e-Sertifika üzrə

Türkiyənin Anadolu Dövlət Universiteti Azərbaycanı tərk etmədən, müasir informasiya texnologiyalarından istifadə etməklə, cəmi 3 aya, 100-dən çox  ixtisas və peşə üzrə e-Sertifika Proqramlarında təhsil almaq imkanı yaradır.

Anadolu Universiteti, müxtəlif peşə və ixtisaslar üzrə nəzəri biliklərinizi artırmaq, karyeranızda uğurlar əldə etmək üçün e-sertifika proqramlarında iştirak edərək Beynəlxalq Dərəcəli Serifikata malik olma şansını sizə təklif edir.

e-Sertifika Proqramlarında, bilik və bacarıqlarını artırmaq, iş fəaliyyətində uğur əldə etmək və seçdiyi sahənin mütəxəssisi olmaq istəyən hər kəs iştirak edə bilər. İstər tələbə, istər peşə sahibi olan şəxs, iş adamları, hətta evdar xanımlar belə bu proqramlardan faydalana bilərlər.

 

e-Sertifika Proqramlarında, İdarəçilik, Marketinq, Tibb, Turizm, Logistika,  Mühasibatçılıq, İnkişafa Dəstək, Web dizayn, kodlaşdırma, Kulinariya, Fotoqrafçılıq və 100-dən çox ixtisasartırma proqramı üzrə təhsil ala bilərsiniz.

E-sertifika proqramları online formada, müasir informasiya texnologiyalarından istifadə etməklə, istifadəçiyə təqdim olunan login və şifrədən daxil olaraq  (E-Kampüs sistemi) geniş dərs materiallarından (PDF, video-izahlı dərslər, səsli audio dərslər, online-test və izahlı testlər) həmçinin proqram ərzində ödənişsiz veriləcək kitablardan istifadə edərək,  tədris olunur.


e-Sertifika proqramları seçdiyiniz proqrama uyğun olaraq Türk və ya İngilis dilində tədris olunur.

>  Online qeydiyyatdan keçirsiniz: 

>  Qeydiyyat mərkəzinə yaxınlaşaraq lazım olan sənədləri (attestat və ya diplom, şəxsiyyəti təsdiq edən sənəd, 4×5 ölçüsündə , ağ fonda çəkilmiş 2 ədəd mat fotoşəkil) təqdim edirsiniz ;

>  Təhsil haqqı ödənişini ödədikdən sonra  şifrə və login əldə edirsiniz;

>  Qeydiyyatınız tamamlanır;

E-SERTİFİKA PROQRAMLARINA ONLİNE QEYDİYYAT


Qeydiyyat

 


×
E-Sertifika Üzrə Qeydiyyat

 


×