Azərbaycanın qədim, tarixi şəhərlərindən biri olan Gəncədən Əli Yusubov, yaşadığı Gəncə şəhərini tərk etmədən, Türkiyənin Anadolu Dövlət Universitetində təhsil almağın üstünlüklərindən bəhs etdi…
Anadolu Universiteti Azərbaycan Proqramları olaraq, uğurlu hekayələr rubrikasını davam etdiririk.Biz bu rubrikanın müntəzəmliyini ona görə təmin edirik ki, burada bəhs etdiyimiz Anadolu Universitetinin tələbə və məzunlarının həyatda qazandığı uğurlarla, onların rastlaşdığı problem və çətinliklərlə oxucularımızı tanış edək. Məqsədimiz hər bir gəncin özünə həyatda layiqli yer tutmasında yardımçı olmaqdır. Elə bugünkü qonağımız, Türkiyənin Anadolu DövlətUniversitetində Gəncədən distant şəkildə təhsil alantələbəsi,Əli Yusubovun da sizə deyiləsi sözləri var.Həmişə olduğu kimi, onunla da söhbətimizi ənənəvi sualdan başlayırıq.
·Əli Yusubov, qısa da olsa, zəhmət olmasa özün haqqında məlumat verərdiniz?
· Mən, Əli Yusubov, 1994-ci ildə anadan olmuşam. Hal-hazırda Anadolu Universiteti İktisat fakultəsinin 4-cü kurs tələbəsiyəm.
·Distant təhsil sistemi ilə bağlı bir tələbə olaraq fikirlərinizi öyrənmək bizə və oxucularımıza maraqlı olardı.
·Təhsil almaq, özüdə nüfuzlu xarici universitetdə oxumaq, hər bir gəncin ən ülvi arzularındandır. Lakin maddi və ya digər səbəblərdən hərkəs xaricə gedib istədiyi təhsili ala bilmir. Bu yerdə distant təhsil gənclərin köməyinə çatır. Ümumiyyətlə, bu təhsil formasının bir çox üstünlükləri var, lakin mən bir neçəsinin üzərində dayanmaq istərdim. Məhz distant təhsili gənclərə hərtərəfli imkanlar yaradan təhsil növüdür. Digər tərəfdən distant təhsil alan hər bir tələbə işləmək imkanından da yararlana bilir.
·Əyani təhsil ilə distant təhsil arasında fərqi izah edə bilərsinizmi?
·Əyani təhsildə hər gün davamlı şəkildə universitetə getmək və dərslərə qatılmaq məcburiyyəti var. Distant təhsildə isə bu məcburiyyət yoxdur. Odur ki, yuxarıda qeyd etdiyim kimi, distant təhsil tələbələrə daha çox sərbəstlik verir. Həm təhsil alırsan, həm də işləyə bilirsən.
Yəqin ki, dost, tanışların arasında digər təhsil ocaqlarında oxuyanlar var. Odur ki, müqasiyə edə bilərsiniz. Lakin bizi digər bir məsələ maraqlandırır. Anadolu Universitetində mövcud olan təhsil səviyyəsindən razısınızmı?
·Mən təhsilin bu formasından çox razıyam. Hal-hazırda oxuduğum fakultədə bizə yaradılan şəraitin, yəni dərs vəsaitlərinin verilməsi, konfrans dərslərin təşkili sayəsində keyfiyyətli və mükəmməl təhsil almaq imkanı qazanmışam. Hər gün dərsə gedib-gəlməklə zaman itirməkdənsə, işləyərək, evdə rahatlıqla işdən sonra dərs oxumaq mümkündür.
·Müsahibə almaq üçün bir çox tələbələr arasında məhz sizin seçilməyiniz uğurlu tələbə olduğunuzdan xəbər verir. Bu uğurun sirrlərini tələbələrimiz və oxucularımız ilə bölüşməyiniz yerinə düşərdi.
·İlk olaraq hər şey yaxşı oxumaqdan asılıdır. Yaxşı oxumaq birinci amildirsə, ikincisi isə aktiv və fəal tələbə olmaqdır. Ən əsası isə hər işdə olduğu kimi, təhsildə də, məsuliyyət hissi vacib bütün tələbələrə tövsiyyə edərdim ki, çox çalışsınlar, öz üzərlərində daima işləsinlər, biliklərini artırsınlar. Çünki, uğurun açarı daima çalışmaqdadır.
·Bu gün Azərbaycanda xarici universitetlər arasında Distant Təhsil verən yeganə univeristet Anadolu Universitetidir və Anadolu Universiteti Azərbaycan Proqramları olaraq bütün imkanlarımızla çalışırıq ki, tələbələr üçün xidmətlərimiz yüksək səviyyədə olsun, yaradılan şəraitdən razısınızmı?
·Bəli razıyam. Bizə yaradılan şərait üçün rəhbərliyimizə və bütün işçi heyyətinə öz təşəkkürlərimi bildirirəm
·Yəqin ki, gün ərzində vaxtınızı bütünlüklə dərslərə ayırmırsınız. Boş vaxtlarda nələrlə məşğulsunuz? Hobbiniz varmı?
·Mən boş vaxtımdan daha çox texnoloji bilklərimi artırmağa çalışıram və xarici dil kursuna gedirəm.
·Əvvəla sizi təhsilli və fəal bir Azərbaycan gənci olduğunuz üçün təbrik edirik və sizə gələcək işlərinizdə və həyatınızda uğurlar arzu edirik. Sizinlə həmsöhbət olmaq bizim üçün xoş idi.
·Mən də çox şad oldum və bu müsahibə üçün təşəkkürlərimi bildirirəm.
·Təşəkkürlər çox sağolun.
Müsahibəni hazırladı: Gülər Qasımlı.
Comments