YÖS qrup dərslərinə qeydiyyat davam edir !

Siz də Türkiyənin prestijli Dövlət Universitetlərində, eləcə də Anadolu Dövlət Universitetində əyani təhsil almaq istəyirsinizsə, Anadolu Universitetinin rəsmi tərəfdaş qurumu tərəfindən təşkil olunan “Anadolum Dershane” YÖS hazırlıq kurslarında iştirak edin və yüksək nəticə əldə edərək arzuladığınız Türkiyə Universitetində əyani təhsil alın.

YÖS (Yabancı Öğrenci Sınavı) – Bu imtahan Türkiyə vətəndaşlığı olmayan, Türkiyədə yaşamayan xarici tələbələr üçün(həmçinin Azərbaycan vətəndaşları üçün) Universitetlərə bakalavr pilləsi üzrə qəbul imtahanıdır.
YÖS imtahanında suallar 2 hissədən – Riyaziyyat-Məntiq  və Türk dilindən ibarət olur. YÖS imtahanlarında 100 ballıq şkala tətbiq olunur. 60 bal və üzərində nəticə göstərən tələbələrin qəbul şansı çox yüksəkdir (yalnız tibb təhsili üçün keçid fərqlidir).
Kursumuzda dərslər 8-12 nəfərlik qrupla məntiq, riyaziyyat, həndəsə fənləri üzrə Türkiyədə təhsil almış və Türkiyə təhsil sistemində təcrübəsi olan müəllimlər tərəfindən keçirilir.
Kursun ümumi hazırlıq müddəti 9 aydır və bir abituriyent ortalama bu müddətdə YÖS imtahanından yüksək nəticə toplayacaq şəkildə hazırlığını başa vura bilər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Qeydiyyat

 


×
E-Sertifika Üzrə Qeydiyyat

 


×