20 Oktyabr 2018-ci ildə Anadolu Dövlət Universitetində Azərbaycandan distant formada ali təhsil alaraq 2018-ci ildə məzun olmuş tələbələrə diplomları təqdim olundu

20 oktyabr 2018-ci il tarixində Türkiyənin Anadolu Dövlət Universitetində Azərbaycanı tərk etmədən, distant formada ali təhsil alaraq 2017-2018-ci tədris ilinin yekununda “ Bahar dönemi” və “3 Ders Sınavı”ndan məzun olan Aygün Şabanova (İktisat), Şəlalə Yusifli (İşletme), Zaur Zeynalov (İktisat) , Günay Qardaşova (İşletme), Rizvan Həmzəyev (İşletme), Röya Novruzlu (İşletme), Züleyxa Qasımova (İşletme), Aqil Muxtarov (İşletme) , Vaqif Yarıyev (İşletme) ,Yusif Poladov (İktisat) , Könül Umudova (İşletme) və Şəmnur Aslanovaya (İşletme) diplomları təqdim olunmuşdur.

Diplomları məzunlarımıza Anadolu Dövlət Universitetinin Azərbaycan Proqramları nümayəndəsi Araz Hətəmzadə təqdim etmişdir. Araz Hətəmzadə məzunları təbrik etmiş və onlara gələcək iş həyatlarında uğurlar arzulamışdır.
Məzunlar da, çıxış edərək Anadolu Universitetinin onlar üçün yaratdığı imkan və fürsətə görə universitetin rəhbərliyinə və bütün kollektivinə öz təşəkkürlərini bildirmişdir.
Sonda məzunlar Anadolu Universiteti Azərbaycan Proqramları nümayəndəsi Araz Hətəmzadə ilə xatirə şəkli çəkdirmişlər.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Qeydiyyat

 


×
E-Sertifika Üzrə Qeydiyyat

 


×