İş Həyatı və Qaydaları ( İş Yaşamı ve Hukuku ) e-Sertifika Proqramı

Rəqabət gücü yüksək olan, məşhur və böyük müəssisələr deyirlər ki,onları  bu mövqeyə gətirən güc insanlar üçün etdikləri sərmayədir. Bu müəssisələrin insan resursları profilinə baxanda çoxluğu yaxşı təhsil almış, ətraf mühiti təhlil, tədqiq edə bilən,  daim öyrənməyə meylli, öyrədən, adaptasiya bacarığı olan kadrlar təşkil edir . Təcrübəli işçi qüvvəsinə sahib olmaq, rəqabətdə daha üstün olmağın ön şərtidir. Bu işçi qüvvəsinin də  lazımi vaxtda, doğru yerdə və doğru şəkildə istifadə edilməsi vacibdir. İnsan resurslarının idarə edilməsinin əsas məqsədi xöşbəxt, məhsuldar və daim müsbət düşünən işçi qüvvələri yaratmaqdır.

Bu sertifika proqramı yuxarıda təsvir olunan xüsusiyyətlərə malik olmaq istəyən şəxslər üçün nəzərdə tutulmuşdur.

Proqram üçün lazım olan sənədlər :

  1. Orta təhsil haqqında “Attestat” və ya Ali təhsil haqqqında “Diplom”
  2. Şəxsiyyət vəsiqəsi
  3. 4×5 Ölçüsündə, ağ fonda çəkilmiş 2 ədəd mat fotoşəkil

Qeydiyyatdan keçmək istəyən şəxslər, qeyd edilən sənədlər ilə birlikdə Anadolu Universiteti Azərbaycan Proqramlarının “Qeydiyyat Mərkəzi” -nə yaxınlaşmalıdırlar.

Proqrama daxil olan kitablar :

  1. İnsan Kaynakları Yönetimi – İnsan Resurslarının İdarə olunması
  2. İş Sağlığı ve Güvenliği – İş Sağlığı və Təhlükəsizliyi
  3. İş ve Sosyal Güvenlik Hukuku – İş və Sosial Təhlükəsizlik Hüququ

      

Qeydiyyat

 


×
E-Sertifika Üzrə Qeydiyyat

 


×