Türkiyə Cümhuriyyətinin yaranmasının 95-ci ildönümü münasibətilə Azərbaycanda da silsilə tədbirlər keçirilməkdədir və xatırladaq ki, bugün 29 Oktyabr tarixində axşam saat 19:00-da Türkiyə Cümhuriyyətinin Azərbaycandakı
Səfirliyinin təşkilatçılığı ilə Cümhuriyyət gününə həsr olunmuş və Azərbaycan dövlət rəsmilərinin də iştirak edəcəyi rəsmi təntənəli tədbir keçiriləcəkdir.
Bu silsilə tədbirlər çərçivisəndə eyni zamanda 27 oktyabr tarixində Bakı Söhbət Toplantısı (BST) klubunun təşkilatçılığı ilə Bakı Boulvard Hotelində Türkiyə Cümhuriyətinin yaranmasının 95-ci ildönümü münasibətilə “Cumhuriyet Bayramı Balosu” keçirilmişdir.
Tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral , Şimali Kipr Türk Respublikasının Bakı təmsilçisi Ufuk Turganer, Anadolu Universiteti Azərbaycan Programları koordinatoru Azər Hətəmov eyni zamanda Azərbaycandakı nüfuzlu türk qurumlarının rəhbərləri iştirak etmişdirlər.
Türkiyədən dəvət olunan sevilən müğənni Ege ve Orkestrası çıxışı ilə tədbiri rəngləndirmişdir. Kokteyllə başlayan tədbir musiqi və əyləncəli proqramla davam etmişdir.
Comments