Bu gün dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyovun doğum günüdür.
Xalqımız bu günü Milli Musiqi günü kimi qeyd edir. Çünki milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur.
995-ci ildə ulu öndər Heydər Əliyev Üzeyir Hacıbəyovun 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması ilə bağlı fərman imzalayıb və elə həmin ildən bəri onun doğum günü respublikamızda Milli Musiqi günü kimi qeyd edilir.
Qeyd edək ki, 1885-ci il sentyabrın 18-də anadan olan Üzeyir Hacıbəyov Şərqdə ilk operanın əsasını qoyan və musiqili komediya janrını yaradan şəxsiyyətdir. O, 1908-ci il yanvarın 18-də Bakıda H. Z. Tağıyevin teatrında tamaşaya qoyulan "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoyub.
Üzeyir Hacıbəyovun “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarında o dövr Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapıb. Dahi bəstəkarın Azərbaycan mədəniyyətinə bəxş etdiyi musiqi incilərindən biri də bəstələdiyi "Koroğlu" operasıdır. Ü.Hacıbəyov həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də yeni Azərbaycan Respublikasının Dövlət himnlərinin musiqisinin müəllifidir.
“Professional Şərq musiqisinin atası” adlandırılan görkəmli bəstəkarımızın anadan olmasının 100 illik yubileyi YUNESKO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd olunub.
#Anadolu#AnadoluUniversiteti#AzərbaycanProqramları#AzerbaycanProgramlari#abituriyent#abituriyentqebulu#abituriyentqəbulu#distant#qəbuldavamedir#qebuldavamedir#attestatlaqebul#attestatlaqəbul#attestatlaqəbul#xaricdetehsil#xaricdətəhsil#türkiyədətəhsil#eğitim#tehsil#təhsil#distant #18sentyabr #MilliMusiqiGünü #ÜzeyirHacıbəyov
Comments