Noyabrın 23-də Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov, Anadolu Universiteti “Azərbaycan Proqramları”nda Azərbaycandan distant təhsil alan tələbələrlə görüşmüşdür. Tədbirə açılış sözü ilə başlayan Koordinator ilk öncə Anadolu Universitetinə yeni qəbul olan tələbələri təbrik edərək, onların imtahanlardan başarıyla keçdiklərini xüsusi ilə qeyd etdi. Koordinator çıxışı zamanı, Türkiyə Cümhuriyyəti Anadolu Dövlət Universitetinin təhsil imkanlarının genişliyindən söz açaraq, tələbə sayına görə dünyanın ilk üçlüyündə yer alan Anadolu Universiteti 1982-ci ildə 29.500 tələbə sayı ilə təhsil verməyə başladığını, daha sonra Türkiyənin 105 şəhərində bürolar yaradaraq fəaliyyət istiqamətini genişləndirmişdir. Bununla yanaşı Anadolu Universiteti dünyanın bir çox ölkələrində (Qərbi Avropa Proqramları – Almaniya, Fransa, İngiltərə, İsveçrə, Avstriya, Belçika, Hollandiya və.s. Bolqarıstan, Makedoniya, Kosova, Bosniya-Hersoqavina, Azərbaycan, Şimali Amerikada) mövcud olmaqla çoxsaylı təhsil imkanları sayəsində geniş bir kütləyə təhsil verməklə yanaşı dünya miqyasında tanınmış bir universitet statusu almışdır. Azər Hətəmov Anadolu Universitetinin Azərbaycandakı fəaliyyəti və distant təhsil imkanlarının yaradılmasına görə Anadolu Universiteti Rektoru Sayın Prof.Dr Naci Gündoğana, Türkiyənin Azərbaycandakı Səfirliyinə, ATİB İH-nin sədri Cemal Yangına və digər aidiyyatı şəxslərə tələbələrin adından dərin təşəkkürlərini bildirmişdir.
Sonra Koordinator, öz çıxışında tələbələrə geniş dünyagörüşünə malik olmalarını, müstəqil və yaradıcı düşünmələrini, nəzəri və praktik biliklərə yiyələnmələrini, daim öz üzərilərində işləmələrini tövsiyyə etdi. Daha sonra Koordinator Azər Hətəmov tələbələri maraqlandıran sualları cavablandırdı.
Tədbirin gedişatı zamanı tələbələr üçün http://azanadolu.edu.az və https://www.anadolu.edu.tr saytlarının istifadə qaydaları da nümayiş etdirilmişdir.
Comentarios