Türkiyənin Anadolu Dövlət Universitetində Azərbaycandan distant formada ali təhsil alaraq 2018 -ci ildə məzun olmuş bir qrup tələbələrinə diplomları təqdim olunmuşdur.

22 sentyabr 2018-ci ildə Türkiyənin Anadolu Universitetində “Biznesin təşkili və idarə olunması”, “Turizm”, “İqtisadiyyat”, “Marketinq”, “Otel işinin təşkili və idarə olunması”, “Beynəlxalq münasibətlər”  və s. bölümlər üzrə məsafəli ,distant formada təhsil alaraq 2018-ci ilin avqust ayında məzun olmuş bir qrup tələbəyə – Gülnar Qurbanova, Lalə Ağayeva, Nuray Hüseynova, Gülay İsmayılova,Günay Arguc, Fidan Hüseynova, Sevilhan Esen və Günay Abbaslıya diplomları təqdim olunmuşdur. Məzunlara diplomları Anadolu Universitetinin Azərbaycandakı Rəsmi Tərəfdaş Qurumunun nümayəndələri təqdim etmişlər.
Məzunlar təhsil aldıqları müddətdə onlar üçün yaradılan yüksək, keyfiyyətli xidmət və təhsilə görə Anadolu Universitetinin rəhbərliyinə və bütün kollektivinə öz təşəkkürlərini bildirmişlər. Daha sonra məzunlarımız kollektiv və fərdi şəkildə xatirə şəkilləri çəkmişdirlər.

Anadolu Universiteti Azərbaycan Proqramları olaraq bütün məzunlarımızı təbrik edir, onlara gələcək iş və karyera həyatında uğurlar arzu edirik!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Qeydiyyat

 


×
E-Sertifika Üzrə Qeydiyyat

 


×