top of page

Millət vəkili distant təhsilin önəmindən danışdı.


Təhsillə bağlı məsələyə toxunmaq istərdim ki, bu da distant təhsil məsələsidir. Hamımıza məlum olduğu kimi, pandemiya dövründə dünya ölkələri distant təhsil sahəsində bu sahənin daha intensiv inkişaf etdirilməsinin zəruriliyinə bir daha əmin oldu.


Bunu “Yeni Gündəm” ə açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.


Əslində bəzi ölkələr distant təhsil sisteminə 15-20 il öncə qoşulub. Buna baxmayaraq, onlarda da müəyyən problemlər yaşandı. Azərbaycan təhsil sistemi pandemiya dövründə bu sistemə keçdi. Buna görə də heç bir şey hazır deyildi, çətinliklər yarandı. Təhsil Nazirliyi təhsil müəssisələrinə müəyyən məsələlərlə bağlı müraciət ünvanladı və təhsil müəssisələri “Teams” “Zoom” və digər proqramlar vasitəsilə təhsili davam etdirmyə çalışdılar. Əslində isə bu hələ distant təhsil sistemi sayılmır.

Bu reallıqları nəzərə alaraq, yeni tədris ili başlanana qədərki zamanı səmərəli istifadə etməliyik. 3 ay müddətində daha təkmilləşdirilən sistem qurmaq, yeni normativ baza yaratmaq labüddür. Eyni zamanda tələbələrlə bağlanan müqavilələrə yenidən baxılması zəruridir. Prezident İlham Əliyev “Microsoft” şirkətinin rəhbəri ilə onlayn görüşdə distant təhsil sisteminin vacibliyi və ölkədə distant təhsil məsələsini xüsusi qeyd etmişdir. Qeyd olunanları nəzərə alaraq bu təklifləri vermək istəyirəm: 1- Distant təhsil mütəxəssislərinin yetişdirilməsi və sayının artırılması.


2- Distant təhsil mütəxəssislərindən ibarət komissiyanın formalaşdırılması.


3- Normal distant təhsil sisteminin qurulması üçün uzunmüddətli strategiyanın yaradılması.


4- Distant təhsil sistemi üçün keyfiyyətli kontentin yaradılması.

Diqqətiniz üçün təşəkkürlər.



56 views

Comentários


bottom of page