Azərbaycanda rəsmi səfərdə olan Universitetin nümayəndəsi, tarixçi alim, Eskişehir Türk Dünyası Elm, Mədəniyyət və İncəsənət Mərkəzinin müdiri Doç.Dr Mehmet Topal 22-23 fevral tarixlərində Anadolu Universiteti Azərbaycan Proqramlarında olmuşdur.

Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatorunun dəvəti ilə Azərbaycanda Xocalı Soyqırımı ilə əlaqədar tədbirlərdə çıxış etmək üçün Azərbaycanda rəsmi səfərdə olan Universitetin nümayəndəsi, tarixçi alim, Eskişehir Türk Dünyası Elm, Mədəniyyət və İncəsənət Mərkəzinin müdiri Doç.Dr Mehmet Topal 22-23 fevral tarixlərində Anadolu Universiteti Azərbaycan Proqramlarında olmuşdur. Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov hörmətli qonağı qəbul edərək, ona buradakı fəaliyyətləri barədə məlumat vermiş, həmçinin qardaş ölkə olan Azərbaycan və Türkiyənin tarixi haqqında fikir mübadiləsi aparılmışdır.
Sonda Azər Hətəmov müəllifi olduğu kitabını Mehmet Topala təqdim etmişdir.
Onu da qeyd edək ki, 2016 ci ilin aprel ayında da Koordinator Azər Hətəmovun dəvəti ilə tarixçi alim Mehmet Topal Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Türkiyənin Anadolu Universitetinin, “Gənclərin Elmi Araşdırmalarına Dəstək” (GEAD) İctimai Birliyinin (İB) və “Səs” Media Qrupunun birgə təşkilatçılığı ilə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü və hakimiyyətə qayıdışının 23-cü ildönümlərinə həsr olunan “Türk-müsəlman əhaliyə qarşı soyqırımları tarixi mənbələrdə” mövzusunda üçüncü beynəlxalq elmi konfransda iştirak etmək üçün Bakıda olmuşdur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Qeydiyyat

 


×
E-Sertifika Üzrə Qeydiyyat

 


×