“Poisk” qəzeti Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin fəaliyyətindən yazıb

Rusiya Elmlər Akademiyasının mətbu orqanı olan “Poisk” qəzetinin növbəti nömrəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Bölməsinin ekoloji problemlərin həllində fəaliyyətinə dair geniş məqalə dərc edilib.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, məqalədə təbii sərvətlərlə zəngin olan Gəncə bölgəsində neft və qazdan əlavə, kobalt, qızıl, mis, dəmir, bentonit, gips, mərmər və s. çıxarıldığı qeyd olunur. Bildirilir ki, bu minerallar işlənməzdən əvvəl təmizlənmə prosesindən keçirilir. Bu da böyük miqdarda tullantıların əmələ gəlməsinə yol açır. Bu tullantıların təkrar istifadəsinin həyata keçirilməsi ilə AMEA-nın Gəncə Bölməsi məşğul olur.

Bölmənin rəhbəri, akademik Fuad Əliyev “Poisk” qəzetinə bildirib ki, bəzi bentonit tullantıları yol səthinin və ya tikinti materiallarının keyfiyyətinin yaxşılaşdırılması üçün istifadə oluna bilər.

 

Mənbə: https://azertag.az/xeber/Poisk_qezeti_Azerbaycan_Milli_Elmler_Akademiyasinin_Gence_Bolmesinin_fealiyyetinden_yazib-1186699

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Qeydiyyat

 


×
E-Sertifika Üzrə Qeydiyyat

 


×