top of page

Arzu Allahverdiyeva: “Anadolu Universiteti başarıya gedən yoldur”

Anadolu Universiteti Azərbaycan Proqramları olaraq, uğur hekayələri rubrikasını davam etdiririk.Biz bu rubrikanın müntəzəmliyini ona görə təmin edirik ki, burada bəhs etdiyimiz Anadolu Universitetinin tələbə və məzunlarının həyatda qazandığı uğurlarla, onların rastlaşdığı problem və çətinliklərlə oxucularımızı tanış edək. Məqsədimiz, hər bir gəncin  həyatda layiqli yer tutmasında yardımçı olmaqdır. Elə bugünkü qonağımız, Anadolu Universitetinin məzunu Arzu Allahverdiyevanın da sizə deyiləsi sözləri var.


·Arzu, biz söhbətdən öncə, sənin haqqında bəzi məlumatları toplamağa çalışdıq. Hamı bir ağızla, Arzu yaxşıya yaxşı, pisə pis deyən, daima dostlarına dəyər verən xanımdır, dedilər. Bunların sirri nədədir?


·İlk öncə həyatda belə mövqe tutmağımın əsas səbəbkarları valideynlərim, böyüdüyüm mühitin rolu olub. Gözümü dünyaya açdığım gündən, daha doğrusu bu həyatı dərk etdiyim vaxtdan, ətrafımda olan ən yaxın insanlar məndə ancaq müsbət emosiyalar yaratmağa çalışıb. Ailəmizdə həmişə ən yüksək dəyər məhz yalan və dedi-qodudan uzaq durmaq kimi hisslərə verilib. Hətta mənə verilən həyat dərslərində, qəribə də olsa, pisə də yaxşı olmağa çalışmağı öyrədiblər.


·Arzu, görürəm ki, söhbətimiz ənənəvi suallarla yox, daha çox bu gün hamını maraqlandıran dünyaya baxış və həyat tərzi ilə başladı. Təklif edirəm elə bu mövzular ətrafında da söhbətimiz davam edək.               Böyük məmnuniyyətlə.


·Onda belə bir sualdan başlayaq. Bildiyimiz kimi, bu gün əksər gənclər orta məktəbi bitirdikdən sonra, mütləq ali təhsil almaq fikrinə düşür. Səncə bu nə qədər düzgündür?


·Məndə bu məsələ həmişə böyük maraq doğurub. Beynəlxalq təcrübəyə nəzər salsaq, görərik ki, inkişaf etmiş ölkələrdə ali məktəblərə üz tutan gənclər ümumi sayın hardasa 20-30 faizini təşkil edir. Misal üçün, öz ali təhsil ocaqları ilə məhşur olan Böyük Britaniyada bu rəqəm cəmi 31 faizdir.


·Fikrincə bu nə ilə bağlıdır?

·İlk növbədə ali təhsil almaq qərbdə çox bahadır. Digər tərəfdən, elə peşələr var ki, onun ali təhsil diplomunu almaq üçün 10 ildən artıq oxumaq lazımdır. Misal üçün bu tibbi sahəsidir. Odur ki, seçim qarşısında qalan gənclər fikirləşir ki, onların maddi durumu buna imkan verəcəkmi. Digər vacib məsələ ondan ibarətdir ki, qərbdə orta ixtisas, yəni peşə verən, təhsil müəssisələri çox inkişaf edib və burada qısa zamanda hansısa peşəyə yiyələnib, tez bir zamanda iş tapmaq mümkündür.Təsədüfi deyil ki, son zamanlarda ölkəmizdə də bu istiqaməti inkişaf etdirmək üçün mühüm addımlar atılır. İnanıram ki, gələcəkdə bizdə də ali təhsil almaq üçün müraciət edənlərin də sayı xeyli azalacaq.


·Bildiyimiz kimi, Anadolu Universitetinin distant təhsilində də buna bənzər sistem var.

·Bəli, önlisans təhsilində belə bir bənzərlik var. Fikrimcə, misal üçün otel işçisinə, adi mühasib olmaq üçün önlisans təhsili böyük imkanlar açır. Cəmi iki ilə bu diplomu almaqla, hər bir gənc özünə münasib iş yeri qazana bilər. Bu diplomları tanıtmağa da ehtiyac yoxdur.


·Gəl bir azda Anadolu Universitetində təhsil aldığın dövrə baş vuraq.

·Böyük məmnuniyyətlə.


·Bizdə olan məlumata görə, sən təhsil aldığın dövrdə yüksək nəticələr göstərmisən. Belə nailiyyətlərə imza atmaq nə qədər çətin olub?

·Mən iki il “Turizm ve Otel İşinin Teşkili” bölümünüdən subbakalavr diplomunu aldıqdan sonra “dikey geçiş” edərək “Beynəlxalq Münasibətlər” fakultəsindən də bakalavr pilləsindən məzun olmuşam. Gördüyünüz kimi, mən dörd ildə iki diplom qazanmaqla yanaşı, həm də iki ixtisasa yiyələnməyə nail olmuşam. Bu da öz növbəsində distant təhsilin ən vacib üstünlüklərindən biridir. Təsəvvür edin, dörd il təhsil alaraq, birdən iki diplomla, iki ixtisasa sahib olmaq, belə təhsil növündən kim imtina edər? Görün iki diploma sahib olmaq nə qədər üstünlüklər əldə etməyə imkan verir.


·Təhsil aldığın dövrdə ən yadda qalan hadisələr hansılar olmuşdur?

·Universitetə qəbul olduğum barədə mesaj alanda, sevincimin həddi-hüdudu yox idi. Sanki, mənə dünyanın ən dəyərli və bahalı hədiyyəsini bəxş etmişdirlər. İlk dəfə Tərifnamə (Onur Belgesi) qazandığım zaman da ən yadda qalan hadisələrdən biri Lakin, Eskişehir`də Məzuniyyət tədbirinə qatılmaq şansı, bütün bu nailiyyətlərin sonuncusu və ən gözəli oldu. Eskişehir çox gözəl şəhərdir. Burada gəzməyin ləzzətini sözlə ifadə edə bilmirəm. Üstəgəl bizə burada Anadolu Universitetinin rəhbərliyi və kollektivi tərəfindən göstərilən qayğı bu hissləri yüz qat artırırdı. Odur ki, fürsətdən istifadə edərək, belə bir imkanı bizə bəxş edən Anadolu Universitetinin Azərbaycan Proqramlarının Koordinatoru hörmətli Azər müəllimə, Universitetin kollektivinə öz təşəkkürümü bildirirəm. İnanıram ki, Anadolu Universitetinin Azərbaycan Proqramları vasitəsi ilə təhsil alan tələbələrinin sayı gündən-günə artacaq, və bu təhsil sisteminin ölkəmizdə inkişafına öz layiqli töhfəsini verəcəkdir.


·Sənə də maraqlı fikirlərinə görə minnətdarlığımızı bildiririk və sonda Anadolu Universiteti sənin yaddaşında necə həkk olunmuşdur? Yəni qısaca olaraq, Anadolu Universiteti deyəndə, fikrinə ilk olaraq hansı sözlər və fikirlər gəlir?

“ANADOLU  UNİVERSİTETİ  BAŞARIYA  GEDƏN YOLDUR...”


29 views

Kommentare


bottom of page