Anadolu Universiteti tələbəsi Simur Bəydəmirov aprel döyüşlərindən danışdı

 Salam Simur bəy,  zəhmət olmasa özünüz haqqında qısa məlumat verərdiniz?
–  Mən Simur Bəydəmirov 22 iyul 1995-ci ildə Quba rayonunda anadan olmuşam.  İssak Xanukov adına Qırmızı Qəsəbə 1 saylı tam orta məktəbini bitirmişəm. 2014-cü ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağrılmışam, 2016-cı ildə hərbi xidməti başa vurmuşam. Hal-hazırda tələbəyəm.
–  Simur bəy, əldə etdiyimiz məlumata görə aprel döyüşlərində iştirak etmisiniz. 
–        Bəli, çox xoşbəxtəm ki, 4 günlük döyüşlərdə mən də iştirak etmişəm. Ölkəmizin, xalqımızın, ordumuzun qürur səhifəsi olan o günlərin canlı şahidi olmaq çox gözəl, əvəzedilməz və insana mənəvi rahatlıq verən hisslərdir. O günlərdə zərrə qədər əməyimin olduğunu düşünəndə  ürəyim qürur  hissi ilə dolur.
–        Tarixə dörd günlük müharibə kimi düşən aprel döyüşlərini təsvir edə bilərsinizmi?
–        Təmas xəttindən tez-tez həyəcanlı xəbərlər gəlirdi. Ermənilər tez-tez atəşkəsi pozur, bizi təxribata çəkmək istəyirdilər. Nəhayət, yuxarı komandanlıq onlara yerlərini göstərmək barədə müvafiq əmr verdi. Deyərdim ki, bütün əsgərlər, zabitlər bu əmri gözləyirdilər. Axır ki, Azərbaycan ordusu öz sözünü deməli idi. Bu əsl fürsəti idi, belə də oldu. Bütün atəş vasitələri ilə düşmənə sarsıdıcı zərbələr endirildi. Bir artilleriya əsgəri kimi deyə bilərəm ki, ermənilər böyük qorxu, vahimə içində idilər. Bunu onların öz mövqelərini atıb qaçmalarından, məcburi dayanmalarından görürdük.
–        Həmin vaxt digər cəbhələrdə döyüşən əsgərlərdən xəbəriniz olurdumu?
–        Müəyyən xəbərlər alırdıq. Hərbi sirr olduğundan hər şeyi indi də açıb demək olmaz, qeyd etmək istərdim ki, hərbi sirrlərin gizli saxlanılması önəmli məsələdir, bu bütün xalqımızın təhlükəsizliyi üçün çox vacib amildir. Döyüş zamanı yoldaşlarımızdan müjdəli xəbərlər alırdıq. Düzdür, döyüşlərdə itki vermədən qalib olmaq mümkün deyil, amma qazanılan qələbələr o qədər mühüm idi ki, düşünmədən, Vətən uğrunda canımızdan keçməyə hazır idik.
–        Bir Azərbaycan gənci olaraq necə fikirləşirsiniz, Aprel döyüşləri bizə nələr qazandırdı?
–        Aprel döyüşləri ordumuzun, xalqımızın və Ali Baş Komandanımızın torpaqlarımızın işğal altında qalmasına dözməyəcəyini düşmənə isbat etdi, ərazilərimizi azad etdik, böyük bir hissəyə nəzarəti ələ keçirdik. Beləliklə, zəfər üçün inamlı zəmin hazırlandı.
–        Yenidən müharibə başlayarsa, döyüşməyə hazırsınızmı?
–        Sevə-sevə həlledici döyüşdə, inşallah, Xankəndinin, Şuşanın azad edilməsində iştirak etmək istəyirəm. Vətən torpağı uğrunda mübarizədən böyük və şərəfli iş varmı?
–        Müsahibənin əvvəlində qeyd etdiniz ki, ali təhsil alırsınız.  Oxucularımıza da maraqlı olardı ki, hansı ixtisası seçmisiniz?
Bəli, mən Türkiyənin Anadolu Dövlət Universitetinin  distant təhsil üzrə Azərbaycan Proqramlarında  ali təhsil alıram. İxtisas seçimimə gəldikdə, müasir dövrdə tələbin çox olduğunu düşündüyüm üçün  iqtisadiyyat ixtisasını seçmişəm.

http://xeberdar.net/12374-anadolu-universiteti-telebesi-simur-beydemirov-aprel-doyushlerinden-danishdi.html
http://www.azpress.az/index.php?lang=az&sectionid=news&id=68873

http://tehsil-press.az/index.php?newsid=19882
http://www.avropa.info/az/post/160995.html
http://www.qht.az/index.php?action=static_detail&static_id=18261
https://xeberman.com/news/musahibe/14508-anadolu-universiteti-telebesi-simur-beydemirov-aprel-dyushlerinden-danishdi.html
http://press-az.com/bas-xbr/745-anadolu-universiteti-tlbsi-simur-bydmirov-aprel-doyuslrindn-danisdi.html

https://www.facebook.com/xebermancom/posts/1306226319425498

https://www.facebook.com/xebermancom/posts/1306227986091998

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Qeydiyyat

 


×
E-Sertifika Üzrə Qeydiyyat

 


×