat Baş çalışdığı qrupun nəzdində fəaliyyət göstərən otel və restoranlarla bağlı ətraflı məlumat verib. O, turizm obyektləri, xüsusən otel və restoranların inşaatı ilə məşğul olan “C Group”un tərkibində hal-hazırda Azərbaycanın müxtəlif bölgələrində-Bakıda beş ulduzlu “Ambassador Hotel”, “Ramada Baku”, dörd ulduzlu “Hotel Anatolia”, “Comfort Inn Hotel”, “By Tike” restoranı, Gəncədə “Ramada Plaza Gəncə”, Şamaxıda “Şərədil Resort Hotel” kimi mehmanxanaların fəaliyyət göstərdiyini bildirib. Bu ilin sonunadək “C Hotels & Resorts” markası altında fəaliyyət göstərən otellərin sayının 8-ə çatacağını deyən baş direktor onu da qeyd edib ki, mayda Azərbaycanda keçiriləcək “Avroviziya” mahnı müsabiqəsinə qədər iki otelin tikintisi başa çatdırılaraq fəaliyyətə başlayacaq. Serhat Baş “C Group”un hədəfinin getdikcə genişlədiyini və gələcəkdə otellərlə yanaşı restoranların da sayını artıracaqlarını deyib. Daha sonra Serhat Baş otellərin fəaliyyəti və otellərdə müxtəlif xidmət işinin təşkili ilə bağlı tələbələrə ətraflı məlumat verib. O, qəbul bürosunun otellərdəki əhəmiyyətindən danışaraq həmin büroları otellərin “ürəyi” adlandırıb. Təmizlik, Yemək və Qida, Satış, Mühasibatlıq və digər büroların “Qəbul Bürosu” ilə birbaşa əlaqəli fəaliyyət göstərdiklərini deyən Serhat Baş bir çox otel idarəçilərinin ilk olaraq “Qəbul Bürosu”nda işə başladıqlarını və daha sonra həmin vəzifələrədək yüksəldiklərini deyib. Bu səbəbdən otellərdə çalışmaq istəyən, xüsusilə də Turizm və Otel İdarəçilliyi fakültəsində təhsil alan tələbələrə mümkün olduğu qədər “Qəbul Bürosu”nda staj keçmələrini, bununla yanaşı oteldəki digər xidmət sahələri ilə də maraqlanmalarını tövsiyə edib. Serhat Baş Azərbaycanın turizm sektorunda mütəxəssislərin çatışmadığını, Anadolu Universitetində distant formada təhsil alan tələbələrin məzun olduqdan sonra iş tapmaq üçün çox böyük fürsətlərinin olacağını deyib. O, hazırda personel çatışmazlığının aradan qaldırılması üçün xüsusi daxili treninqlər keçirdiklərini, lakin gələcəkdə Anadolu Universitetindən məzun olacaq və bu sahədə peşə biliyinə malik tələbələrin olması onların bu problemin həllində böyük rol oynayacağını da deyib.

ESKİŞEHİR VALİSİ AVRASİYA İNNOVASİYA İNSTİTUTUNU ZİYARƏT EDİB. »

on

ESKİŞEHİR VALİSİ ANADOLU UNİVERSİTETİNİN BİR QRUP TƏLƏBƏSİ İLƏ GÖRÜŞÜB
Türkiyənin Eskişehir vilayətinin valisi Kadir Koçdemir Azərbaycana rəsmi səfəri çərçivəsində aprelin 17-də Avrasiya İnnovasiya İnstitutunda qurumun əməkdaşları və Anadolu Universitetində Azərbaycandan distant formada təhsil alan bir qrup tələbə ilə görüşüb. Görüşə telekörpü vasitəsilə canlı olaraq Eskişehirdən Anadolu Universitetinin rektoru Prof.Dr. Davut Aydın da qatılıb. Prof.Dr. Davut Aydın Eskişehir valisi Kadir Koçdemir və onu müşayiət edən Eskişehir vilayət məclisinin sədri Ahmet Yapıcını, həmçinin İnnovasiya İnstitutu İH-nin rəhbəri Fərhad Mehtiyevi və İH rəhbərinin birinci müavini Azər Hətəmovu, eləcə də Anadolu Universitetində distant formada təhsil alan bir qrup tələbəni səmimi salamlayaraq qonaqlara, rəhbərlik etdiyi ali təhsil ocağının Uzaqdan Təhsil Sistemi çərçivəsində 3 ildir ki, başlatılan və uğurla davam etdirilən “Azərbaycan Proqramları” layihəsindən ətraflı məlumat verib. Anadolu Universitetində Azərbaycandan distant formada təhsil alan tələbələrə müraciət edən Prof.Dr. Davut Aydın növbəti ildən bütün semestr imtahanlarının da internet üzərindən keçiriləcəyini deyib. Bu məqsədlə texniki bazanın yaradılması üçün işlərin davam etdirildiyini bildirən rektor onu da vurğulayıb ki, fərdi qaydada hazırlaşmalarına və bilik səviyyələrini artırmalarına kömək məqsədilə Universitetin elektron kitabxanası da distant təhsil alan tələbələrin istifadəsinə açılacaq. İmtahanlarında tələbələrə uğurlar arzulayan rektor, Eskişehir valisinə vaxt ayıraraq Azərbaycandan Anadolu Universitetində distant formada təhsil alan bir qrup tələbə ilə görüşdüyünə görə təşəkkür edib.
Eskişehir valisi Kadir Koçdemir, Azərbaycanda bütün sahələrdə uğurla aparılan islahatlardan danışaraq ölkəmizin iqtisadi qüdrətinin getdikcə gücləndiyini deyib və bu istiqamətdə görülən işləri yüksək qiymətləndirib. O, Azərbaycanda son dəfə 2005-ci ildə olduğunu, ötən 7 il ərzində paytaxt Bakının çox dəyişdiyini, inkişaf etdiyini və daha da gözəlləşdiyini deyib. Azərbaycan Prezidenti İlham Əliyev cənablarının düzgün hesablanmış siyasətinə paralel olaraq həyata keçirilən bir çox məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda təhsil, elm, mədəniyyət və digər sahələrdə bir çox nailiyyətlərin əldə olunduğunu vurğulayan Eskişehir valisi Kadir Koçdemir Anadolu Universitetinin həyata keçirdiyi uzaqdan təhsil layihəsi ilə qardaş Azərbaycan gənclərinin təhsil almasına böyük töhfələr verəcəyinə əminliyini bildirib.

on

Daha sonra Eskişehir valisi Kadir Koçdemir və onu müşayiət edən Eskişehir vilayət məclisinin sədri Ahmet Yapıcı, İnnovasiya İnstitutu İH-nin rəhbəri Fərhad Mehtiyev, İH rəhbərinin birinci müavini Azər Hətəmov və qurumun əməkdaşları söhbəti çay süfrəsi arxasında davam etdiriblər. Söhbətə Azərbaycan Türkiyə İş Adamları Birliyi idarə heyətinin sədri Cemal Yangın da qatılıb. Cemal Yangın qonaqlara Azərbaycanda görülən quruculuq-abadlıq işlərindən ətraflı məlumat verib. O, Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdən, gördüyü işlərdən, xüsusilə də gənclərin ölkənin iqtisadi, mədəni, elmi və sosial proseslərinə daha fəal qatılmaları üçün ölkədə aparılan islahatlardan danışaraq vurğulayıb ki, hazırda Azərbaycan dövlətinin başlıca məqsədlərindən biri də ölkənin insan resurlarının inkişaf etdirilməsidir. Prezident İlham Əliyev cənablarının özünün də gənc olması səbəbindən gənclərə qarşı daha diqqətcil olduğunu deyən ATİB sədri həm ölkə başçısı, həm də onun xanımı Mehriban xanım Əliyevanın ölkə gəncliyinə daim böyük dəstək verdiyini bildirib. ATİB idarə heyətinin sədri Azərbaycanın “Avroviziya” mahnı müsabiqəsində qalib gəlməsini ölkə rəhbərliyinin gənclərə ayırdığı diqqət və qayğının bir təzahürü olduğunu vurğulayıb. Prezident İlham Əliyev cənablarının ölkədaxili insan resurlarına xüsusi əhəmiyyət verdiyini, bunun üçün Azərbaycan gənclərinin hərtərəfli inkişaf etdirilməsinin vacibliyini dəfələrlə vurğuladığını da deyən Cemal Yangın bu baxımdan Anadolu Universitetinin “Azərbaycan Proqramları” layihəsinin Azərbaycan gəncləri üçün nə qədər böyük əhəmiyyətə malik olduğunu qonaqların diqqətinə çatdırıb. Dörd il əvvəl sadəcə bir xəyal kimi görsənən bu layihənin artıq böyük bir uğurla davam etdirildiyini qeyd edən ATİB başqanı, Azərbaycandan Anadolu Universitetində distant formada təhsil alan tələbələrin məzun olduqdan sonra ölkə iqtisadiyyatının dinamik inkişafına böyük töhfələr verəcəyinə də əminliyini bildirib.
Görüşün sonunda Eskişehir valisi Kadir Koçdemir və Eskişehir vilayət məclisinin sədri Ahmet Yapıcı təmsil etdikləri vilayətdə yerləşən Anadolu Universitetinin iki ölkə arasındakı qardaşlıq bağlarını daha da gücləndirən belə bir layihəni həyata keçirdiyi üçün böyük fərəh hissi duyduqlarını və buradan xoş təəssüratla ayrıldıqlarını söyləyiblər.
on

TANINMIŞ POLİTOLOQ VƏFA QULUZADƏ ANADOLU UNIVERSİTETİNDƏ DİSTANT FORMADA TƏHSİL ALAN BİR QRUP TƏLƏBƏ İLƏ GÖRÜŞÜB. »

on

Aprelin 21-də Avrasiya İnnovasiya İnstitutunda Azərbaycanın tanınmış politoloqlarından olan, “Caspian Policy Studies Foundation”un prezidenti Vəfa Quluzadə Azərbaycandan Türkiyənin Anadolu Universitetində distant formada təhsil alan bir qrup tələbə ilə görüşüb. Görüşün əvvəlində Vəfa Quluzadə özü barədə qısa məlumat verib.
1991-1999-cu illərdə Azərbaycan Respublikasının Xarici siyasət məsələləri üzrə dövlət müşaviri vəzifəsində çalışan Vəfa Quluzadə 21 dekabr, 1940-cı ildə, Bakıda anadan olmuşdur. 1958-ci ildə 23 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə qəbul olmuş. 1963-cü ildə ali təhsilini başa vuran Vəfa Quluzadə iki il Azərbaycan radiosunda ərəb dilində verilişlər aparmışdır. 1962-1964-cü illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsilini davam etdirən Vəfa Quluzadə Misir ədəbiyyatı haqqında yazdığı dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək filologiya elmləri namizədi elmi adını almışdır.
1970-ci ildə Misirdəki SSRİ səfirliyində birinci katib kimi işə başlamışdır. Ərəb-İsrail müharibəsinin getdiyi bir vaxtda tərəflər arasında aparılan danışıqlarda, eləcə də Misir prezidenti Ənvər Sədatın SSRİ Xarici işlər naziri Andrey Qromıko ilə görüşündə iştirak etmişdir. 1973-cü ildə vətənə qayıdan Vəfa Quluzadə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində işə başlamışdır. Həmin illərdə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirmişdir. Yenidən diplomatik xidmətə qaytarılan Vəfa Quluzadə Əlcəzairdəki SSRİ səfirliyinə məsləhətçi qismində göndərilmişdir.
1990-ci ildə vətənə qayıdan Vəfa Quluzadə 1991-ci ilin əvvəlindən Azərbaycan Respublikasının xarici siyasət üzrə Dövlət Müşaviri vəzifəsinə təyin olunmuşdur. 1999-cu ilə qədər bu vəzifədə çalışan Vəfa Quluzadə həmin müddətdə həmçinin Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvü olmuşdur. Vəfa Quluzadə ərəb, rus, ingilis və fars dillərini bilir.

on

Politoloq öncə dünyada baş verən hadisələrlə bağlı fikirlərini paylaşıb. Daha sonra o, çıxışında Azərbaycanın qonşu dövlətlərlə və Qərb ölkələri, eləcə də ABŞ-la olan əlaqələrindən danışıb. O, Azərbaycanın dünyanın nüfuzlu təşkilatlarıyla, eləcə də qonşu dövlətlərlə çox mehriban əlaqələri olduğunu deyib. Dağlıq Qarabağ məsələsi ilə bağlı tələbələri maraqlandıran suallara da cavab verən Vəfa Quluzadə Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq təşkilatlar və bütün dünya ictimaiyyəti bir mənalı şəkildə tanıdığını və ermənilərin gec-tez işğal etdikləri Azərbaycan torpaqlarından çıxarılacaqlarını bildirib. Azərbaycanla Türkiyə münasibətlərindən də danışan politoloq deyib ki, “Türkiyə Azərbaycanla dost və qardaş ölkədir. Bu qardaşlığın tarixi kökləri var. Çünki, heç kim, heç bir xalq bizim xalqlarımız kimi bir-birinə qardaş demir.” Qanı, dini, dili və mədəniyyəti bir olan xalqlarımız arasındakı bu qardaşlıq bağlarını kənardan hər hansı bir müdaxilədən sarsılmadığını və sarsılmayacağını vurğulayan politoloq, iki xalq arasındakı əlaqələr də çox təbii olaraq daha da gücləndiyini deyib.
Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi təhsil sahəsində də sıx əlaqələrin olduğunu qeyd edən Vəfa Quluzadə Anadolu Universitetinin distant təhsil layihəsini və Azərbaycandan bu universitetdə tələbələrin distant formada təhsil almalarını yüksək qiymətləndirib. “Distant Təhsil”in mütərəqqi təhsil növü olduğunu da deyən görkəmli politoloq qardaş Türkiyənin aparıcı təhsil ocaqlarından olan Anadolu Universitetinin həyata keçirdiyi bu layihənin çox təqdirə layiq olduğunu söyləyib.

BAKIDA TÜRKİYƏ UNİVERSİTETLƏRİNİN TƏHSİL SƏRGİSİ KEÇİRİLİB »

Bakıda Türkiyə universitetlərinin təhsil sərgisi keçirilib.

< ![if !IE]>< ![endif]>

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

< ![if !IE]>
< ![endif]>

< ![if !IE]>< ![endif]>

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

< ![if !IE]>
< ![endif]>

on

Aprelin 28-29-da “Park Inn” oteldə “Akademi Group” tərəfindən təşkil edilən sərgiyə 30-a yaxın Türkiyə universiteti qatılıb. Sərgidə Anadolu, Bahçeşehir, Boğaziçi, Orta Doğu Texniki Universiteti və digər ali təhsil müəssisələrinin təmsilçiləri ziyarətçilərə həmin universitetlər, gənclərə Türkiyədə təhsil almaq imkanları, yataqxanalar və digər məsələlər haqqında ətraflı məlumat veriblər.

on

Sərginin açılışında Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıç da iştirak edib. Səfir Türkiyədə 4 minədək azərbaycanlı tələbənin təhsil aldığını deyib. Onun sözlərinə görə, belə sərgilərin keçirilməsi ölkələr arasında təhsil sahəsində əlaqələrin daha da genişləndirilməsi üçün çox əhəmiyyətlidir.

on
on
on

”HEYDƏR ƏLİYEV MİLLİ TƏHSİLİMİZİN BANİSİDİR” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB »

on

Mayın 7-də Beynəlxalq Mətbuat Mərkəzində “Heydər Əliyev milli təhsilimizin banisidir” mövzusunda tədbir keçirilib. Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TUMİB) təşəbbüsü ilə təşkil olunan tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor, Səlahəddin Xəlilov, Türkiyənin Azərbaycandakı səfirliyinin təhlükəsizlik müşaviri İsmayıl Çalışqan, “Çağ” Öyrətim İşlətmələri Şirkətinin Baş pedaqoji müşaviri Nazim Əkbərov, Avrasiya İnnovasiya İnstitutu İH rəhbərinin birinci müavini Azər Hətəmov, TUMİB sədri Çingiz Bayramov və başqaları iştirak ediblər.
Tədbiri giriş sözü ilə Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov açaraq Ulu Öndərin Azərbaycan gənclərinə hər zaman göstərdiyi dəstəkdən danışıb. O, Ümumilli lider Heydər Əliyevin təhsil alan hər bir gəncin qayğısına qaldığını və təhsilini layiqincə başa vuran bir çox gənci də iş və evlə təmin etdiyini bildirib. Daha sonra Ç. Bayramov Azərbaycan təhsilinə verdikləri töhfəyə, azərbaycanlı gənclərin yetişməsində göstərdikləri xidmətlərə görə bir neçə ictimai, elm və təhsil xadiminə Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin Fəxri üzvü seçildiklərinə dair diplomları təqdim edib. Diploma layiq görülənlər arasında AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor, Səlahəddin Xəlilov, Türkiyənin Azərbaycandakı səfirliyinin təhlükəsizlik müşaviri İsmayıl Çalışqan, Avrasiya İnnovasiya İnstitutu İH-nin rəhbəri Fərhad Mehtiyev, Avrasiya İnnovasiya İnstitutu İH rəhbərinin birinci müavini Azər Hətəmov, “Çağ” Öyrətim İşlətmələri şirkətinin prezidenti Ənvər Özərən də var.
Daha sonra tədbirdə çıxış edən görkəmli filosof, elmşünas alim, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor, Səlahəddin Xəlilov, Türkiyənin Azərbaycandakı səfirliyinin təhlükəsizlik müşaviri İsmayıl Çalışqan, Avrasiya İnnovasiya İnstitutu İH rəhbərinin birinci müavini Azər Hətəmov, “Çağ” Öyrətim İşlətmələri Şirkətinin Baş pedaqoji müşaviri Nazim Əkbərov Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi 1969-1982 və 1993-2003-cü illərdə Azərbaycanda aparılan islahatlardan bəhs edib, Ulu Öndərin 1969-cu ildə Azərbaycan rəhbərliyinə seçildikdən sonra milli mənafelərə xidmət göstərmək məqsədilə totalitar rejimin qanunları altında Azərbaycanda milli mənəvi dəyərləri qorumaqla, tərəqqiyə, elm və təhsilin yüksəldilməsinə nail olmaq üçün yeritdiyi düşünülmüş elmi siyasətdən danışıblar. Natiqlər bildiriblər ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illər arasında Azərbaycan dövlətinin diqqət mərkəzində duran ən ümdə məsələlərdən biri elmin və təhsilin inkişafına qayğının artırılması olmuşdur. Lakin illərlə və böyük zəhmət hesabına qazanılmış nailiyyətlər 1989-1993-cü illərdə dağılmaq təhlükəsi ilə üzləşmiş, bu dağılma və tənəzzül xüsusən 90-cı illərin əvvəlində, müstəqillik əldə edildikdən sonra daha geniş miqyas almışdır. Lakin ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev tərəfindən hazırlanan inkişaf konsepsiyasında milli dövlətçilik prinsipləri içərisində milli təhsil sistemi əsas yerlərdən birini tutmuşdur. Heydər Əliyevin milli müstəqillik, milli dövlət quruculuğu ideyasının əsasında o dururdu ki, müstəqilliyin əbədiliyi, demokratiyanın inkişaf yolu məhz təhsildən keçir. Odur ki, Heydər Əliyevin işləyib hazırladığı strategiyanın əsas xətti milli dövlətçilik və hakimiyyət strukturlarının yaradılması və möhkəmləndirilməsi ilə yanaşı, milli təhsil sisteminin yenidən qurulması olmuşdur. 1998-ci ilin martında “Təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında” sərəncam imzalanmış və bunun ardınca “Təhsil sahəsində islahatlar Proqramı” qəbul edilmişdir. Komissiyanın yekun iclasında çıxış edən Heydər Əliyev demişdir: “Təhsil sistemi elə bir sistemdir ki, burada heç bir inqilabi dəyişiklik ola bilməz. Ümumiyyətlə, bizim həyatımızın bütün sahələrində dəyişikliklər təkamül xarakteri daşıyır”. O illərdə, Azərbaycan Respublikasının orta təhsil sistemində ən ciddi problemlərdən biri, məktəb tikintisi, ümumtəhsil məktəblərinin təmiri və avadanlıqlarla təchizatı idi. Bu məqsədlə Heydər Əliyevin 2000-ci il iyunun 13-də “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” imzaladığı fərman təhsil sisteminin əsaslı şəkildə təkmilləşdirilməsinə, idarəetmənin müasir prinsiplər üzrə təşkilinə, təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasına və dünya təhsil sisteminə inteqrasiyasına zəmin yaratmışdır.
Çıxışlarının sonunda natiqlər onu da vurğulayıblar ki, Ulu Öndərin layiqli davamçısı olmaqla, özünəməxsus siyasi kursu və dəqiq dövlətçilik konsepsiyası olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli quruculuq sahəsində böyük şəxsiyyət Heydər Əliyevin işləyib hazırladığı strateji xətti uğurla davam etdirir və Azərbaycanın davamlı inkişafına yönəlmiş proqram və layihələrin həyata keçirilməsini təmin etmişdir.

on
on
on
on

TÜRKİYƏNİN AZƏRBAYCANDAKI SƏFİRLİYİNDƏ “19 MAY – ATATÜRKÜ ANMA, GƏNCLİK VƏ İDMAN BAYRAMI” İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLİB »

Mayın 20-də Türkiyənin Azərbaycandakı səfirliyində “19 may – Atatürkü anma, gənclik və idman bayramı” ilə əlaqədar tədbir keçirilib. Ölkəmizin müxtəlif ali məktəblərində təhsil alan türk və azəri gənclərin, Azərbaycandan Türkiyənin Anadolu Universitetində distant formada təhsil alan bir qrup tələbənin, Azərbaycandakı öndə gələn Türk qurumlarının rəhbərlərinin, həmçinin səfirlik əməkdaşlarının iştirak etdiyi tədbirdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç çıxış edərək Atatürk və yoldaşlarının Türkiyə Cümhuriyyətinin qurulmasındakı xidmətlərindən, Atatürkün Türk gəncliyinə verdiyi dəyərdən, qurduğu Cümhuriyyəti onlara əmanət etdiyindən bəhs edib. Tədbir taninmiş müğənni Rəşad İlyasovun ifasında səslənən mahnılarla davam edib. Anadolu Universitetinin “Azərbaycan Proqramları”nda təhsil alan tələbələr-Minayə İsmayılova və Əfşan Fərəcovanın “Biz iki devlet bir milletiz” mahnısını oxumaları isə tədbirə ayrıca bir rəng qatıb. Sonda tədbirə qatılan qonaqlara ziyafət verilib.

ononon

TÜRKİYƏNİN AZƏRBAYCANDAKI SƏFİRLİYİNİN TƏHSİL MÜŞAVİRİ HALİS KOYUNCUOĞLU AZƏRBAYCANDAN TÜRKİYƏNİN ANADOLU UNİVERSİTETİNDƏ DİSTANT FORMADA TƏHSİL ALAN BİR QRUP TƏLƏBƏ İLƏ GÖRÜŞÜB. »

Mayın 26-da Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı Səfirliyinin təhsil müşaviri Halis Koyuncuoğlu Avrasiya İnnovasiya İnstitutunda Türkiyənin Anadolu Universitetində Azərbaycandan distant formada təhsil alan bir qrup tələbə ilə görüşüb. Görüşə Türkiyə Təhsil Nazirliyinin Bakı Türkiyə Türkçəsi Tədris Mərkəzinin (TÖMER) müdiri Kemalettin Kanoğlu, Bakı Anadolu Türk Liseyinin Direktoru Abdullah Özişçi və liseyin müəllimi Ömer Karakaya da qatılıb. Görüşün əvvəlində çıxış edən Avrasiya İnnovasiya İnstitutu İH rəhbərinin birinci müavini Azər Hətəmov, Halis Koyuncuoğlunu tələbələrə təqdim edərək onun, Azərbaycanla Türkiyə arasında təhsil sahəsində əlaqələrin və Azərbaycanda türk təhsilinin inkişafında böyük xidmətlər göstərdiyini, eyni zamanda Azərbaycan gənclərinin Türkiyənin, türkiyəli gənclərin isə Azərbaycanın nüfuzlu ali məktəblərində təhsil almalarında böyük təşkilatçılığı və zəhməti olduğunu qeyd etdi. Azərbaycanın təhsil ictimaiyyətinin Halis bəyi yaxından tanıdığını və onun gördüyü işlərə görə böyük nüfuz qazandığını bildirən A.Hətəmov, təəssüf hissi ilə onu da qeyd etmişdir ki, bu ilin iyulundan Halis bəyin fəaliyyət müddəti sona çatır. Çıxışının sonunda Azər Hətəmov Türkiyənin Azərbaycandakı Səfirliyinin təhsil müşaviri H.Koyuncuoğlunun tələbələrlə görüşməsinin bu gənclər üçün böyük əhəmiyyət kəsb etdiyini və tələbələrin bu görüşə böyük önəm verdiklərini təhsil müşavirinin diqqətinə çatdırdı.
on
Daha sonra çıxış edən Türkiyənin Azərbaycandakı Səfirliyinin təhsil müşaviri Halis Koyuncuoğlu, gənclər olmadan heç bir ölkənin inkişafa nail ola bilməyəcəyini xüsusi vurğuladı və görüşə gələn tələbələrə müraciət edərək bildirdi ki, “Anadolu Universiteti Türkiyədə və dünyada çox etibarlı bir Universitetdir. Yaxşı oxuyub, Universitetdən yüksək biliklə məzun olsanız, bu Universitetin diplomunu əlinizdə tutduğunuz andan böyük işlər görə bilərsiniz.” H.Koyuncuoğlu onu da vurğuladı ki, Anadolu Univertsitetinin “Azərbaycan Proqramları” layihəsi indi olduğu kimi gələcəkdə də uğurla davam etdirilərsə, Anadolu Universitetinin bu proqramı yaxın gələcəkdə Azərbaycanda önəmli yerlərə yüksələ bilər. “Çünki, sadəcə elmə və biliyə dayanan tələbə yetişdirilərsə, həmin yaxşı biliyə və savada sahib olan tələbə hər yerdə özünü göstərə bilər.”-deyən müşavir onu da xüsusilə qeyd etdi ki, tələbələrə verilən Türkiyənin diplomlarında, Anadolu Universitetinin diplomlarında Türkiyə Respublikası Dövlətinin emblemi var və həmin diploma sahib olan tələbənin yaxşı biliyi və savadı da olarsa onun önündə bütün qapılar açılar.
on
Halis Koyuncuoğlu Anadolu Universitetində Azərbaycandan distant formada təhsil alan tələbələrin valideynlərinin ona tez-tez müraciət etdiklərini və hamısının “Övladım Anadolu Universitetində distant formada təhsil alır, məzun olduqdan sonra dövlət idarə və müəssisələrində iş tapa biləcəkmi?” sualını soruşduqlarını deyib. Bu məsələyə aydınlıq gətirmək üçün təhsil müşaviri Halis Koyuncuoğlu bununla bağlı qısa xatirəsini danışdı: “Bütün dünya uzaqdan təhsilalma formasına yönəlib. Mən, hələ 1994-cü ildə Amerika Birləşmiş Ştatlarında təhsillə bağlı araşdırma apararkən, evlərində təhsil alan şəxsləri gördüm. Mən bunun nə olduğunu soruşdum. Çünki, biz o vaxt bunu qavracayaq, dərk edə biləcək səviyyədə deyildik. Mənə bildirdilər ki, bu uzaqdan təhsilalma-distant təhsil formasıdır və artıq biz buna doğru gedirik. Əsas odur ki, gənclər təhsil alsın, biliyə yiyələnsin. Evdə oxusa nə olacaq, məktəbdə oxusa nə olacaq? Daha o vaxt onlar evdə təhsilalma formasını tətbiq etməyə başlamışdılar, texniki vasitələrlə dərslər evlərə tədris edilirdi. Bu dediklərim 1994-cü ildə olub”. İndi artıq bütün dünyada, xüsusilə də dünya tərəfindən qəbul edilən “Boloniya prosesi”ndə “distant təhsil” işin mərkəzində, “ürəyində” olan bir təhsil sistemi olduğunu vurğulayan müşavir, onu da qeyd etdi ki, hər hansı bir dövlət bu təhsil sisteminə nə qədər soyuq baxsa da, sonda bu təhsil sisteminin qəbul edilməsi labüddür. Distant təhsilalma formasında tələbələrin oxumaqla yanaşı işləmək üçün də imkanlarının oduğunu vurğulayan H.Koyuncuoğlu, təhsil aldıqları müddətdə gənclərin işləyərək təcrübə qazana biləcəklərini və bununla da onların məzun olduqdan sonra iş tapmaları üçün digər məzunlarla müqayisədə daha üstün ola biləcəklərini söylədi.
on
on
Türkiyənin Azərbaycandakı Səfirliyinin təhsil müşaviri Halis Koyuncuoğlu gənclərə, onların ökəmiz üçün nə qədər dəyərli olduqlarından, Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi, dünyada nüfuzunun daha da artırılması və söz sahibi olan ölkələrin sırasına qatılması üçün gənclərin rolundan və görə biləcəkləri işlərdən də danışdı. Türkiyəli təhsil adamı onu da etiraf etdi ki, “azərbaycanlı gənclər çox zəkalıdırlar”. O, bu sözləri gəncləri öyündürmək üçün deyil, 38 illik peşə təcrübəsi olan bir təhsil işçisi kimi öz müşahidələrinin nəticəsi olaraq söylədiyini bildirdi. Çıxışının sonunda Halis Koyuncuoğlu Türkiyə ilə Azərbaycan arasındakı tarixi əlaqələrdən, iki xalqın tarixən ən çətin günlərində bir-birinə əl tutmasından danışdı. Müşavir bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladı və bu məqsədlə həm Türkiyə, həm də Azərbaycan gənclərini birlikdə hərəkət etmələri üçün səylərini artırmağa çağırdı. H.Koyuncuoğlu uğurla davam etdirilən Anadolu Univertsitetinin “Azərbaycan Proqramları” layihəsinin böyük perspektivlərinin olacağına dair əminliyini ifadə etdi.
on
Görüşdə Halis Koyuncuoğlu tələbələri maraqlandıran müxtəlif sualları cavablandırdı və sonda onlarla xatirə şəkli çəkdirdi.
on

TÜRKİYƏ PREZİDENTİ APARATININ BAŞ KATİBİ MUSTAFA İSEN AVRASİYA İNNOVASİYA İNSTİTUTUNU ZİYARƏT EDİB »


on
on
on

Türkiyə Cümhuriyyəti Prezident Aparatının baş katibi Prof.Dr. Mustafa İsen və onu müşayiət edən Aparatın əməkdaşı Dr. Murat Yılmaz Azərbaycana səfərləri çərçivəsində iyunun 7-də Avrasiya İnnovasiya İnstitutunda olub. Ali qonağı Avrasiya İnnovasiya İnstitutu İH rəhbərinin birinci müavini Azər Hətəmov və institutun əməkdaşları qarşılayıblar. Anadolu Universitetində Azərbaycandan distant formada təhsil alan bir qrup tələbə ali qonağa gül-çiçək dəstəsi təqdim edib.


on
on
on

Türkiyə Prezidenti Aparatının baş katibi Prof.Dr. Mustafa İsen əvvəlcə Avrasiya İnnovasiya İnstitutunun (Aİİ) rəhbərliyi və əməkdaşları ilə görüşüb. Aİİ İH-nin rəhbərinin birinci müavini Azər Hətəmov Türkiyə Prezidenti Aparatının baş katibi Prof.Dr. Mustafa İseni salamlayaraq, ona vaxt ayıraraq tələbələrin görüşünə gəldiyi üçün təşəkkür edib və Anadolu Universitetinin “Azərbaycan Proqramları” barəsində ətraflı məlumat verib. Qonağa bildirilib ki, Anadolu Universitetinin “Azərbaycan Proqramları” çərçivəsində universitetdə Azərbaycandan distant formada təhsil almaları üçün Universitetin rəhbərliyi, Avrasiya İnnovasiya İnstitutu tərəfindən tələbələrə hər cür imkan və şərait yaradılıb. O da qeyd olunub ki, tələbələrin təhsillərini fasiləsiz davam etdirmələri və fərdi hazırlıqlarını artırmaları məqsədilə informasiya və telekommunikasiya texnologiyaları tətbiq olunmaqla Universitetin professor və müəllim heyəti tərəfindən oxunan mühazirələri canlı dinləmələri üçün Avrasiya İnnovasiya İnstitutunun nəzdində video-konfrans otaqları yaradılıb, elektron dərs vəsaitləri internet üzərindən tələbələrin istifadəsinə verilib.

on
on
on

Türkiyə Cümhuriyyəti Prezident Aparatının baş katibi Prof.Dr. Mustafa İsen müasir telekommunikasiya texnologiyaları vasitəsilə Anadolu Universitetinin həyata keçirdiyi “Azərbaycan Proqramları”-distant təhsil layihəsini yüksək qiymətləndirərək, telekommunikasiya texnologiyalarının inkişaf etməsilə “distant təhsilalma” formasının dünyada geniş tətbiq edildiyini və bunun müasir dövrdə artıq bir zərurət olduğunu deyib.
Daha sonra Türkiyə Prezidenti Aparatının baş katibi Prof.Dr. Mustafa İsen Anadolu Universitetində Azərbaycandan distant formada təhsil alan bir qrup tələbə ilə görüşüb. Görüşdə Türkiyə Prezidenti Aparatının baş katibini müşayiət edən Aparatın əməkdaşı Murat Yılmaz, Aİİ rəhbərinin birinci müavini Azər Hətəmov və institutun əməkdaşları da iştirak ediblər. Görüşə video-konfrans vasitəsilə canlı olaraq Eskişehirdən Anadolu Universitetinin rektor müavinləri Prof.Dr. Ziya Aydın Özgür, Prof.Dr. Naci Gündoğan, Açıqöyrətim Fakültəsinin dekanı Prof.Dr. Kerim Banar və Açıqöyrətim Fakültəsi dekanının müavini Kamil Çekerol qatılıblar. Anadolu Universitetinin rektor müavini Ziya Aydın Özgür Anadolu Universitetinin “Azərbaycan Proqramları” barəsində ali qonağa ətraflı məlumat verib və bildirib ki, layihənin uğurla davam etdirilməsi üçün Anadolu Universiteti rəhbərliyi tərəfindən hərtərəfli dəstək göstərilir.
Türkiyə Prezidenti Aparatının baş katibi Prof.Dr. Mustafa İsen tələbələrlə görüşündən məmnunluğunu ifadə edib. O, dünyada təhsil sahəsində prioritetlərin və bizim üçün ənənəvi olan bəzi konseptlərin artıq dəyişdiyini və 20-30 ildən sonra tələbələrin gündəlik olaraq təhsil müəssisələrinə getmələri üçün ehtiyac olmayacağını deyib. Türkiyə Prezidenti Aparatının baş katibi texnologiyaların inkişaf etməsi ilə ənənəvi təhsilalma formasının da tədricən distant təhsilalma forması ilə əvəzləndiyini qeyd edərək müasir dünyada təhsil sistemində baş verən dəyişikliklərlə paralel olaraq tələbələrin Azərbaycandan distant formada təhsil ala bilmələrini böyük bir şans olduğunu söyləyib və tələbələrə bu fürsətdən səmərəli şəkildə istifadə etmələrini tövsiyə edib.
Video-konfrans vasitəsilə Eskişehirdən canlı olaraq qatılan Anadolu Universitetinin rektor müavini Prof.Dr. Ziya Aydın Özgür Türkiyə Prezidenti Aparatının baş katibi Prof.Dr. Mustafa İsenə tələbələrlə görüşə gəldiyi üçün təşəkkür edib. O, Anadolu Universitetinin rektoru Prof.Dr. Davut Aydının Ankarada keçirilən rəsmi bir toplantıda iştirak etdiyi üçün görüşə qatıla bilmədiyini bildirərək onun salamlarını görüş iştirakçılarına çatdırıb.
Sonda Türkiyə Prezidenti Aparatının baş katibi Prof.Dr. Mustafa İsen Anadolu Universitetinin həyata keçirdiyi “Azərbaycan Proqramları”- distant təhsil layihəsinin uğurla davam etdiriləcəyinə və növbəti illərdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.


on

Eskişehirdən video-konfrans vasitəsilə canlı olaraq qatılan Anadolu Universiteti rektorunun müavini Naci Gündoğan Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Hülusi Kılıç cənablarının bu layihənin həyata keçirilməsində böyük əməyi olduğunu qeyd edərək Türkiyə Prezidenti Aparatının baş katibi Prof.Dr. Mustafa İsenə vaxt ayıraraq tələbələrin görüşünə gəldiyi üçün təşəkkür edib.
Türkiyə Prezidenti Aparatının baş katibi Prof.Dr. Mustafa İsen Türkiyənin aidiyyəti qurumlarının rəhbərləri, həmçinin Anadolu Universitetinin rektoru Prof.Dr. Davut Aydınla görüşəcəyini və bu layihəyə əlavə dəstək veriləcəyini deyib.
Sonda Prof.Dr. Mustafa İsen tələbələrlə xatirə şəkli çəkdirib.


on
on
on

2012-Cİ İLDƏ ESKİŞEHİRDƏ KEÇİRİLƏN ANADOLU UNİVERSİTETİNİN MƏZUNİYYƏT MƏRASİMİ »

< ![if !IE]>< ![endif]>

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

< ![if !IE]>
< ![endif]>

2011-2012-Cİ DƏRS İLİNİN BAŞA ÇATMASI MÜNASİBƏTİ İLƏ ANADOLU UNİVERSİTETİNİN MƏZUNİYYƏT MƏRASİMİ KEÇİRİLİB. »

17 iyun 2012-ci il tarixdə Eskişehirdə Türkiyə Cümhuriyyətinin ən böyük və nüfuzlu universitelərindən olan Anadolu Universitetinin məzuniyyət mərasimi keçirilib. Mərasim Eskişehirin Atatürk Stadionunda təşkil edilib. Möhtəşəm məzuniyyət mərasiminə Anadolu Universitetindən bu il məzun olan təqribən 5 min nəfər tələbə və onların yaxınları, ailə üzvləri qatılıb. Ümumilikdə 30 minə yaxın insanın qatıldığı məzuniyyət mərasiminə Eskişehir valisi Kadir Koçdemir, Türkiyə Böyük Millət Məclisinin Təhsil, Mədəniyyət, Gənclik və İdman komissiyasının sədri- Eskişehirdən olan millət vəkili Prof. Dr. Nabi Avcı, Eskişehirdən olan digər millət vəkili Salih Koca, Eskişehir Böyükşəhər Bələdiyyəsinin sədri Prof. Dr. Yılmaz Büyükerşen, Türkiyə Cümhuriyyəti Prezident Aparatının əməkdaşı Dr. Murat Yılmaz, Azərbaycan Türk İş Adamları Birliyi idarə heyətinin sədri Cemal Yangın, Avrasiya İnnovasiya İnstitutu İH-nin rəhbəri Fərhad Mehtiyev, İH rəhbərinin birinci müavini Azər Hətəmov və başqa qonaqlar da qatılıblar.
Mərasim stadiona daxil olan Anadolu Universitetinin rektoru Prof. Dr. Davut Aydının, onu müşayiət edən Universitetin professor və müəllim heyətinin tribunaları dolduran tələbələrin valideynlərinin önündən keçərək, onları səmimi salamlamalarıyla başlayıb. Onların ardınca bu il Universitetin müxtəlif fakültələrindən məzun olan tələbələr də tribunaların önündən keçərək stadiona daxil olublar. Mərasimə Anadolu Universitetində Azərbaycandan distant formada təhsil alan və bu il məzun olan tələbələrdən təqribən 30 nəfərdən ibarət bir qrupu da qatılıb. Azərbaycan bayraqları ilə tribunaların önündən keçən məzunları tribunada oturan valideynlər, universitetin rəhbərliyi, müəllimlər və qonaqlar böyük coşqu ilə alqışlayıblar.
Daha sonra mərasimdə çıxış edən rektor Prof. Dr. Davut Aydın məzunlara müraciət edərək onları ölkələrinə və insanlığa faydalı olmaları üçün uğurladıqlarını deyib. “Əziz məzunlar, Sizi qürurla, həyəcanla və etibarla yola salmanın sevincini yaşayırıq”- deyən rektor, məzunlardan universitetlə əlaqələrini kəsməmələrini, təhsil almağa davam etmələrini xahiş edib və onlara hər hansı bir çətinliklə qarşılaşdıqlarında ümidlərini itirməmələrini, daha da əzmlə çalışmalarını tövsiyə edib. Mərasimdə çıxış edən digər qonaqlar da məzunlara gələcək həyat və işlərində müvəffəqiyyətlər arzulayıblar.
Mərasim Türkiyənin tanınmış müğənnilərindən Ayhan Sicimoğlunun ve “Latin All Star” qrupunun konserti ilə başa çatıb.
MƏZUNLARLA GÖRÜŞ

16 iyun 2012-ci il tarixdə Eskişehirdə Atatürk Mədəniyyət və Sənət Mərkəzində Açıqöyrətim İqtisadiyyat və Menecment Fakültələrinin məzuniyyət toplantısı keçirilib. Toplantıya Anadolu Universitetinin rektoru Prof. Dr. Davut Aydın, rektorun müavini Prof. Dr. Aydın Ziya Özgür, Açıqöyrətim Fakültəsinin dekanı Prof. Dr. Kerim Banar, Menecment Fakültəsinin dekanı Prof. Dr. Melih Erdoğan ve İqtisadiyyat Fakültəsinin dekanı Prof. Dr. S.Rıdvan Karluk, Anadolu Universitetinin məzuniyyət mərasimində iştirak etmək üçün Eskişehirdə səfərdə olan Azərbaycanın Avrasiya İnnovasiya İnstitutu İH-nin rəhbəri Fərhad Mehtiyev, İH rəhbərinin birinci müavini Azər Hətəmov və Universitetdə distant formada təhsil alaraq bu il məzun olan tələbələr qatılıblar.
Tədbirin əvvəlində çıxış edərək məzunları, onların valideynlərini, müəllimləri və qonaqları salamlayan Anadolu Universitetinin rektoru Prof. Dr. Davut Aydın 30 illik şanlı keçmişi olan “Uzaktan Eğitim” (distant təhsil) sistemi ilə əldə edilən nailiyyətlərdən danışıb. Dünyada sürətlə dəyişikliklərin baş verdiyini deyən rektor, qloballaşma, informasiya texnologiyalarının da dəyişməsinin bu prosesi daha da sürətləndirdiyini bildirib. Müasir dövrün tələbinə uyğun olaraq Universitetin distant təhsil sisteminin, başda imtahan dəyərləndirmə və qiymətləndirmə sistemi olmaqla, informasiya-telekommunikasiya texnologiyalarının, kitabların yenilənməsi zərurətinin yarandığını qeyd edən rektor Davut Aydın bildirib ki, bu səbəblə Universitet rəhbərliyinin qərarıyla iki il əvvəl Boloniya Prosesi adlandırılan Avropa ali təhsil kriteriyaları çərçivəsində uzaqdan təhsil sisteminin dəyişdirilməsinə başlanıb və növbəti dərs ilindən yeni distant təhsil sistemi tələbələrə təqdim ediləcək.
Daha sonra çıxış edən Anadolu Universitetinin rektor müavini Prof. Dr. Aydın Ziya Özgür və Açıqöyrətim Fakültəsinin dekanı Prof. Dr. Kerim Banar da tədbirə qatılan məzunları, onların valideynlərini və qonaqları, o cümlədən Azərbaycandan gələn nümayəndə heyətini salamlayaraq, Universitetdə distant formada təhsil alaraq məzun olan tələbələrə gələcəkdə də fərdi qaydada oxumalarını, biliklərini artırmalarını, inkişaf etdirmələrini tövsiyə edib və bu yolda onlara uğurlar diləyiblər.
Tədbir zamanı bu il Universitedən yüksək dərəcələrlə məzun olan tələbələrə diplomları təqdim edilib. Tədbirdə ən çox diqqət çəkən məqam isə Menecment Fakültəsindən birinciliklə məzun olan fiziki qüsurlu İlker İstanbullunun əlil arabası ilə səhnəyə gələrək diplomunu alması olub. Gurultulu alqışlar sədası altında diplomunu alan İlker İstanbullu öz sevincini bu sözlərlə ifadə edib: “ Əvvəlcə burada olan hər kəsi hörmətlə salamlayıram. Çox həyəcanlıyam, çox xoşbəxtəm. Türkiyədə əlil olmaq, əlil olaraq təhsil almaq çox çətindir. Amma mən Anadolu Universitetinin yüksək keyfiyyətli təhsil xidməti sayəsində bu çətinliyin öhdəsindən gəldim. Əməyi olan hər kəsə çox təşəkkür edirəm. Son olaraq məzun olan yoldaşlarımı təbrik edirəm, onlara uğurlar arzulayıram.”
Toplantının sonunda isə Açıqöyrətim Fakültəsinin dekanı Prof. Dr. Kerim Banar, Menecment Fakültəsinin dekanı Prof. Dr. Melih Erdoğan ve İqtisadiyyat Fakültəsinin dekanı Prof. Dr. S.Rıdvan Karluk tələbələrin suallarını cavablandırıblar.