TƏHSİL

Qazaxıstanın paytaxtı Astanada “Burabay forum: beynəlxalq əməkdaşlıq” mövzusunda gənc alimlərin beynəlxalq forumu keçirilir

Qazaxıstanın paytaxtı Astanada “Burabay forum: beynəlxalq əməkdaşlıq” mövzusunda gənc alimlərin beynəlxalq forumu keçirilir

Üç gün davam edəcək forum Qazaxıstan Respublikasının Birinci Prezidenti Fondu və həmin fondun Elmi Şurasının təşkilatçılığı ilə reallaşdırılıb. Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildiriblər ki, tədbirə Qazaxıstanın dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rektorları, MDB respublikalarının gənc alimlər şuralarının sədrləri, eləcə də müxtəlif ölkələrdən gənc alimlər qatılıblar. Beynəlxalq forumda respublikamızı AMEA-nın Gənc Alim və Mütəxəssislər…

Ali məktəblərə ixtisas seçimi davam edir

Ali məktəblərə ixtisas seçimi davam edir

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, saat 11.00-a olan məlumata əsasən, I ixtisas qrupu Azərbaycan bölməsi üzrə 8973, II ixtisas qrupu üzrə 6589, III ixtisas qrupu üzrə 7729, IV ixtisas qrupu üzrə 2408 nəfər ərizəsini təsdiq edib. I ixtisas qrupu rus bölməsi üzrə 895, II ixtisas qrupu üzrə 723, III ixtisas qrupu üzrə 643, IV ixtisas…

Təhsil naziri Ceyhun Bayramov fərdi təhsil üzrə nümunəvi tədris planının təsdiqi barədə əmr imzalayıb.

Təhsil naziri Ceyhun Bayramov fərdi təhsil üzrə nümunəvi tədris planının təsdiqi barədə əmr imzalayıb.

AZƏRTAC xəbər verir ki, əmrin imzalanmasında məqsəd uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsilinin təşkili və tənzimlənməsini təmin etməkdir. Əmrə əsasən, uzun müddət təhsildən kənarda qalmış şəxslərin ümumtəhsil məktəblərində təşkil olunan fərdi təhsilinə aid 2018-2019-cu dərs ili üçün tədris planı və tədris planına dair “Qeydlər” təsdiq edilməlidir. Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya…

Məktəblilərin yay tətili günlərinin səmərəli, maraqlı və əyləncəli olması məqsədilə təşkil edilən yay məktəbi davam edir.

Məktəblilərin yay tətili günlərinin səmərəli, maraqlı və əyləncəli olması məqsədilə təşkil edilən yay məktəbi davam edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, ödənişsiz qaydada təşkil olunan yay məktəbi paytaxt üzrə “Məktəblinin dostu” layihəsinin tətbiq olunduğu 18 məktəbi əhatə edir. Yay məktəbində 1000-ə yaxın şagird üçün təlim, seminar və informativ sessiyaların keçirilməsi, müxtəlif idman yarışlarının, əyləncəli saatların təşkil edilməsi planlaşdırılır. Yay məktəbinin əsas məqsədi şagirdlərə yay istirahəti dövründə keyfiyyətli təhsil…

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə bütün qruplar üzrə müsabiqə şərtini ödəmiş abituriyentlər üçün ixtisas seçimi elan edir

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə bütün qruplar üzrə müsabiqə şərtini ödəmiş abituriyentlər üçün ixtisas seçimi elan edir

İxtisas seçimi iyulun 30-dan avqustun 13-dək internet vasitəsilə aparılır. Abituriyentlər qəbul olmaq istədikləri ixtisasları “Abituriyent” jurnalının 4-cü nömrəsindən seçib onların kodlarını DİM-in saytının müvafiq səhifəsində “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. Abituriyentlər ali təhsil müəssisələrinin imtahan verdiyi ixtisas qrupuna aid olan 15-dək ixtisas kodunu qeyd edə bilərlər. I, II, III, IV ixtisas…

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində XIX əsr Osmanlı tarixinə dair kitab mühafizə olunur

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində XIX əsr Osmanlı tarixinə dair kitab mühafizə olunur

Muzeydən AZƏRTAC-a bildiriblər ki, müəllifi Rusiya diplomatı, şərqşünas K.Bazili olan əsər “Konstantinopol oçerkləri” adlanır. Kitab 1835-ci ildə Sankt-Peterburq şəhərində nəşr olunub. Nəşrdə Osmanlı imperiyasının paytaxtı İstanbul şəhəri haqqında etnoqrafik və coğrafi qeydlər, eləcə də Kiçik Asiya yarımadası və orada yaşayan xalqlar barədə məlumatlar verilib. Eyni zamanda, İstanbulun XIX əsrin I yarısına qədər olan siyasi vəziyyəti…

Təhsil naziri Ceyhun Bayramov 2018-2019-cu dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə əmr imzalayıb

Təhsil naziri Ceyhun Bayramov 2018-2019-cu dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə əmr imzalayıb

AZƏRTAC xəbər verir ki, əmrə əsasən, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi və rayon (şəhər) təhsil şöbələrinə aidiyyəti yerli təşkilatlarla birgə 2018-2019-cu dərs ilində məktəbəhazırlıq qruplarına cəlb olunacaq 2013-cü ildə anadan olmuş uşaqların sayını dəqiqləşdirmələri, müəllimlərin və ərazilər üzrə məktəbəhazırlıq təhsili təşkil ediləcək məktəblərin müəyyənləşdirilməsi üçün müvafiq…

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu “Türkologiya” jurnalının 2018-ci il üçün ikinci nömrəsi işıq üzü görüb.

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu “Türkologiya” jurnalının 2018-ci il üçün ikinci nömrəsi işıq üzü görüb.

Jurnalın məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimovun AZƏRTAC-a verdiyi məlumata görə, yeni nömrədə Azərbaycan, rus, ingilis və türk dillərində Azərbaycan, Türkiyə, Rusiya, Albaniya, Misir və Monqolustan alimlərinin məqalələri yer alıb. Beynəlxalq elmi jurnalın bu sayında ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev-95”, “Azərbaycan Xalq Cümhuriyyəti-100”, “Dilçilik”, “Ədəbiyyat”, “Fəlsəfə”, “Tarix və etnoqrafiya”, “Türkoloji…

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) türk dilində tədrisdə yeni standartlar tətbiq edəcək

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) türk dilində tədrisdə yeni standartlar tətbiq edəcək

Universitetdən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə UNEC ilə Türk Dünyası Araşdırmaları Vəqfi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. UNEC-in rektoru, professor Ədalət Muradov və Türk Dünyası Araşdırmaları Vəqfinin sədri Közhan Yazganın imzaladığı sənəddə türk dilində tədrisin təkmilləşdirilməsi və türkdilli iqtisadçı kadr hazırlığının keyfiyyətinin daha da yüksəldilməsi nəzərdə tutulub. Müqaviləyə əsasən, yeni tədris ilindən UNEC-də türk dilində tədris…

Prezident İlham Əliyev Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı Sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı Sərəncam imzalayıb

Prezident İlham Əliyev iyulun 17-də Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncam imzalayıb. AZƏRTAC xəbər verir ki, Sərəncam müstəqil dövlətçiliyimizin əsas atributlarından biri olan Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin, bu dillə maraqlanan şəxslər üçün əlçatanlığının təmin edilməsi və öyrənilməsinin asanlaşdırılması məqsədilə imzalanıb. Sərəncama əsəsən,…

Qeydiyyat

 


×
E-Sertifika Üzrə Qeydiyyat

 


×