top of page

Mustafa İsen Anadolu Universitetində Azərbaycandan distant təhsil alan tələbələrlə görüşüb.

07 iyun 2012-ci il tarixdə Türkiyə Cümhuriyyəti Prezident Aparatının baş katibi Prof. Dr. Mustafa İsen Anadolu Universitetində Azərbaycandan distant təhsil alan tələbələrlə görüşüb. Anadolu Universiteti “Azərbaycan Proqramları” koordinatoru Azər Hətəmov qonağı səmimi salamlayaraq ona Anadolu Universiteti “Azərbaycan Proqramları” barəsində ətraflı məlumat verib və Prof. Dr. Mustafa İsenə bildirib ki, Anadolu Universitetində distant formada təhsil almalarına əlavə dəstək məqsədilə Anadolu Universitetinin rəhbərliyi tərəfindən tələbələr üçün mümkün şərait yaradılıb və universitetin professor və müəllim heyəti tərəfindən interaktiv dərslər  təşkil edilib. Prof. Dr. Mustafa İsen Anadolu Universitetinin Azərbaycanda həyata keçirdiyi distant təhsil layihəsini yüksək qiymətləndirərək distant təhsilalma formasının dünyada geniş tətbiq edildiyini və bunun müasir dövrdə artıq bir zərurət olduğunu deyib. Daha sonra Prof. Dr. Mustafa İsen Anadolu Universitetində Azərbaycandan distant formada təhsil alan bir qrup tələbə ilə görüşüb. Görüşə videokonfrans vasitəsilə canlı olaraq Eskişehirdən Anadolu Universitetinin rektor müavinləri Prof. Dr. Aydın Ziya Özgür, Prof. Dr. Naci Gündoğan, Açıköğretim fakültəsinin dekanı Prof. Dr. Kerim Banar və Açıköğretim fakültəsi dekanının müavini Kamil Çekerol qatılıblar. Anadolu Universitetinin rektor müavini Aydın Ziya Özgür  Prof. Dr. Mustafa Eseni salamlayıb və Prof. Dr. Davut Aydının salamlarını ona çatdırıb. Görüşdə tələbələri maraqlandıran məsələlərə toxunulub və onların sualları cavablandırılıb. Türkiyə Prezident Aparatının baş katibi Prof. Dr. Mustafa İsen tələbələrlə görüşündən məmnunluğunu ifadə edib. O, dünyada təhsil sahəsində prioritetlərin və bizim üçün ənənəvi olan bəzi konseptlərin artıq dəyişdiyini və 20-30 ildən sonra tələbələrin gündəlik olaraq təhsil müəssisələrinə getmələri üçün ehtiyac olmayacağını deyib. Anadolu  Universiteti “Azərbaycan Proqramları” koordinatoru Azər Hətəmov öz adından və Anadolu Universiteti tələbələri adından qonağa görüşə gəldiyi üçün təşəkkürünü bildirib. Türkiyə Prezident Aparatının baş katibi Prof. Dr. Mustafa İsen Türkiyənin aidiyyəti dövlət qurumlarının rəhbərləri, həmçinin Anadolu Universitetinin  rektoru Prof. Dr. Davut Aydınla görüşəcəyini və bu layihəyə əlavə dəstək veriləcəyini deyib. Sonda Prof. Dr. Mustafa İsen tələbələrlə xatirə şəkli çəkdirib.

#metaslider_11516.flexslider .slides li {margin-right: 5px !important;}

16 views

Comments


bottom of page