Sual – Cavab

YÖS İmtahanı ilə bağlı suallarınıza aşağıda cavab tapa bilərsiniz. Türkiyədə təhsil ilə bağlı soruşulan sualları sizə təqdim edirik :

 

1.YÖS nədir?

-YÖS ( Yabancı Öğrenci Sınavı ) bu imtahan Türkiyə vətəndaşlığı olmayan, xarici tələbələr üçün Türkiyə universitetlərinə qəbul imtahanıdır. YÖS imtahanı Türkiyədə yalnız bakalavr təhsili üçündür.

2.YÖS imtahanında iştirak etmək üçün yaş məhdudiyyəti varmı?                                                                                    

-YÖS imtahanında iştirak etmək üçün yaş məhdudiyyəti yoxdur.

3.YÖS imtahanı hansı fənnlər üzrə keçirilir?                                                                

-YÖS imtahanı 2 fənn üzrə keçirilir:

 1.Türk-dili :Türk-dili testi 60 ədəd sualdan ibarət olur. Bu test üçün verilən vaxt 90 dəqiqədir.

  2.Məntiq (İQ), Riyaziyyat Həndəsə :Məntiq (İQ) fənnindən 45 ədəd suallar, 30 ədəd Riyaziyyat fənnindən suallar, 5 ədəd isə Həndəsə fənni üzrə suallardan ibarət olur.

4.YÖS imtahanında keçid balı nə qədərdir?

-YÖS imtahan nəticəsi ilə universitetlərə qəbul üçün keçid balı ən az 40 baldır.

5.YÖS imtahanının nəticəsi neçə il içərisində keçərlidir?

-YÖS imtahanın nəticəsi 2 il içərisində keçərlidir.

6.YÖS imtahanın nəticələri necə hesablanır?

-YÖS imtahanının nəticələri Türk-dili və Məntiq (IQ),Riyaziyyat, Həndəsə fənnləri üzrə ayrılıqda hesablanır. Məntiq (İQ), Riyaziyyat və Həndəsə fənni üçün abituriyentin bu fənn üzrə olan nəticəsi birlikdə hesablanır.Türk-dili fənni üçün isə abituriyentin Türk-dili üzrə səviyyəsi yer alır. Abituriyentin Türk-dili səviyyəsi üç fərqli nəticədən biridir.

“A” Katiqoriyası Türk-dili yetərli olan şəxslər:

-Ali təhsil üzrə proqrama başlaya bilərlər.                                  

“B” Katiqoriyası Türk-dili qısa zamanda yetərli səviyyəyə gələ biləcək şəxslər:

-Ali təhsilə davam edərkən, Türk-dili bilik səviyyələrini inkişaf etdirməlidirlər.                                                                         

“C” Katiqoriyası Türk-dili yetərsiz səviyyədə olan şəxslər:

-İl sonuna qədər Türk-dilini öyrənmək öhdəliklərində qalacaqlar və ilin sonunda Türk-dili səviyyələrini yetərli hala gətirənlər ali təhsillərinə davam edəcəklər. Lakin bir il sonunda Türk-dili yetərli hala gəlməyən tələbənin qeydiyyatı silinəcəkdir.

 

Qeydiyyat

 


×
E-Sertifika Üzrə Qeydiyyat

 


×