“Sosial Media İdarəçiliyi” (“Sosyal Medya Yöneticiliği”) Subbakalavr Proqramının məqsədi sosial media səhifə (profil) idarəçiliyi sahələrində lazım olan ixtisaslı insan resurslarını yetişdirməkdir. Bundan əlavə, bu proqramda sosial media sahələrində çalışan kadrların iş səmərəliliyini və məhsuldarlığını artıracaq şəkildə təchiz edilməsi hədəflənir.
Proqramı uğurla başa vuran məzunlar media sektorunda müxtəlif səviyyələrdə Sosial Media Mütəxəssisi, Sosial Media Məzmun Meneceri, Sosial Media Meneceri, Sosial Media Tətbiqi Operatoru, Sosial Media Auditoru vəzifələrində işləyə biləcəklər. Bundan əlavə, məzunlar öz sosial media agentliklərini yarada bilərlər.