Eskişehir`də tələbə olmaq

 

Eskişehir-də Tələbə Olmaq

Türkiyə universitetlərinin qeydiyyatı davam etdiyinə görə, Eskişehir universitetlərini seçən tələbələr ilə təcrübələrimizi bölüşmək istədik.

Eskişehir-də Yaşam:

Gəliriniz çox yüksək olmasa belə, yataqxanada qalaraq, aylıq 400 TL-kimi bir məbləğ ilə rahat bir şəkildə yaşaya bilərsiniz. İstanbul  və ya İzmir kimi şəhərlərdə ödənilən icarə qiymətinə, Eskişehirdə evinizin bütün xərclərini ödəyə bilərsiniz ( İcarə+İstilik+İşıq+Su). Təbii ki, dəqiq rəqəmlər ilə yox, tələbələrimizin təcrübələrinə əsaslanaraq bunları qeyd edirik.

Təbii ki, kirayə ev tutmaq o qədər də asan bir proses deyil. Hər şeydən əvvəl evi paylaşa biləcəyiniz güvəndiyiniz insanlar tapmalısınız. Əlbətdə, tək yaşamaq istəyənləri nəzərdə tutmuruq.

Ev tutmaq üçün imkanlarınız əl vermirsə, yanınızda da güvəndiyiniz bir dostunuz yoxdursa, yataqxanada da yer qalmayıbsa, geriyə 2 seçiminiz qalır. Özəl yataqxanalar və apartlar. Əgər imkanınız varsa, özəl yataqxanaların əla şəraitindən yararlana bilərsiniz. Maliyyə sıxıntınız varsa, apartlar tam sizə görə olacaq. 2-3 nəfərlik otaqlarda aylıq 400-500 TL-yə 12 aylıq müqavilə imzalaya bilərsiniz.

Kampuslar :

Eskişehir-də iki dövlət universiteti yerləşir. Anadolu Universiteti və Osmangazi Universiteti. Bizim tələbələrimiz  Anadolu Universitetində təhsil aldıqları üçün, bu universitet haqqında danışacağıq. Anadolu Universitetinin kampusu tam şəkildə tamamlanmışdır. Anadolu Universitetində güvənlik ən yüksək səviyyədə təchiz olunub. Əgər tələbə kartınız üstünüzdə deyilsə, kampusa girə bilmirsiniz. Anadolu Universitetinin müsbət cəhətlərindən biri də, şəhər ilə iç-içə yerləşməsidir.

Təhsil :

Anadolu Universiteti  humanitar fənlər üzrə Türkiyənin ən qabaqcıl universitetlərindən biridir. Universitet Distant təhsilə daha çox önəm verdiyi üçün, Humanitar fənnlərin tədrisində də uzun illərdir böyük təcrübə qazanmışdır. Humanitar fənnlər ilə yanaşı Anadolu Dövlət Universitetində ı, əyani təhsil formasında texniki fənnlərin də yüksək səviyyədə tədrisi təşkil olunur.

Ətraf-mühit :

Eskişehir-də bir tələbənin ehtiyacı olan bütün məkanlar  ayaqla gediləcək məsafədədir və bütün məkanlar tələbə yönümlü fəaliyyət göstərir. Aylarla gəzsəniz belə bitməyəcək qədər kafe, restoran və gecə klubları fəaliyyət göstərir. Üç ədəd böyük Alış Veriş Mərkəzi mövcuddur. Uyğun bir yerdə yaşadığınız təqdirdə universitetə getmək və gəzintiyə çıxmaq üçün, nəqliyyat vasitəsinə ehtiyac duymayacaqsınız.

 

Mənbə: ilgincenteresan.blogspot.com

Qeydiyyat

 


×
E-Sertifika Üzrə Qeydiyyat

 


×