top of page

Yüksek Onur Belgesi” və “Onur Belgesi” alan tələbələr ilə silsilə müsahibələrə davam edir.

NÖVBƏTİ TƏLƏBƏMİZ SAMİRƏ SÜLEYMANZADƏ İLƏ MÜSAHİBƏMİZİ TƏQDİM EDİRİK:

– Salam Samirə, uğurlarına görə sizi təbrik edirik, bizə qısa özünüz haqqında məlumat verərdiniz.

– Samirə Süleymanzadə 24.10.1993 – cü ildə anadan olmuşam, Azərbaycandan distant formada Anadolu Dövlət Universitetinin “İşletme” (Menecment) fakültəsinin dördüncü kurs tələbəsiyəm.


– Təhsil aldığınız Universitet, fakültəniz haqqında oxucularımıza ətraflı məlumat verərdiz,Anadolu Universiteti “Azərbaycan Proqramları”nda təhsil almaq istəyənlərin və ya seçimində çətinlik çəkənlərin fikrində müəyyən təsəvvür yaransın.

– Əvvəlcə onu demək istəyirəm ki, Anadolu universitetinin tələbəsi olmaq başqa bir üstünlükdür. İlk növbədə tələbələr təhsilin keyfiyyətinə inansınlar və ən əsası Anadolu Universitetinin ən böyük üstünlüyü ondadır ki, distant formada verdiyi təhsil insanın özgüvənini daha da artırır. Misal üçün tələbə hər gün dərsə getmək məcburiyyətində deyil, işləyən tələbə imtahana son bir ay qalmış dərslərini oxuyur və özünə əmin olaraq bildirir ki, mən imtahanlardan yüksək nəticə əldə edəcəm. Sadəcə biraz zəhmət çəkmək lazımdır, zəhmət uğura gedən yolun açarıdır.


– Bu uğuru qazanmağınızda universitetinizin və ailənizin sizə nə kimi faydaları oldu?

– Universitetin tələbə üçün ən böyük faydası, dəstəyi tələbələri təmin etdiyi dərs vəsaitləridir. Əvvəllər planşet vasitəsi ilə dərsləri oxuyurduq, amma indi kitabla təmin olunmağımız bizim daha yaxşı oxumamıza səbəb oldu. Kitablar çox səlis, başa düşülən dildə yazılıb. Dərsləri oxuduqdan sonra əlavə izaha ehtiyac duymadan, rahatlıqla başa düşmək olur.


– İmtahana səmərəli hazırlaşmaq üçün hansı üsulu daha effektiv hesab edirsiniz?

– Mən kitabı oxuduqdan sonra dəftərə öz qeydlərimi edirəm ki, imtahana az müddət qalmış təkrarı qeydlərimin üzərindən edirəm. Mənim üçün bu metod uğurlu nəticə verdi.


– Kitab oxumaq sənin üçün nəyi ifadə edir? Oxuyan insanla oxumayan insan arasında nə fərq var ?

– Bu fərq özünü bir mövzu ilə bağlı fikir bildirəndə daha çox göstərir. Və oxuyan insanla oxumayan insanın fikirləri paradoksal bir hal təşkil edir, fikirlər ayrı istiqamətə yönəlir. Əsasən bədii kitablar oxuyuram, dedektiv janra üstünlük verirəm.


– Boş vaxtlarınızda nə ilə məşğul olursunuz? Hansı əlavə məşğuliyyətləriniz var?

– Orta məktəbdə oxuyarkən, milli musiqilərimizə böyük həvəsim olduğu üçün musiqi məktəbinə getmişəm. Rəqslə məşğul olmuşam, xalq çalğı aləti olan kamança üzrə təhsil almışam. Boş vaxtlarımda da, musiqilərimizi ifa edirəm. Ən çox bəyəndiyim isə “Ayrılıq” mahnısınıdır.


– Sonda əlavə etmək istədikləriniz var?

– Sonda tələbə yoldaşlarıma demək istəyirəm ki, imtahan zamanı özlərinə güvənsinlər, həyəcan keçirməsinlər dərslərinə ciddi hazıraşsınlar. Artıq orta məktəb şagirdi deyilik yetkin insanlarıq, özünü təlqin vasitəsi ilə psixoloji hazırlıq etməliyik. İnsanın özünə verdiyi dəstəyi heç kim ona verə bilməz.

Təşəkkür edirik , hər bir işinizdə uğurlar arzu edirik!


Müsahibə apardı: Gülər Qasımlı.

15 views

Comments


bottom of page