Fövqəladə Hal və Təbii Fəlakət zamanı İdarəetmə Subbakalavr Proqramı, bu sahədə xidmət göstərən dövlət qurumları və təşkilatların, yerli rəhbərliklərin, özəl təşkilatların və qeyri-hökumət təşkilatlarının təlim keçmiş işçi qüvvəsi tələbatını ödəmək üçün açılmışdır. Məhz bu proqram, təbiii fəlakətlərlə mübarizə aparma qabiliyyətinin artırılması ,Fövqəladə Hal və Təbii Fəlakət zamanı İdarəetmə sahəsində lazım olan bilik və bacarıqlara sahib kadrları yetişdirmək məqsədi daşıyır.
Proqramı uğurla başa vuran məzunlar fəlakət və təcili yardım müdirliklərində, mülki müdafiə axtarış qurtarma müdirliklərində, ictimai təşkilatlarında, xüsusilə bələdiyyələrdə, təcili yardım mərkəzlərində, xilasetmə qruplarında koordinator və menecer olaraq çalışa bilərlər. Həmçinin özəl sektorda və qeyri-hökumət təşkilatlarında, beynəlxalq təşkilatlarda fəlakətlərin idarə olunması ilə əlaqəli sahələrdə işləyə bilər.
*Bu proqramdan məzun olanlar ixtisasları üzrə Texnik ünvanı qazanmış olurlar.
*Fövqəladə Hal və Təbii Fəlakət zamanı İdarəetmə Subbakalavr Proqramının tələbələri, məcburi 20 iş günü stajı keçməlidirlər.