E-Sertifika

e-Sertifika Proqramlarına qeydiyyat davam edir

Anadolu Dövlət Universiteti Azərbaycanı tərk etmədən elektron resurslar vasitəsilə müddəti cəmi 3 ay olmaqla 50-ə yaxın ixtisas və peşə üzrə e-Sertifika Proqramlarında təhsil almaq imkanı yaradır.

Siz e-Sertifika Proqramları vasitəsilə seçdiyiniz peşə üzrə ixtisaslaşaraq karyeranızda yeni uğurlar qazana bilərsiniz. Online formada türk dilində tədris olunan və beynəlxalq səviyyədə nüfuza malik olan e-Sertifika Proqramlarından siz də yararlanın və karyeranizi inkişaf etdirin. Təhsil haqqı 250 avro təşkil edir və ildə 3 dəfə qeydiyyatdan keçmək mümkündür. İşinizdən ayrılmadan 3 ay müddətində e-sertifikat almaq fürsətini qaçırmayın.

İdarəetmə və Təşkilatçılıq e-Sertifika Proqramı ümumi biznes sahəsində iqtisadi məlumatların təqdim edilməsi, bu sahə iştirakçılarının mövcud bilik və bacarıqlarını inkişaf etdirməyə əlavə töhfələr vermək məqsədi ilə həyata keçirilir.

Bu e-Sertifika Proqramı, peşə inkişafı proqramlarına qəbul olmaq istəyən və akademik təhsil almayan şəxslərə şamil edilir.

Bu proqrama idarə rəhbərləri, müdir müavinləri, idarəetmədə karyerasını qurmaq istəyənlər, idarəetmə və təşkilatçılıq qabiliyyətlərini artırmaq istəyənlər və  bu sahəylə maraqlanan hər kəs qatıla bilər.

Proqrama daxil olan kitablar :

  1. Yönetim ve Organizasyon – İdarəetmə və Təşkilatçılıq
  2. Genel İşletme – Ümumi İdarəetmə
  3. İktisada Giriş – İqtisadiyyata giriş

İdarəçi Assistenti e-Sertifika  Proqramının əsas məqsədi, bu proqramın təhsilini alan şəxsi  müəssisələrin necə fəaliyyət göstərmələri mövzusunda məlumatlandırmaq, ona yaranan problemler qarşısında analiz edəbilmə bacarığını mənimsətmək və köməyə ehtiyac duyulan hər məsələdə fikir bildirərək , işləri nizama salmaq mövzusunda mövcud bilik və bacarıqlarının inkişafına kömək etməkdir.

Karyerasını idarəçi (menecer) köməkçisi sahəsində qurmaq istəyən, peşəsində özünü inkişaf etdirmək istəyən, insanlarla  münasibətdə  rahat olan, yaradıcı şəxslər bu proqramın əsas hədəf kütləsini təşkil edir

Proqrama daxil olan kitablar:

  1. Yönetici Asistanlığı – İdarəçi Assistentliyi
  2. İş Ortamında Protokol Ve Davranış Kuralları – Biznes Protokolu və Davranış Kodeksi
  3. İş Hayatında Standartlar – İş həyatının Normaları

Mühasibat və İdarəetmə e-Sertifikat proqramı biznesin bütün funksiyaları, xüsusilə mühasibat və maliyyə sahəsində təhsil almayan  texniki icraçılar başda olmaqla idarəetmədə işləməyi özünə hədəf bilən bütün  şəxsləri;

maliyyə məlumat sistemi, inventar əməliyyatlarıları, qiymətləndirmə tədbirləri, mənfəətin müəyyənləşdirilməsi üsulları, pul və qiymətli kağızlar, stoklar, əsas vəsaitlər, xarici mənbələr, gəlir və xərclər, maliyyə idarəetməsi və funksiyaları, pulun vaxt dəyəri, maliyyə planlaşdırılması və nəzarət, qısa, orta və uzunmüddətli maliyyələşdirmə texnikaları, pul, debitor borcları, borc strukturu və mənfəət paylanması siyasəti, müəssisələrin idarəetmə və strateji idarəetmə səylərinin təşkili, ətraf mühiti dəyişənlər, qlobal strategiyalar və strateji ittifaqlar, strategiyanın tətbiqi və qiymətləndirilməsi

kimi məsələlərdə məlumatlandıraraq,  idarəetmədə yeni bacarıqlar qazanmalarına və karyeralarını inkişaf etdirmələrinə kömək edir.

Proqrama daxil olan kitablar :

  1. Muhasebe Uygulamaları – Mühasibat Proqramları
  2. Finansal Yönetim – Maliyyə İdarəetməsi
  3. Stratejik Yönetim – Strateji İdarəetmə

Ümumi Mühasibatlıq e-Sertifika Proqramı ümumi mühasibatlıq, əsas informasiya texnologiyaları və hüquqa aid məsələlərə müasir məlumatların əlavə edilməsi ilə bu sahə iştirakçılarının mövcud bilik və bacarıqlarının inkişafına kömək etmək məqsədi daşıyır.

Bu e-Sertifika Proqramı, peşə inkişafı proqramlarına qəbul olmaq istəyən və akademik təhsil almayan şəxslərə şamil edilir.

Bu proqramı uğurla başa vuran şəxslər tikinti şirkətlərində, maliyyə departamentlərində və maliyyə məsləhət xidmətləri verən şirkətlərdə işləyə bilərlər. Tikinti sektorunda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər  üçün mühasibat və vergi məsələləri üzrə təlimatçı ola bilərlər.

Proqrama daxil olan kitablar:

  1. Genel Muhasebe I – Ümumi Mühasibatlıq I
  2. Genel Muhasebe II – Ümumi Mühasibatlıq II
  3. Hukukun Temel Kavramları – Hüququn Təməl Anlayışları

İş həyatında əlaqələrin inkişaf etdirilməsində, insanlarda davranış dəyişikliyi və səmərəli koordinasiyanı təmin etmək üçün  ünsiyyət  ən vacib amildir. Bu proqramda peşəkar həyatda lazımi ünsiyyət üsulları və ünsiyyət sənətinin incəlikləri təqdim olunur.

Özəl sektorun  peşakar rəhbər və  işçiləri, dövlət orqanları rəhbər və işçiləri, təhsil sektorunun işçiləri , özəl və dövlət qurumlarında satınalma işlərinin məsul şəxsləri, şirkətlərin daxili və xarici müştəriləri ilə əlaqədə olan bütün işçilər, Beynəlxalq firmalar, təşkilatlar və müəssisələrdə çalışan işçilər, Beynəlxalq şirkətlər, təşkilatlar və müəssisələrlə tərəfdaşlıq edən partnyorlar, siyasi təşkilatlarda yer alan aktyorlar  bu proqramın əsas hədəf kütləsini təşkil edir

Proqrama daxil olan kitablar :

  1. Etkili İletişim Teknikleri – Effektiv Ünsiyyət Üsulları
  2. İletişim Bilgisi – Ünsiyyət Məlumatı
  3. İkna Edici İletişim – İnandırıcı Ünsiyyət

Korporativ ünsiyyət hər keçən gün daha da mürəkkəbləşən iş proseslərinin səmərəli, effektiv və davamlı inkişafını təmin etmək üçün mühüm  bir funksiyanı öz üzərinə götürür, və bu bir çox şirkətlərdə idarəetmə funksiyası hesab olunur.

Korporativ Ünsiyyət  e-Sertifika  Proqramı istənilən holdinq, bank və şirkətlərdə çalışan müəssisə rəhbərlərinə, karyerasına yeni başlayanlara və  korporativ ünsiyyət sahəsində  işləmək  istəyən gənclərə nəzəriyyə və praktikanı birləşdirən bir təcrübə əldə etmə imkanı təqdim edir.

Proqrama daxil olan kitablar :

  1. İletişim Bilgisi – Ünsiyyət Məlumatları
  2. İkna Edici İletişim – İnandırıcı Ünsiyyət
  3. Örgütsel Davranış – Təşkilati davranış

Konsepsiya kimi satış ən vacib marketinq fəaliyyətlərindən biridir. İnsanlar ömür boyu nəsə sataraq yaşayırlar. Satış bir şəxsin və ya operatorun  müştəri mövqeyində olan başqa bir şəxsi və ya firmanı öz məhsulunu  almağa  razı salmaqla bu fəaliyyətdən mənfəət əldə etmək sənətidir.

Marketinq ümumi olaraq bazar iqtisadiyyatında mal və xidmətlərin istər birbaşa , istərsə də vasitəçilər yolu ilə istehsalçıdan istehlakçıya ötürülməsi, yeni ehtiyacların və yeni satınalma motivlərinin yaradılması  ilə bağlı fəaliyyətlərin birləşməsidir.

Məhz bu e-Sertifika Proqramı Satış və Marketinq idarəçiliyi sahəsində xidmət verən və ya bu sahədə çalışmaq istəyən insanların bütün insanların ehtiyacları nəzərə alınaraq hazırlanmışdır.

Proqrama daxil olan kitablar :

  1. Pazarlama Yönetimi – Marketinq Menecmenti
  2. Davranış Bilimlerine Giriş –  Davranış Elmlərinə Giriş
  3. Sözlü ve Sözsüz İletişim- Şifahi və Yazılı Ünsiyyət

Xarici Siyasət və Diplomatiya e-Sertifika  Proqramında  Beynəlxalq əlaqələrə giriş, xarici siyasət və diplomatik tarixi məsələlər müzakirə edilirək iştirakçıları  bu məsələlər barədə məlumatlandırmaq əsas götürülür

Xarici İşlər Nazirliyinə hazırlaşan diplomatik namizədlər, akademik karyera hədəfləyən şəxslər, qlobal inkişafı izləyənlər və bu sahədə marağı olan bütün şəxslərə şamil edilir

Proqrama daxil olan kitablar:

  1. Uluslararası İlişkilere Giriş – Beynəlxalq Münasibətlərə Giriş
  2. Dış Politika Analizi –Xarici Siyasət Analizi
  3. Diplomasi Tarihi – Diplomatiya tarixi

Xarici Ticarət Mütəxəssisi e-Sertifika  Proqramı  idxal və ixrac məntəqələrində çalışan işçilərə, xarici ticarət və gömrük müşavirlik firmalarına, xarici ticarətdə ixtisaslaşmaq istəyənlərə – xarici ticarətdə istifadə edilən maliyyələşdirmə texnikaları ilə qiymət siyasəti və üsulları kimi mövzularda məlumatlar təqdim edərək xarici ticarət məlumatlarını müasir səviyyədə saxlamaq və peşəkar inkişaf etdirməni təmin etmək özəlliyinə sahibdir.

Xarici Ticarət Sertifika  Proqramı, müəssisələrin idxal və ixracat şöbələrində, xarici ticarət və gömrük müşavirlik firmalarında, müstəqil mühasib və maliyyə müşavirliklərində və xarici ticarətdə ixtisaslaşmaq istəyənlərə şamil edilir.

Proqrama daxil olan kitablar:

  1. Uluslararası Ticaret – Beynəlxalq Ticarət
  2. İhracat-İthalatta Örnek Olaylar – İxrac- İdxal Nümunə Tədbirlər
  3. Dış Ticaret İşlemlerinin Muhasebeleştirilmesi – Xarici Ticarət Əməliyyatlarının Uçotu

Rəqabət gücü yüksək olan, məşhur və böyük müəssisələr deyirlər ki,onları  bu mövqeyə gətirən güc insanlar üçün etdikləri sərmayədir. Bu müəssisələrin insan resursları profilinə baxanda çoxluğu yaxşı təhsil almış, ətraf mühiti təhlil, tədqiq edə bilən,  daim öyrənməyə meylli, öyrədən, adaptasiya bacarığı olan kadrlar təşkil edir . Təcrübəli işçi qüvvəsinə sahib olmaq, rəqabətdə daha üstün olmağın ön şərtidir. Bu işçi qüvvəsinin də  lazımi vaxtda, doğru yerdə və doğru şəkildə istifadə edilməsi vacibdir. İnsan resurslarının idarə edilməsinin əsas məqsədi xöşbəxt, məhsuldar və daim müsbət düşünən işçi qüvvələri yaratmaqdır.

Bu sertifika proqramı yuxarıda təsvir olunan xüsusiyyətlərə malik olmaq istəyən şəxslər üçün nəzərdə tutulmuşdur.

Proqrama daxil olan kitablar :

  1. İnsan Kaynakları Yönetimi – İnsan Resurslarının İdarə olunması
  2. İş Sağlığı ve Güvenliği – İş Sağlığı və Təhlükəsizliyi
  3. İş ve Sosyal Güvenlik Hukuku – İş və Sosial Təhlükəsizlik Hüququ

Tibb Assistentliyi  e-Sertifika  Proqramı tibb assistenti kimi çalışan  və ya çalışmaq istəyən, peşələrini dəyişdirmək istəyən , öz tibbi  bacarıqlarını artırmaq istəyən və bu sahədə daha səmərəli işləmək istəyən şəxslər üçün nəzərdə tutulmuşdur.

Tibb assistentləri çalışdıqları səhiyyə müəssisələrini , müəssisənin istifadə imkanlarını mükəmməl bilmək məcburiyyətindədirlər.

Bundan əlavə bilirik ki, hər elmi sahəsinin öz terminləri var. Hər dilin terminologiyasına daxil olan bu sözlər bu dilin yazı və fonetik qaydalarına uyğunlaşdırılır. Tibb assistenti də bu terminologiyanı bilməlidir . Bu da bu proqramı öyrənmə zəruriliyini yaradır, çünki proqramı tamamlayan iştirakçılar tibb sahəsində  assistenlik bacarıqlarına yiyələnməklə yanaşı  tibbi terminoloji biliklərlə də təchiz olunurlar.

Proqrama daxil olan kitablar :

  1. Sekreterler İçin Tıbbi Dokümantasyon – Assistentlər üçün Tibbi Sənədlər
  2. Sekreterler İçin Tıbbi Terminoloji – Assistentlər üçün Tibbi Terminalogiya
  3. Temel Sekreterlik – Baş Assistentlik

Səhiyyədə Ünsiyyəti e-Sertifika  Proqramı səhiyyə sahəsinin hər mərhələsində xidmət göstərən səhiyyə işçilərinə daha yaxşı ünsiyyət qurmaq imkanları verən bilik və bacarıqları təmin etmək məqsədi daşıyır. Bu e-Sertifika Proqramı sayəsində səhiyyə sahəsində xidmət göstərən bütün səhiyyə işçiləri üçün daha keyfiyyətli ünsiyyət qurmaq imkanları təmin edilir.

Bu e-Sertifika Proqramının əsas hədəf kütləsini diş həkimləri, psixoloqlar, tibb bacıları və onların köməkçiləri, fizyoterapistlər, dietoloqlar, anesteziologlar, təcili tibbi yardım işçiləri, ictimaiyyətlə  əlaqə mütəxəssisləri qəbul / məsləhət və referans işçiləri, tibbi katiblər və digər peşəkar səhiyyə işçiləri, hətta səhiyyə müəssisəsinin idarə heyyəti təşkil edir.

Proqrama  daxil olan kitablar:

  1. Birey ve Davranış – Fərd və Davranış
  2. Etkili İletişim Teknikleri – Effektiv Ünsiyyət Metodları
  3. Sağlık Kurumlarında İletişim – Səhiyyə Müəssisələrində Ünsiyyət

Məlumat Sisteminin Dizaynı e-Sertifika  Proqramının əsas məqsədi sistemin analizi və dizaynı, Kompüterə Giriş və Proqramlaşdırma və  İstifadəçilərin Təcrübəsi Dizaynı kimi məsələlərdə bütün məlumatlar  da əlavə edilərək  iştirakçıların bilik və bacarıqlarının inkişafına  töhvəni təmin etməkdir.

Bu proqram gündəlik həyatın zəruri elementləri olan kompüterlərin adi qaydada və proqramlaşdırılmış şəkildə necə işlədiyini izah edir.

Proqrama daxil olan kitablar:

  1. Sistem Analizi ve Tasarımı – Sistem Təhlili və Dizaynı
  2. Bilgisayar ve Programlamaya Giriş – Komputer və Proqlaşdırmaya Giriş
  3. Kullanıcı Deneyimi Tasarımı – İstifadəçi təcrübəsi Dizaynı

Bu proqramın əsas məqsədi sığorta sektorunun tələb etdiyi ixtisaslı işçi gücünün yetişdirilməsini,bu sahənin işçilərinin özlərini inkişaf etdirməsini, sığorta şüurunun yayılmasını təmin etməkdir.

Sığorta sektorunda iş imkanları hələ də hər kəs tərəfindən tam bilinmir. Halbuki, sığorta sektorunda karyera imkanları yüksələn bir tendensiya göstərir. Siğorta demək olar ki bütün digər sahələrlə bağlıdır. Sektorda statistika, riyaziyyat, biznes, iqtisadiyyat, marketinq təhsili kimi sahələr başda olmaqla mühəndisliyin bütün sahələri, tibb elmləri, o cümlədən kənd təsərrüfatı və heyvandarlığın bütün sahələri üzrə təhsil almış şəxslər üçün  imkanları da mövcuddur.

Yuxarıda qeyd edilən sahələr üzrə təhsil alan tələbələr və məzunlar, sektorda yeni işə alınanlar, bu sahədə özlərini inkişaf etdirmək istəyənlər, müqaviləli tibb müəssisələrində işləyənlər və ya işləmək istəyənlər, Bank filiallarında  xidmət sahəsində çalışanlar və ya çalışmaq istəyənlər, siğorta sektorundakı hüquqi məsələlərin araşdırılmasında  çalışanlar və ya arbitraj şirkətlərində çalışmaq istəyən hüquqşünaslar və s.  bu proqramın əsas hədəf kütləsini təşkil edir

Proqrama daxil olan kitablar :

  1. Sigorta Sistemi ve İşletmeciliği – Siğorta Sistemi və İdarəçilik
  2. Sigorta Pazarlama, Satış ve Üretim Yöntemi – Siğorta Markentinqi, Satış və İstehsal Metodu
  3. Hukukun Temel Kavramları – Hüquqi Baza Anlayışları

Mətbuat Fotoqrafçılığı e-Sertifika Proqramı  mətbuat fotoqrafçılığı, əsas fotoqrafçılıq, rəqəmsal fotoqrafiya ilə tanışlığa və iştirakçıların hazırkı bilik və bacarıqlarının artırılmasına kömək edir.

Bu e-sertifika Proqramında əsas məqsəd fotoşəklin özünəxas təməl bilgilərini fotoqraflığı peşə seçmək istəyənlərə çatdırmaqdır.

Bu sertifikatla fotoqraflar  mətbuat orqanlarında, rəsmi və özəl ofislərdə və agentliklərdə işləyə bilərlər, öz bizneslərini inkişaf etdirə və ya dövlət müəssisələrində və özəl təşkilatlarda peşə sahibi ola bilərlər. İncəsənət sahəsində çalışanlar isə əldə etdikləri bilik və bacarıqlarla  incəsənət aləmində tanınmış bir fotoqraf ola bilərlər.

Proqrama daxil olan kitablar :

  1. Basın Fotoğrafçılığı – Media Fotoqrafçılığı
  2. Sayısal Fotoğrafa Giriş – Dijital Fotoqrafiyaya giriş
  3. Temel Fotoğrafçılık – Təməl Fotoqrafçılıq

Kulinariya mədəniyyəti  e-Sertifika  Proqramının əsas məqsədi istər günlük həyatda, istərsə də peşə həyatında bu sahəyə maraq göstərən və özlərini bu sahədə inkişaf  etdirmək istəyən həvəskar şəxslərin mövcud bilik və bacarıqlarının inkişafına kömək etməkdir.

Restoran və ya qida sektorunda çalışan və bu sahədə daha təkmil kadr olmaq istəyən hər kəsə  şamil edilir.

Proqrama daxil olan kitablar :

  1. Temel Mutfak Teknikleri – Təməl Mətbəx Metodları
  2. Gastronomi ve Medya –
  3. Menü Yönetimi –

Pərakəndəçilik, istehsalçı və istehlakçı arasında  malların nəqli (köçürülməsi) prosesində vasitəçilik xidmətidir. Başqa sözlə mal və ya xidmətlərin kommersiya məqsədləri üçün və ya şəxsi ehtiyacları üçün istifadə edilməməsi və ya satılmaması şərtilə istehlakçıya birbaşa ötürülməsi xidmətidir.

Bu sertifika proqramı pərakəndə mağaza sahiblərinə və pərakəndə mağazalarda  çalışan idarəçilərə  şamil edilir.

Proqrama daxil olan kitablar :

  1. Perakende Yönetimi- Pərakəndə İdarəçiliyi
  2. Perakendecilikte Müşteri İlişkileri ve Yönetimi – Pərakəndəçilikdə Müştəri Əlaqələri və İdarəedilməsi
  3. Satış Yönetimi – Satış İdarəsi

21 May 2015 tarixində Anadolu Universiteti ilə Gömrük və Ticarət Nazirliyi arasında Kooperativçilik e-Sertifika Proqramının tətbiqi və inkişafına yönəlik əməkdaşlıq protokolu imzalanıb.

Bu əməkdaşlığın məqsədi xüsusilə  gənclərin üstünlük təşkil etdiyi kooperativçilik sektoruna birbaşa və ya dolayı yolla xidmət edən şəxslərin təhsil səviyyəsini artırmaq və eyni zamanda cəmiyyətdə kooperativçilik şüurunu formalaşdırmağa yönəlmiş tədqiqat və informasiyanı həyata keçirməkdir.

Bu baxımdan  Kooperativçilik e-Sertifika Proqramı iqtisadi  və sosial baxımından mühüm  və böyük bir güc təşkil edən kooperativ müəssisələrin sayını artırılması və mövcud kooperativ müəssisələrə  öz fəaliyyətlərini uğurlu bir şəkildə davam etdirmələri üçün onlara kooperativçilik sahəsində təhsil vermək və bu təhsili sertifikatlaşdırmaq məqsədi daşıyır.

Bu proqramın əsas hədəf kütləsini kooperativ rəhbərlər, nəzarət və təsisat heyəti üzvləri, kooperativ idarəçilər, onların işçiləri, tərəfdaşları, kooperativ sahələrdə çalışan dövlət qulluqçuları, hüquqşünaslar, mühasiblər təşkil edir.

Və bu sahəyə  marağı olan  yaşı 18dən yuxarı hər kəs proqrama qatılaraq, təhsil ala bilər.

Proqrama daxil olan kitablar :

  1. Kooperatifçilik – Kooperativçilik

Korporativ Reklam və Əlaqənin İdarəedilməsi e-Sertifika Proqramı strateji əlaqə, korporativ sosial öhdəlik, reklamçılıq sahəsində yeni məlumatlarların da əlavə edilməsi ilə iştirakçıların mövcud bilik və bacarıqlarının inkişafına kömək etmək məqsədi daşıyır.

Bu e-Sertifika Proqramı şirkətlərin marketinq şöbələrinin ekspertlərinin, məsləhətçilərinin, orta səviyyə idarəçilərin və öz karyeralarında ixtisaslaşmaq istəyən fiziki şəxslərin iştirakına açıqdır.

Proqrama daxil olan kitablar :

  1. Stratejik İletişim – Strateji Ünsiyyət
  2. Kurumsal Sosyal Sorumluluk – Korporativ Sosial Məsuliyyət
  3. Reklamcılık – Reklamçılıq

İnkişafa Dəstək (Valideynlər-Məktəbəqədər) e-Sertifika Proqramının məqsədi 0-18 yaş arasında inkişaf çatışmazlığı  olan uşaqlarla (Zehni çatışmazlıq, Autizm Spektr  Pozğunluğu, Down Sindromu, Serebral İflic və digər sindromlar) ya da inkişaf çatışmazlığı risqi olan uşaq, yeniyetmə və gənclərlə işləyən valideynlərə/baxıcılara, uşaqların xüsusiyyətləri və inkişafı haqqında  dəqiq, elmi və funksional məlumatları təchiz etmək  ,onları uşaqların inkişafına dəstək verə biləcəkləri elmi, funksional və praktiki bacarıqlarla təmin etməkdir.

Bu sertifika proqramları

1.inkişaf çatışmazlığı, inkişaf çatışmazlığı risqi və normal inkişaf prosesi haqqında məlumatları ;

  1. bilik inkişafı, ünsiyyət (dil) ,sosial/emosional inkişaf və özünə qayğı bacarığı, akademik və qeyri-akademik bacarıqlar, problemli davranışlarla mübarizə, yeniyetməlik dövrü problemləri kimi fərqli sahələrdə valideyn/ baxıcılara evdə inkişaf çatışmazlığı olan 0-18 yaş arasındakı uşaqlara yönəlik tədbirlər görmələri üçün praktik bilgi və məlumatları əhatə edir.

Proqrama daxil olan kitablar:

  1. Gelişimsel Desteğe Gereksinimi Olan Okul Öncesi Çocuklar (0-6 Yaş) –İnkişafi dəstəyə ehtiyac ikan Məktəbəqədər uşaqlar (0-6 yaş)
  2. 0-3 Yaş Çocuklara Evde Gelişimsel Destek – 0-3 yaş uşaqlara evdə inkişafa dəstək
  3. 3-6 Yaş Çocuklara Evde Gelişimsel Destek – 3-6 yaş uşaqlara evdə inkişafa dəstək

İnkişafa Dəstək (Valideynlər-Məktəb dövrü) e-Sertifika Proqramının məqsədi 0-18 yaş arasında inkişaf çatışmazlığı  olan uşaqlarla (Zehni çatışmazlıq, Autizm Spektr  Pozğunluğu, Down Sindromu, Serebral İflic və digər sindromlar) ya da inkişaf çatışmazlığı risqi olan uşaq, yeniyetmə və gənclərlə işləyən valideynlərə/baxıcılara, uşaqların xüsusiyyətləri və inkişafı haqqında  dəqiq, elmi və funksional məlumatları təchiz etmək  ,onları uşaqların inkişafına dəstək verə biləcəkləri elmi, funksional və praktiki bacarıqlarla təmin etməkdir.

Bu sertifika proqramları

1.inkişaf çatışmazlığı, inkişaf çatışmazlığı risqi və normal inkişaf prosesi haqqında məlumatları ;

  1. bilik inkişafı, ünsiyyət (dil) ,sosial/emosional inkişaf və özünə qayğı bacarığı, akademik və qeyri-akademik bacarıqlar, problemli davranışlarla mübarizə, yeniyetməlik dövrü problemləri kimi fərqli sahələrdə valideyn/ baxıcılara evdə inkişaf çatışmazlığı olan 0-18 yaş arasındakı uşaqlara yönəlik tədbirlər görmələri üçün praktik bilgi və məlumatları əhatə edir.

Proqrama daxil olan kitablar:

1.Gelişimsel Desteğe Gereksinimi Olan Okul Dönemi Çocuklar (6-12 Yaş)- İnkişafi dəstəyə ehtiyacı olan məktəb dövrü uşaqlar (6-12 yaş)

  1. 6-12 Yaş Çocuklara Evde Akademik Alanlarda Destek – 6- 12 yaş uşaqlara evdə elmi sahələrdə dəstək
  2. 6-12 Yaş Çocuklara Evde Akademik Olmayan Alanlarda Destek- 6-12 yaş uşaqlara qeyri-elmi sahələrdə dəstək

İnkişafa Dəstək (Valideynlər-Yeniyetməlik dövrü) e-Sertifika Proqramının məqsədi 0-18 yaş arasında inkişaf çatışmazlığı  olan uşaqlarla (Zehni çatışmazlıq, Autizm Spektr  Pozğunluğu, Down Sindromu, Serebral İflic və digər sindromlar) ya da inkişaf çatışmazlığı risqi olan uşaq, yeniyetmə və gənclərlə işləyən valideynlərə/baxıcılara, uşaqların xüsusiyyətləri və inkişafı haqqında  dəqiq, elmi və funksional məlumatları təchiz etmək  ,onları uşaqların inkişafına dəstək verə biləcəkləri elmi, funksional və praktiki bacarıqlarla təmin etməkdir.

Bu sertifika proqramları

1.inkişaf çatışmazlığı, inkişaf çatışmazlığı risqi və normal inkişaf prosesi haqqında məlumatları ;

  1. bilik inkişafı, ünsiyyət (dil) ,sosial/emosional inkişaf və özünə qayğı bacarığı, akademik və qeyri-akademik bacarıqlar, problemli davranışlarla mübarizə, yeniyetməlik dövrü problemləri kimi fərqli sahələrdə valideyn/ baxıcılara evdə inkişaf çatışmazlığı olan 0-18 yaş arasındakı uşaqlara yönəlik tədbirlər görmələri üçün praktik bilgi və məlumatları əhatə edir.

Proqrama daxil olan kitablar :

  1. Gelişimsel Desteğe Gereksinimi Olan Ergenlik Dönemi Bireyler (12-18 Yaş) – İnkişafi dəstəyə ehtiyac olan Yetkinlik dövrü Fərdləri (12-18 yaş)
  2. Ergenlik Döneminde Evde Gelişimsel Destek-Yeniyetməlik dövründə evdə inkişafa dəstək
  3. Yetişkinliğe Geçecek Bireylere Evde Gelişimsel Destek- Yetkinlik dövrünə keçəcək fərdlərə evdə inkişafa dəstək

İnkişafa Dəstək  e-Sertifika  Proqramının (Müəllimlər – Məktəbəqədər) məqsədi inkişaf çatışmazlığı / inkişaf çatışmazlığı risqi olan  0-18 yaş arasında uşaqlarla (Zehni çatışmazlıq, Autizm Spektr  Pozğunluğu, Down Sindromu, Serebral İflic və digər sindromlar) ya da inkişaf çatışmazlığı risqi olan uşaq, yeniyetmə və gənclərlə işləyən pedaqoq/mütəxəssislərə (məsələn, xüsusi təhsil müəllimi, uşaq inkişafı mütəxəssisi, psixoloq, psixoloq məsləhətçi, sinif müəllimi, fizioterapevt dil-niqt terapevti, sosial işçi və s.) peşə xüsusiyyətlərini inkişaf etdirəcək məlumatlar və  praktiki bacarıqlar qazandırmaqdır.

Bu sertifika proqramları

1.inkişaf çatışmazlığı, inkişaf çatışmazlığı risqi və normal inkişaf prosesi haqqında məlumatları ;

  1. bilik inkişafı, ünsiyyət (dil) ,sosial/emosional inkişaf və özünə qayğı bacarığı, akademik və qeyri-akademik bacarıqlar, problemli davranışlarla mübarizə, yeniyetməlik dövrü problemləri kimi fərqli sahələrdə  pedaqoq/mütəxəssislərə təhsil/müalicə mühitində çalışdıqları inkişaf çatışmazlığı olan 0-18 yaş arasındakı fərdlərə yönəlik tədbirlər görmələri üçün praktik bilgi və məlumatları əhatə edir.

Proqrama daxil olan kitablar :

  1. Gelişimsel Desteğe Gereksinimi Olan Okul Öncesi Öğrenciler (0-6 Yaş) – İnkişafi dəstəyə ehtiyacı olan məktəbəqədər şagirdlər (0-6 yaş)
  2. 0-3 Yaş Öğrencilere Kurumda Gelişimsel Destek -0-3 yaş şagirdlərə qurumda inkişafa dəstək
  3. 3-6 Yaş Öğrencilere Kurumda Gelişimsel Destek – 3-6 yaş şagirdlərə qurumda inkişafa dəstək

İnkişafa Dəstək  e-Sertifika  Proqramının (Müəllimlər – Məktəb dövrü) məqsədi inkişaf çatışmazlığı / inkişaf çatışmazlığı risqi olan  0-18 yaş arasında uşaqlarla (Zehni çatışmazlıq, Autizm Spektr  Pozğunluğu, Down Sindromu, Serebral İflic və digər sindromlar) ya da inkişaf çatışmazlığı risqi olan uşaq, yeniyetmə və gənclərlə işləyən pedaqoq/mütəxəssislərə (məsələn, xüsusi təhsil müəllimi, uşaq inkişafı mütəxəssisi, psixoloq, psixoloq məsləhətçi, sinif müəllimi, fizioterapevt dil-niqt terapevti, sosial işçi və s.) peşə xüsusiyyətlərini inkişaf etdirəcək məlumatlar və  praktiki bacarıqlar qazandırmaqdır.

Bu sertifika proqramları

1.inkişaf çatışmazlığı, inkişaf çatışmazlığı risqi və normal inkişaf prosesi haqqında məlumatları ;

  1. bilik inkişafı, ünsiyyət (dil) ,sosial/emosional inkişaf və özünə qayğı bacarığı, akademik və qeyri-akademik bacarıqlar, problemli davranışlarla mübarizə, yeniyetməlik dövrü problemləri kimi fərqli sahələrdə  pedaqoq/mütəxəssislərə təhsil/müalicə mühitində çalışdıqları inkişaf çatışmazlığı olan 0-18 yaş arasındakı fərdlərə yönəlik tədbirlər görmələri üçün praktik bilgi və məlumatları əhatə edir.

0-18 yaş arasında inkişaf çatışmazlığı olan  (Zehni çatışmazlıq, Otizm Spektr  Pozğunluğu, Down Sindromu, Serebral İflic və digər sindromlar) ya da inkişaf çatışmazlığı risqi olan uşaq, yeniyetmə və gənclərə yönəlik bir- birinə bağlı, eyni zamanda müstəqil 3 e-Sertifika proqramı vardır. Bunlar ;

  1. Məktəbəqədər dövrdə müəllim və mütəxəssislər üçün inkişafa dəstək e-Sertifikat proqramı
  2. Məktəb dövrü müəllim və mütəxəssislər üçün inkişafa dəstək e-Sertifikat proqramı
  3. Yetkinlik dövrü müəllim və mütəxəssislər üçün inkişafa dəstək e-Sertifikat proqramı

Proqrama daxil olan kitablar :

1.Gelişimsel Desteğe Gereksinimi Olan Okul Dönemi Öğrenciler (6-12 Yaş) – İnkişafi dəstəyə ehtiyacı olan məktəb dövrü şagirdləri (6-12 yaş)

  1. 6-12 Yaş Öğrencilere Kurumda Akademik Alanlarda Destek -6-12 yaş şagirdlərə qurumda elmi sahələrdə dəstək
  2. 6-12 Yaş Öğrencilere Kurumda Akademik Olmayan Alanlarda Destek -6-12 yaş şagirdlərə qurumda qeyri-elmi sahələrdə dəstək

İnkişafa Dəstək  e-Sertifika  Proqramının (Müəllimlər – Yeniyetməlik) məqsədi inkişaf çatışmazlığı / inkişaf çatışmazlığı risqi olan  0-18 yaş arasında uşaqlarla (Zehni çatışmazlıq, Autizm Spektr  Pozğunluğu, Down Sindromu, Serebral İflic və digər sindromlar) ya da inkişaf çatışmazlığı risqi olan uşaq, yeniyetmə və gənclərlə işləyən pedaqoq/mütəxəssislərə (məsələn, xüsusi təhsil müəllimi, uşaq inkişafı mütəxəssisi, psixoloq, psixoloq məsləhətçi, sinif müəllimi, fizioterapevt dil-niqt terapevti, sosial işçi və s.) peşə xüsusiyyətlərini inkişaf etdirəcək məlumatlar və  praktiki bacarıqlar qazandırmaqdır.

Bu sertifika proqramları

1.inkişaf çatışmazlığı, inkişaf çatışmazlığı risqi və normal inkişaf prosesi haqqında məlumatları ;

  1. bilik inkişafı, ünsiyyət (dil) ,sosial/emosional inkişaf və özünə qayğı bacarığı, akademik və qeyri-akademik bacarıqlar, problemli davranışlarla mübarizə, yeniyetməlik dövrü problemləri kimi fərqli sahələrdə  pedaqoq/mütəxəssislərə təhsil/müalicə mühitində çalışdıqları inkişaf çatışmazlığı olan 0-18 yaş arasındakı fərdlərə yönəlik tədbirlər görmələri üçün praktik bilgi və məlumatları əhatə edir.

0-18 yaş arasında inkişaf çatışmazlığı olan  (Zehni çatışmazlıq, Autizm Spektr  Pozğunluğu, Down Sindromu, Serebral İflic və digər sindromlar) ya da inkişaf çatışmazlığı risqi olan uşaq, yeniyetmə və gənclərə yönəlik bir- birinə bağlı, eyni zamanda müstəqil 3 e-Sertifika proqramı vardır. Bunlar ;

  1. Məktəbəqədər dövrdə müəllim və mütəxəssislər üçün inkişafa dəstək e-Sertifikat proqramı
  2. Məktəb dövrü müəllim və mütəxəssislər üçün inkişafa dəstək e-Sertifikat proqramı
  3. Yetkinlik dövrü müəllim və mütəxəssislər üçün inkişafa dəstək e-Sertifikat proqramı

Proqrama daxil olan kitablar :

  1. Gelişimsel Desteğe Gereksinimi Olan Ergenlik Dönemi Öğrenciler (12-18 Yaş)- İnkişafi dəstəyə ehtiyac olan Yetkinlik dövrü Fərdləri (12-18 yaş)
  2. Ergenlik Dönemi Öğrencilere Kurumda Gelişimsel Destek – Yeniyetməlik dövrü şagirdlərə qurumda inkişafa dəstək
  3. Yetişkinliğe Geçecek Bireylere Kurumda Gelişimsel Destek – Yetkinliyə keçən fərdlərəqurumda inkişafa dəstək

Coğrafi İnformasiya Sistemləri e-Sertifika Proqramının məqsədi, dövlət və özəl qurumlarda mühüm qərarların qəbul edilməsi prosesində effektiv coğrafi informasiya texnologiyaları  və məkan məlumatlarının idarə edilməsinin əsas prinsipləri mövzusunda  analitik düşünə bilən, eyni zamanda problemləri müstəqil həll etmə və qərar vermə bacarıqları olan kadrlar hazırlamaqdır.

Proqram məzmununa  Coğrafi İnformasiya Sistemlərinə Giriş, Coğrafi İnformasiya Sistemləri və Açıq Mənbə Kodlu İnformasiya Sistemleri  Proqram Tətbiqi dərsləri daxildir. Coğrafi İnformasiya Sistemlərinə Giriş və Coğrafi İnformasiya Sistemləri dərslərində Coğrafi İnformasiya Sistemləri haqqında nəzəri məlumatlar yer almaqdadır. Açıq Mənbə Kodlu İnformasiya Sistemleri  Proqram Tətbiqi dərsində isə Açıq Mənbə Kodlu (QGIS) proqram istifadə edilərək Coğrafi İnformasiya Sistemləri tətbiqləri izah edilməkdədir. Bundan əlavə proqrama qeydiyyatdan keçən tələbələr Coğrafi İnformasiya Sistemləri haqqında nəzəri məlumatlarla yanaşı coğrafi yerləşdirmə, məlumat bazasının dizaynı, projeksiya sistemi ilə bağlı proqramlar, vektor ve raster əsaslı Coğrafi İnformasiya Sistemləri analizləri, əldə edilən nəticələrin qrafiki, hesabat, xəritə çıxarışı və 3D haqqında məlumat o sahibi ola bilirlər.

Bu proqramı bitirən məzunlar; dövlət və özəl sektor təşkilatları və qurumlarında, xüsusilə də yerli idarəetmə sahələrində və ölkəmizdə qurulmağa başlayan bir çox təşkilatlarda  Coğrafi İnformasiya Sistemləri məntəqələrində  işləmək imkanı əldə edə bilər.

Proqrama daxil olan kitablar:

1.Coğrafi Bilgi Sistemlerine Giriş – Coğragi İnformasiya Sistemlərinə Giriş

2.Coğrafi Bilgi Sistemleri – Coğrafi İnformasiya  Sistemləri

  1. Açık Kaynak Kodlu Coğrafi Bilgi Sistemleri Yazılım Uygulamaları (QGIS)- Açıq Mənbə Kodlu İnformasiya Sistemleri Proqram Tətbiqi (QGIS)

Coğrafi İnformasiya Sistemləri e-Sertifika Proqramının məqsədi, dövlət və özəl qurumlarda mühüm qərarların qəbul edilməsi prosesində effektiv coğrafi informasiya texnologiyaları  və məkan məlumatlarının idarə edilməsinin əsas prinsipləri mövzusunda  analitik düşünə bilən, eyni zamanda problemləri müstəqil həll etmə və qərar vermə bacarıqları olan kadrlar hazırlamaqdır.

Proqram məzmununa  Coğrafi İnformasiya Sistemlərinə Giriş, Coğrafi İnformasiya Sistemləri və Coğrafi  İnformasiya Sistemleri  Proqram Tətbiqi II dərsləri daxildir. Coğrafi İnformasiya Sistemlərinə Giriş və Coğrafi İnformasiya Sistemləri dərslərində Coğrafi İnformasiya Sistemləri haqqında nəzəri məlumatlar yer almaqdadır. Coğrafi  İnformasiya Sistemleri  Proqram Tətbiqi II dərslərində isə Mapinfo Professional proqram tətbiqi istifadə edilərək Coğrafi İnformasiya Sistemləri tətbiqləri izah edilməkdədir. Bundan əlavə proqrama qeydiyyatdan keçən tələbələr Coğrafi İnformasiya Sistemləri haqqında nəzəri məlumatlarla yanaşı coğrafi yerləşdirmə, məlumat bazasının dizaynı, projeksiya sistemi ilə bağlı proqramlar, vektor ve raster əsaslı Coğrafi İnformasiya Sistemləri analizləri, əldə edilən nəticələrin qrafiki, hesabat, xəritə çıxarışı və 3D haqqında məlumat o sahibi ola bilirlər.

Bu proqramı bitirən məzunlar; dövlət və özəl sektor təşkilatları və qurumlarında, xüsusilə də yerli idarəetmə sahələrində və ölkəmizdə qurulmağa başlayan bir çox təşkilatlarda  Coğrafi İnformasiya Sistemləri məntəqələrində  işləmək imkanı əldə edə bilər.

Proqrama daxil olan kitablar:

  1. Coğrafi Bilgi Sistemlerine Giriş – Coğragi İnformasiya Sistemlərinə Giriş
  2. Coğrafi Bilgi Sistemleri – Coğrafi İnformasiya Sistemləri
  3. Coğrafi Bilgi Sistemleri Uygulamaları II (MapInfo) – Coğrafi İnformasiya Sistemleri  Proqram Tətbiqi  II (MapInfo)

Coğrafi İnformasiya Sistemləri e-Sertifika Proqramının məqsədi, dövlət və özəl qurumlarda mühüm qərarların qəbul edilməsi prosesində effektiv coğrafi informasiya texnologiyaları  və məkan məlumatlarının idarə edilməsinin əsas prinsipləri mövzusunda  analitik düşünə bilən, eyni zamanda problemləri müstəqil həll etmə və qərar vermə bacarıqları olan kadrlar hazırlamaqdır.

Proqram məzmununa  Coğrafi İnformasiya Sistemlərinə Giriş, Coğrafi İnformasiya Sistemləri və Coğrafi  İnformasiya Sistemleri  Proqram Tətbiqi  I dərsləri daxildir. Coğrafi İnformasiya Sistemlərinə Giriş və Coğrafi İnformasiya Sistemləri dərslərində Coğrafi İnformasiya Sistemləri haqqında nəzəri məlumatlar yer almaqdadır. Coğrafi  İnformasiya Sistemleri  Proqram Tətbiqi  I dərslərində isə ESRI firmasına aid ArcGIS proqram tətbiqi istifadə edilərək Coğrafi İnformasiya Sistemləri tətbiqləri izah edilməkdədir. Bundan əlavə proqrama qeydiyyatdan keçən tələbələr Coğrafi İnformasiya Sistemləri haqqında nəzəri məlumatlarla yanaşı coğrafi yerləşdirmə, məlumat bazasının dizaynı, projeksiya sistemi ilə bağlı proqramlar, vektor ve raster əsaslı Coğrafi İnformasiya Sistemləri analizləri, əldə edilən nəticələrin qrafiki, hesabat, xəritə çıxarışı və 3D haqqında məlumat o sahibi ola bilirlər.

Bu proqramı bitirən məzunlar; dövlət və özəl sektor təşkilatları və qurumlarında, xüsusilə də yerli idarəetmə sahələrində və ölkəmizdə qurulmağa başlayan bir çox təşkilatlarda  Coğrafi İnformasiya Sistemləri məntəqələrində  işləmək imkanı əldə edə bilər.

Proqrama daxil olan kitablar:

1.Coğrafi Bilgi Sistemlerine Giriş – Coğragi İnformasiya Sistemlərinə Giriş

2.Coğrafi Bilgi Sistemleri – Coğrafi İnformasiya  Sistemləri

3.Coğrafi Bilgi Sistemleri Uygulamaları I (ArcGIS) – Coğrafi  İnformasiya Sistemleri  Proqram Tətbiqi  I (ArcGIS)

Qeydiyyat

 


×
E-Sertifika Üzrə Qeydiyyat

 


×