Azər Hətəmov Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATIB) İdarə Heyətinə üzv seçildi.

30 May 2019-cu ildə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) ofisində təşkilatın İllik Maliyyə Hesabatının növbəti iclası keçirildi.
İclası giriş nitqi ilə ATİB Baş Katibi Pərvanə Hacıyeva açıq elan etdi. Daha sonra Prosedura uyğun olaraq iştirakçılar tərəfindən iclasın sədri və katiblər seçildi.
İclasın sədri Avni Demirci qonaqlara xoş gəldin deyərək, iclası hər iki ölkə şəhidlərinin ruhuna hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla başladı. Ardından hər iki ölkənin himnləri səsləndi.
Türkiyə Respublikasının Azərbaycandakı səfiri, Cənab Erkan Özoral qonaqları salamlayaraq ATİB-in fəaliyyətində uğurlar arzuladı. Gündəliyə uyğun olaraq ATİB İdarə Heyətinin sədri Cemal Yangın İdarə Heyətinin 2018-ci il üzrə fəaliyyət hesabatını təqdim etdi. Daha sonra Təftiş komissiyasının sədri, ATİB üzvü olan PricewaterhouseCoopers (PWC) şirkətindən Könül Quliyeva 2018-ci il üzrə maliyyə hesabatları barədə komissiyanın rəyini təqdim etdi.
Bundan sonra İdarə Heyətinə yeni üzvlərin seçilməsi məsələsinə baxıldı. İdarə Heyətinin üzvü Kəmaləddin Mənsimov və Oktay Vayiç digər işləri ilə əlaqədar İdarə Heyəti üzvlüyündən azad edildilər. İdarə Heyətinin yeni tərkibinə Azər Hətəmov(“Anadolu Vizyonu”Azərbaycan Nümayəndəliyi tərəfindən) və Arda Çetiner(“Ericson” şirkətinin Azərbaycan üzrə təmsilçisi) üzv seçildilər. ATİB İH üzvi Azər Hətəmov çıxış edərək ona göstərilən etimada görə öz təşəkkürünü bildirdi və ATİB-in təhsil layihələri haqqında məlumat verərək bundan sonra bu istiqamətdə daha çox iş görəcəkləri üçün bütün səylərini səfərbər edəcəklərini bildirdi. Həmçinin, Anadolu Universitetinin Azərbaycandaki Aciköğretim layihəsinə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyi tərəfindən göstərilən dəstək və qayğıya görə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri cənab Erkan Özorala öz minnətdarlığını bildirdi.
Əlavə olaraq qeyd etmək istəyirik ki, 30 may 2019 cu il tarixində ATİB İH sədri Cemal Yangın tərəfindən Azər Hətəmova ünvanlanmış Təbrik məktubu göndərilmişdi. Həmin məktubda deyilir:
”Hörmətli Azər müəllim,
Sizi Azərbaycan Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin üzvi təyin edilməyiniz münasibəti ilə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin Üzvləri, Üzvlərimiz və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Əminik ki, əvvəlki fəaliyyətlərinizdə olduğu kimi, yeni vəzifənizdə də müvəffəqiyyət qazanacaqsınız…”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Qeydiyyat

 


×
E-Sertifika Üzrə Qeydiyyat

 


×