15 noyabr 2017 tarixində Şimali Kipr Türk Respublikasının yaranmasının 34-cü ildönümü münasibətilə keçirilən tədbirdə Azərbaycanın diaspor naziri Nazim İbrahimov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Şimali Kipr Türk Respublikası Azərbaycan Üzrə Nümayəndəsi Ufuk Turganer , ATİB İH sədri Cemal Yangın,Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov , TÜİB sədri Hüseyin Büyükfırat, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları, iş adamları, ictimaiyyət nümayəndələri və media rəhbərləri iştirak edib.
Tədbirin giriş hissəsi Azərbaycan Respublikasının və Şimali Kipr Türk Respublikasının dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Daha sonra çıxış edən Şimali Kipr Bakı təmsilçisi Ufuk Turganer iştirakçıları salamlayıb, Şimali Kiprin yaranma tarixindən bəhs edib, böyük Mustafa Kamal Atatürkü, həmçinin Fazıl Küçük, Rauf Denktaş kimi Şimali Kipr Türk Cümhuriyyətinin tarixində xüsusi yeri olan şəxsiyyətlərin, Türk dünyasının şəhidlərini, Türkiyənin 15 iyul şəhidlərini böyük sayğı ilə anıb.
Sonra tədbir musiqi proqramı və bu özəl günlə bağlı ziyafətlə davam etmişdir.
Komentar