Bakıda Türkiyə Cümhuriyyətinin 95 illiyinə həsr olunmuş rəsmi təntənəli tədbir keçirildi

Oktyabrın 29-da Bakı “Boulvard” oteldə Türkiyə Cümhuriyyətinin 95 illiyinə həsr olunmuş rəsmi təntənəli tədbir keçirildi. Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov,  dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak edirdilər.

Azərbaycan və Türkiyə dövlət himnlərinin oxunmasından sonra tədbiri giriş sözü ilə açan Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral hər kəsi salamlayaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu oxudu. Məktubda Türkiyə xalqını Cümhuriyyət bayramı münasibətilə təbrik edən Prezident müstəqilliyin qazanılması yolunda qəhrəmanlıqlar göstərən hər bir türk övladının xatirəsinin ehtiramla anıldığını bildirir.

Öz çıxısında Azərbaycanla Türkiyə arasındakı qardaşlıq, dostluq münasibətlərini xüsusilə vurğulayan səfir, iki dövlət arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə inkişafından bəhs etdi.

Azərbaycan dövləti adından tədbirdə çıxış edən Baş nazir Novruz Məmmədov Türkiyə Respublikasının 95-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti və Hökuməti adından qardaş Türkiyə xalqını və dövlətini təbrik edərək, Türkiyəyə davamlı sülh, firavanlıq, yeni nailiyyətlər və çiçəklənmə arzuladı.

Tədbirdə, Qafqaz İslam Ordusunun Bakını qurtarmasının 100-cü ildönümü münasibətilə Bakıda prezidentlər İ.Əliyev və  R.T.Ərdoğanın iştirak etdiyi hərbi paradda Anadolu Agentliyi və AzərTAc fotoqraflarının çəkdiyi fotoşəkillər sərgiləndi. Azərbaycan Müdafiə Nazirliyi hərbi orkestrinin və Bakı Türk Anadolu Liseyi xorunun çıxış etdiyi tədbir,  daha sonra ziyafətlə davam etdi.

Sözügedən tədbirdə Anadolu Universitetinin Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov da iştirak etmişdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Qeydiyyat

 


×
E-Sertifika Üzrə Qeydiyyat

 


×