Anadolu Universiteti Azərbaycan Mətbuatının 143-cü ildönümü ilə əlaqədar Tədbir keçirdi

19 iyul tarixində Türkiyənin Anadolu Universiteti,  Türkiyənin Azərbaycandakı Səfirliyinin və Azərbaycan-Türkiyə İş Adamları  Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda Milli Mətbuatın  yaranmasının 143 illiyi və Jurnalistika günü münasibətilə Tədbir keçirmişdir.
Tədbirdə Azərbaycanda rəsmi səfərdə olan Anadolu Dövlət Universitetin rektoru professor  Naci Gündoğan, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Anadolu Universitetinin Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov, Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) başqanı Camal Yangın,Türkiyə  və Azərbaycan İş Adamları və Sənayeçilər Birliyi (TÜİB) başqanı Hüseyn Böyükfırat və Azərbaycan KİV-in bir qrup nümayəndələri  iştirak ediblər.
Tədbiri giriş sözü  ilə açan Anadolu Universiteti Azərbaycan Proqramları  koordinatoru Azər Hətəmov  tədbir iştirakçılarını salamlamış,Azərbaycan KİV nümayəndələrini onların peşə bayramları münasibətilə təbrik etmişdir. Sonra Azərbaycandan Türkiyənin Anadolu Universitetində məsafədən,distant (uzaktan eğitim) yolu ilə təhsil alan tələbələrə məsafəli təhsili texniki bazasında göstərilən texniki xidmətlər haqqında məlumat verərək, onları bu sistemlə tanış etmişdir.
Anadolu Universiteti  rektoru professor Naci Gündoğan  Anadolu Universiteti  haqqında məlumat verərək bildirmişdi ki , Anadolu  Universiteti  1958-ci ildən fəaliyyət göstərən, 60 illik tarixə malik dövlət universitetidir. 1982-ci ildən etibarən Türkiyə və xarici ölkələrdəki tələbələrinə uzaqdan təhsil verməkdədir.  İndiyədək yalnız distant (məsafədən) təhsil alan 3  milyon məzunumuz olub, hazırda 1 milyona yaxın  uzaqdan təhsil alan tələbəmiz var.  Anadolu Universiteti olaraq dünyanın bir çox ölkəsindəki tələbələrə uzaqdan təhsilalma imkanı yaratdıqlarını, ancaq Türk  dünyasına, özəlliklə də Azərbaycana bu sırada daha çox önəm verdiklərini qeyd edən rektor, 2009-cu ildən başlayaraq Azərbaycanda yaşayan Azərbaycan, Türkiyə və digər ölkə vətəndaşlarının da universitetdə uzaqdan təhsil yolu ilə (məsafədən) təhsil almaları üçün imkan və şərait yaradıldığını qeyd etdi.Rektor həmçinin məlumat verdi ki, Anadolu Universitetinin uzaqdan təhsili üzrə Türkiyədə və dünyanın heç bir ölkəsində, o cümlədən Azərbaycanda filial mövcud deyil, çünki uzaqdan informasiya komunikasiya texnologiyaları vasitəsilə verilən bu təhsil formasında buna  gərək yoxdur.
Mətbuat nümayəndələrinin: “Azərbaycanda digər universitetlərlə əməkdaşlıq edirsinizmi?” sualına cavab olaraq rektor bildirdi ki, “Bəli, 2011-2013-cü illər ərzində Anadolu Universiteti Azərbaycanın bir sıra nüfuzlu ali təhsil ocaqları ilə əməkdaşlığa başlamışdır. Anadolu Universiteti ilə Bakı Dövlət Universiteti, Azərbaycan Milli Aviasiya  Akademiyası,Dövlət İdarəçilik Akademiyası, Bakı-Slavyan Universiteti, İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, eləcə də Azərbaycan Milli Elmlər Akademiyası arasında əməkdaşlığa dair protokollar imzalanıb və gələcəkdə bu əməkdaşlığın daha da inkişaf etdirilməsi  nəzərdə tutulur.” Türkiyə və Azərbaycan  arasında dostluq əlaqələrindən  də danışan rektor bildirib ki, Türkiyə  çətin vəziyyətdə olanda ilk Azərbaycandan dəstək aldı, Türkiyə də eyni dəstəyi verməyə hər zaman hazırdır.  “Türkiyə ilə Azərbaycan doğrudan da bir millət, iki dövlətdir “ deyən rektor bunun yalnız sözdə deyil ,həm də  əməldə özünü göstərdiyini , Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğanın prezident seçildikdən sonra ilk rəsmi səfərini Azərbaycana etməsinin məhz bu dostluğa bariz nümunə olduğunu xüsusi vurğuladı.
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri  Erkan Özoral mətbuat nümayəndələrini bayram münasibətilə təbrik etmiş və bildirmişdir ki, Anadolu  Universiteti Türkiyənin ən köklü, dünyada ən çox tələbəyə malik olan ali  məktəblərindən biridir. Bu universitetin xidmətlərindən gənclərin daha çox  yararlanması üçün səfirliyin də dəstək olduğunu  qeyd edən  səfir,  bu  tədris müəssisəsinin distant təhsil aparan nüfuzlu ali məktəb olduğunu , diplomlarının dünyada tanındığını  və bu  Universitetin Türkiyənin və Azərbaycanın qanunlarına uyğun şəkildə fəaliyyət  göstərdiyini  vurğulamışdır. Həmçinin Türkiyə və Azərbaycan arasında  münasibətlərin daim yüksələn xətlə inkişaf etdiyini bildirən səfir ikitərəfli əlaqələrimizdə təhsilin xüsusi yer tutduğunu vurğulayıb, bu istiqamətlərdə görülən işlərdən danışıb.
Sonra videokonfrans salonunda iştirakçılarla Əskişəhər Anadolu Universiteti studiyası arasında canlı bağlantı yaradılmışdır. Anadolu  Universitetinin birinci prorektoru-Açıq tədris fakültəsinin dekanı professor Yücel Güney və  Açıq tədris fakültəsinin dekan müavinləri interaktiv üsulla baş tutan görüş zamanı qonaqları salamlamış, Anadolu Universitetinin uzaqdan təhsili (distant ) haqqında məlumat vermişdilər.
Xalq qəzetinin nümayəndəsi Tahir Aydınoğlu çıxış edərək, uzaqdan verilən təhsilin təhsil almaq istəyənlər üçün , xüsusilə də işləyən şəxslər üçün gözəl bir fürsət və şans olduğunu bildirmiş, həmçinin Anadolu Universiteti tərəfindən Azərbaycanın media nümayəndələrinə göstərilən diqqətə görə təşəkkürünü bildirmişdir.
Daha sonra çıxış edən ATİB İdarə Heyətinin sədri cənab Camal  Yangın Azərbaycanın mətbuat nümayəndələrini bayram münasibətilə təbrik etmiş,ATİB olaraq bundan sonra da Anadolu Universitetinin uzaqdan təhsilinə mümkün köməklik göstərəcəklərini bildirmişdir.

Tədbirdən olan şəkilləri sizə təqdim edir və öz növbəmizdə Anadolu Universiteti Azərbaycan Proqramları olaraq dəyərli mətbuat nümayəndələrini  22 iyul – Milli Mətbuat və Jurnalistika Günü münasibəti ilə təbrik edir, onlara bu şərəfli  və məsuliyyətli vəzifələrində yaradıcılıq uğurları  arzulayırıq!

 

https://azertag.az/xeber/1181114

http://www.qhtxeber.az/news.php?id=10935&lang=az

http://www.sherg.az/site/id-50731/#.W1LCSNUzb4Y

https://az.trend.az/azerbaijan/politics/2931284.html

http://mediatv.az/cemiyyet/47128-anadolu-universitetinde-milli-metbuatin-143-illiyi-qeyd-edildi.html

https://oxu.az/society/266880

https://525.az/site/?name=xeber&news_id=103349#gsc.tab=0

http://www.ekspress.az/az/cemiyyet/31169-anadolu-universiteti-azerbaydzan-jurnalistlerini-tebrik-etdi 

http://www.hafta.az/index2.php?m=yazi&id=221084

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Qeydiyyat

 


×
E-Sertifika Üzrə Qeydiyyat

 


×