Bakı şəhəri, 8-ci mkr,
İbrahimpaşa Dadaşov küç. 74V.
(Azadlıq metrosunun yaxınlığı)
(+994 12) 563 09 09
(+994 12) 563 20 20
(+994 70) 892 07 07
DİSTANT TƏHSİL
DİSTANT TƏHSİL NƏDİR?
Bildiyiniz kimi, Distant təhsil yeni konsept deyil, bütün dünyada tanınan, illərdir ki, müəyyən inkişaf yolu keçmiş və bu günədək gəlib çıxan bir təhsil formasıdır.
Bəs Distant Təhsil Nədir?
Distant təhsil tələbənin olduğu yerdən kənara getmədən (evdə, iş yerində və yaxud hər hansı təhsil müəssisəsində ) ala bildiyi təhsil növüdür. Belə ki, təhsil almaq istəyən , lakin müəyyən səbəblərdən olduğu məkanı tərk edə bilməyən (şəhərdən uzaqda, bölgələrdə yaşayan, ailə vəziyyəti ilə əlaqədar hər gün dərslərə qatılma imkanı olmayan (xüsusən xanımlar), işləyən və təhsilinə görə işini itirmək istəməyən) hər bir kəs distant təhsil yolu ilə xarici universitetlərdə mükəmməl təhsil alıb, tam qanuni diploma sahib ola bilirlər. Məhz distant təhsilin də ən gözəl xüsusiyyətlərindən biri də budur ki, tələbə xaricə getmədən xarici universitetlərin diplomunu əldə etmək imkanına malik olur.
Distant təhsil formasını bir çox hallarda qiyabi təhsillə qarışdırırlar. Əslində qiyabi təhsillə Distant təhsilin oxşar cəhətləri olsa da, amma fərqlidirlər. Qiyabi təhsildən fərqli olaraq, Distant təhsil internet vasitəsilə keçirilir. Dərslər tələbəyə verilən elektron materiallar, video dərsliklər və s. materiallarla tədris edilir. Qiyabi təhsil formasında tələbənin ildə iki dəfə olmaqla semestrlərdə iştirak etmə məcburiyyəti varsa, distant (uzaqdan) təhsil formasında belə bir məcburiyyət yoxdur. Tələbə dərslərə onlayn şəkildə evdən qoşula bilir, universitetə getməyinə ehtiyac olmur.
Distant təhsildə də qiyabi təhsildə olduğu kimi ali (bakalavariat,magistratura və doktorantura) təhsil pillələrində təhsil almaq mümkündür.
Distant təhsildə tələbə daim diqqət mərkəzində olur. Bu təhsil formasında tələbələrə bərabər fürsət təqdim edilir. Geniş bir kütləyə tədris xidməti göstərilir. Tələbələrə texniki avadanlıqlar ilə işləmək imkanı yaradılır və yeni onlayn tədris platformaları ilə tanış olmaq, çalışmaq imkanı yaradılır. Məlumatlara sürətli və asanlıqla çatmaq imkanı yaradılır. Məkandan asılı olmayan tələbələrin internet bağlantısı olan bir yerdə istədikləri keyfiyyətdə təhsil almasına şərait yaradır.Tələbənin internetə çıxışı olduğu halda, onun aktual məsələlərə də çıxışı olur. Tələbənin utancaqlıq və auditoriya qarşısında çıxış etmək qorxusu, tərəddüd , kommunikasiya keyfiyyətləri ilə bağlı psixoloji problemləri aradan qaldırmağa yardımçı olur.
Məhz bu baxımdan, Distant təhsilin keyfiyyəti heç də əyani təhsildən geri qalmır.
MƏSAFƏLİ TƏHSİL
Distant Təhsildə tapşırıqlar, testlər və əlavə materiallar tələbəyə elektron variantda internet vasitəsilə göndərilir, tələbə də bütün testləri, çalışmaları yerinə yetirərək fərdi qaydada öz biliklərini artırır. Proqramın tələblərindən asılı olaraq siz demək olar həm bütün proqramı elektron varianatda götürə bilərsiniz və ya bir neçə dərsi. Deyək hər hansı universitetdə oxuyursunuz. Yayda həm istirahət etmək istəyirsiniz həm də müəyyən əlavə dərslər götürmək istəyirsiniz. O zaman siz istənilən yerə gedib həm ailənizlə birlikdə ola və dərslərinizi distant sistem vasitəsi ilə həll edə bilərsiniz. Bu da sizə böyük imkanlar və rahatlıq verəcəkdir.
Nəticə olaraq bu təhsil sisteminin tələbələr üçün üstünlüklərini aşağıdakı kimi sıralamaq olar:
•Ölkəni tərk etmədən xarici universitetlərdə təhsil almaq imkanı
•Təhsilin sürətini tənzimləmədəki sərbəstlik
•Həm oxuyub, həm də işləmək imkanı
•İşdən sonra, asudə vaxtlarda və evdə oxuma imkanı
•Nəqliyyat xərclərinin azalması və ya tamamilə yoxluğu
•Səyahətdə olarkən də təhsil almaq imkanı.
DİSTANT TƏHSİLİN ÜSTÜNLÜKLƏRİ
Distant Təhsildə hər kəs vaxt itirmədən xarici universitetlərdə oxuya bilər. Burada tələbənin sərbəst öyrənmə prinsipi vardır. Təhsil sahəsi elə qurulub ki, tələbə müəllimdən vaxt və ya məsafə ilə ayrılsa da, onlar istədiyi vaxt telekommunikasiya vasitələri ilə əlaqə saxlaya bilərlər. Bu baxımdan müxtəlif məqsədlərlə istənilən təhsil proqramı sahəsində həyata keçirilə bilən distant təhsil sisteminin funksiyaları da genişdir.
-
Yaş qrupları arasında təhsil balansının təmin edilməsi
-
İkinci dəfə təhsil almaq imkanının təmin edilməsi
-
Geniş kütlələr üçün məlumat və təhsil kampaniyalarının həyata keçirilməsi
-
Hədəf qruplara treyninqlərin verilməsi
-
Hədəf qrupların digər ehtiyaclarının təmin edilməsi
-
Yeni sahələrdə təhsilin verilməsi
-
Təhsili geniş coğrafiyada əldə etmənin təmin edilməsi
-
Təhsilin işlə və ailə həyatı ilə kombinasiyasının təmin edilməsi
-
Bacarıqların inkişaf etdirilməsi
-
Transmilli proqramların təklifi və s.