top of page

Məzunumuza diplomu təqdim olundu

Türkiyənin Anadolu Dövlət Universitetində Menecment Fakültəsi “Biznesin təşkili və idarə edilməsi”bölümü üzrə Azərbaycanı tərk etmədən, distant formada ali təhsil alaraq məzun olmuş Mətanət Bədirovaya diplomu təqdim olunmuşdur.

Diplomu məzunumuza Anadolu Dövlət Universitetinin Azərbaycan Proqramları nümayəndəsi Araz Hətəmzadə təqdim etmişdir. Araz Hətəmzadə məzun Mətanət Bədirovanı təbrik etmiş və ona gələcək iş həyatında uğurlar arzulamışdır.

Məzunumuz da öz növbəsində onun üçün yaradılan bu imkana görə universitetin rəhbərliyinə və əməyi keçən hər kəsə təşəkkürünü bildirmişdir.

Sonda Anadolu Dövlət Universitetinin Azərbaycan Proqramları nümayəndəsi Araz Hətəmzadə ilə xatirə şəkli çəkdirildi.


Comments


bottom of page