top of page

Anadolu Dövlət Universitetinin Rektoru Prof.Dr.Naci Gündoğan Azərbaycan Proqramlarında.

19 iyul tarixində Azərbaycandan rəsmi səfərdə olan Türkiyənin Anadolu Dövlət Universitetinin Rektoru Prof.Dr.Naci Gündoğan Anadolu Universitetinin uzaqdan (məsafədən) təhsil alan Azərbaycandakı tələbələri üçün təskil edilmiş İKT xidmətləri göstərən, Universitetin Azərbaycandakı tərəfdaş qurumunda olmuşdur. Rektor Naci Gündoğan Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmovla və qurumun digər əməkdaşları ilə görüşmüş, burada məsafəli təhsilin texniki bazasındakı uzaqdan(distant)təhsilalma imkanları ilə yaxından tanış olmuşdur.

Daha sonra rektor Anadolu Universitetində uzaqdan təhsil yolu ilə təhsil almaq arzunda olan və bu məqsədlə qurumda Türk dili hazırlıq kursunda iştirak edən bir qrup kurs dinləyiciləri ilə görüşmüsdür.Prof.Dr.Naci Gündoğan onlara Anadolu Universiteti haqqında,xüsusilə Universitetin verdiyi uzaqdan təhsil sistemi ,xarici ölkələrdə,o cümlədən Avropada,Amerikada,Səudiyyə Ərəbistanda və s. dövlətlərdəki tələbələrinə uzaqdan verilən təhsil sistemi haqqında məlumat vermişdir.

Rektor həmçinin Anadolu Universiteti tərəfindən tələbələrin təhsillərinə yönəlik son vaxtlar görülmüş işlər, Universitetin həyata keçirdiyi layihələr haqqında məlumat verərək tələbələr və hazırlıq kursu iştirakçılarını maraqlandıran digər mövzulara toxunmuşdur. O, öz çıxışında tələbələrə diplomu aldıqdan sonra müasir dünyanın tələblərinə uyğun olaraq bir bakalavr təhsili ilə kifayətlənməməyi, geniş dünyagörüşünə malik olmalarını, dil biliklərini təkmilləşdirmələrini, daim öz üzərlərində işləmələrini tövsiyə etmişdir.

12 views

Comments


bottom of page