Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov və Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) İH sədri Cemal Yangının Anadolu Universiteti rektoru Prof.Dr. Şafak Ertan Çomaklını ziyarəti

29 Yanvar 2019 –cu il tarixində Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov və Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) İH sədri Cemal Yangın Anadolu Universiteti rektoru Prof.Dr. Şafak Ertan Çomaklını ziyarət etmişdirlər. ATİB sədri Cemal Yangın, rektor Şafak Ertan Çomaklını yeni vəzifəyə təyin edilməsi münasibətilə təbrik edərək ona gələcək işlərində uğurlar arzulamışdır. Görüşdə həmçinin Anadolu Universiteti Gensek Yardımçısı Onur Girdap da iştirak etmişdir. Səmimi şəraitdə keçən görüşdə ATİB İH sədri və Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru tərəfindən Anadolu Universiteti Azərbaycan Proqramlarının mövcud fəaliyyəti haqqında məlumat verilmiş və layihənin perspektivi müzakirə olunmuşdur.

Sonda xatirə şəkli çəkdirilmişdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Qeydiyyat

 


×
E-Sertifika Üzrə Qeydiyyat

 


×