“Laborant və Baytarlıq” (“Laborant ve Veteriner Sağlık”) Subbakalavr Proqramının məqsədi Baytarlıq təbabətinin iş sahəsinə daxil olan laboratoriyalarda, klinikalarda heyvan mənşəli qidaların təhlükəsizliyi və etibarlılığının təmin edilməsi , habelə heyvanların qidalanması və yetişdirilməsi sahələrində baytar həkimə kömək etmək üçün lazımi bilik və bacarıqlara malik kadrların hazırlanmasıdır.
Laborant və Baytarlıq Subbakalavr Proqramını müvəffəqiyyətlə başa vuran məzunlar texnik ünvanı adını qazana və özəl baytarlıq xəstəxanalarında, klinika və laboratoriyalarda, eləcə də Kənd Təsərrüfatı Nazirliyinə bağlı bir çox əlaqədar qurumlarda köməkçi texniki işçi kimi işləyə bilərlər. Bundan əlavə, onlar fərdi təsərrüfatlarda və ya quşçuluq, heyvandarlıq və yem sənayesində köməkçi işçi kimi özlərinə iş tapa bilərlər. Hətta əldə etdikləri yeni biliklərlə öz iş yerlərini də qura bilərlər.
* Laborant və Baytarlıq Subbakalavr Proqramının tələbələri məcburi 30 iş günü stajı keçməlidirlər.