Təhsildə mobil qurğuların rolu müzakirə ediləcək

Martın 4-dən 8-dək Parisdə UNESCO-nun təşkilatçılığı ilə təhsildə mobil qurğuların roluna dair təlim həftəsi keçiriləcək.

AZƏRTAC UNESCO-nun saytına istinadla xəbər verir ki, təlim həftəsi təhsil sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə dair bu təşkilatın əsas konfransıdır. 2011-ci ildən bəri hər il keçirilən tədbirə dünyanın müxtəlif ölkələrindən ekspertlər toplaşacaqlar. Onlar təlimdə yeni texnologiyalardan istifadə edilməklə innovativ yollar barədə fikir mübadiləsi aparacaqlar. Təlim həftəsinə simpozium, siyasi forum, seminarlar, strateji laboratoriyalar və paralel tədbirlər daxildir.

 

Mənbə: https://azertag.az/xeber/Tehsilde_mobil_qurgularin_rolu_muzakire_edilecek-1232191

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Qeydiyyat

 


×
E-Sertifika Üzrə Qeydiyyat

 


×