Bakalavr və Subbakalavr üzrə

KATEQORİYANI SEÇ

Bakalavr proqramında təhsil alarkən Subbakalavr diplomu ala bilərəm?

Bakalavr tələbələrindən: İlk 4 yarım ildən ən az 120 AKTS kreditlik dərs alıb başarılı olanlar, 2547 saylı qanunun 5-ci maddəsinin 1-ci bəndinə əsasən zəruri dərslər olan, Türk- Dili I-II, Xarici- Dil I-II dərslərindən keçmiş olanlar,  FF notu olmayanlar, Genel Not Ortalaması (GNO) 2,00 və üzərində olanlar Bakalavr proqramından qeydiyyatlarını sildirmək şərti ilə Subbakalavr məzunu ola bilərlər.

İmtahansız İkinci Universitet üçün lazım olan sənədlər nələrdir?

  1. Türkiyədə hal-hazırda təhsil aldığınız və ya təhsilinizi dondurduğunuza (məzunlar üçün diplom və transkript) dair “Öğrenim Belgesi”.
  2. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti.
  3. 4×5 ölçüsündə 4 ədəd fotoşəkil.

Tələbəyə aid olan rəsmi sənədləri valideynləri və ya yaxınları təhvil ala bilərmi?

Tələbəyə aid olan rəsmi sənədlər tələbənin özünə təqdim edilməkdədir. Tələbənin yaxınları notarial qaydada təsdiq edilmiş etibarnamə ilə müraciət etdikləri təqdirdə tələbəyə aid olan sənəd yaxınına təqdim edilə bilər.

Anadolu Universitetində təhsil aldığıma dair arayış ala bilərəm?

Qeydiyyatı aktiv olan tələbələrə “Öğrenci Belgesi”, Qeydiyyatı passiv olan tələbələrə isə “Öğrenim Durumu Belgesi” verilməkdədir.   Tələbələr arayış istəklərini  qeydiyyat mərkəzinə yaxınlaşaraq universitetə yazılı şəkildə bildirməlidirlər.

Tələbə Biletimi itirdim... Yenisini necə ala bilərəm?

Tələbə biletinizi itirdiyiniz təqdirdə hər hansı bir qəzetin elanlar bölməsinə itirdiyinizə dair elan verib və həmin qəzeti qeydiyyat mərkəzimizə təqdim edərək, ərizə ilə müraciətinizi Anadolu universitetinə bildirib yeni tələbə bileti ala bilərsiniz.

Anadolu Universiteti harada yerləşir ?

Anadolu Universiteti Türkiyə Respublikasının ərazisində yerləşir (Türkiye,Eskişehir) və Türkiyə dövlətinin mövcud qanunvericiliyi əsasında fəaliyyət göstərir. Xarici ölkələrdən də əcnəbilərin (digər ölkə vətandaşlarının) universitetə əyani ve distant qəbulu Türkiyə Respublikasının mövcud qanunvericiliyi əsasında həyata keçirilir.

Açıköğretim sistemində kurs anlayışı varmı?

Anadololu Universiteti Açıköğretim, İktisat, İşletme fakültələrində kurs anlayışı yoxdur. Bu səbəblə tələbələr 1-ci, 2-ci, 3-cü, 4-cü kurslara bölünməzlər. Tələbələr Payız semestrı imtahanlarını payızda, Yaz semestrı imtahanlarını isə yazda verməlidirlər. Kredit sistemində, subbakalavr ixtisaslarında Payız semestrı  1-ci və 3-cü yarım illərdən, Yaz semestrı isə 2-ci və 4-cü yarım illərdən; Bakalavr ixtisaslarında isə Payız semestrı 1-ci, 3-cü, 5-ci, 7-ci yarım illərdən, Yaz semestrı isə 2-ci, 4-cü, 6-cı, 8-ci yarım illərdən ibarətdir.

Qəbul imtahanı hansı üsulla keçirilir?

Qəbul imtahanı Türkiyə Səfirliyinin dəstəyi və Anadolu Universitetinin nümayəndə heyyətinin iştirakı ilə Bakı şəhərində test üsulu ilə həyata keçirilir.

Qəbul imtahanı hansı fənlər üzrə keçirilir?

Anadolu Dövlət Universitetində Azərbaycanı tərk etmədən distant formada təhsil almaq üçün iki fənn üzrə (Türk dili və Məntiq Riyaziyyat) imtahanda iştirak etməlisiniz. İmtahanda ümumilikdə 80 sual olur, 40-ı Türk dili, 40-ı isə Məntiq Riyaziyyat (Məntiq riyaziyyat fənnlərinin sualları türk-dilində tərtib olunur). İmtahanda səhv düzü aparmır.                 

Anadolu Dövlət Universitetinə qəbul olmaq üçün necə hazırlaşmaq olar?

Abituriyentlərin qəbul imtahanında daha da uğurlu nəticə əldə etmələri üçün Türk Dili və Məntiq Riyaziyyat fənnlərindən Hazırlıq Kursları təşkil olunmuşdur. Dərsləri Türkiyədən gəlmiş türkiyəli müəllimlər və Türkiyə universitetlərinin bakalavr və magistr pilləsindən məzun olmuş təcrübəli müəllimlər keçir.

3 Dərs imtahanında kimlər iştirak edə bilər?

Açıköğretim sistemi, İktisat, İşletme, Açıköğretim fakültələrində təhsil alan tələbələrdən toplam 3 dərsdən keçməyənlər və bu dərsləri verdikləri təqdirdə məzun ola biləcək  tələbələr 3 Dərs imtahanında iştirak edə bilərlər. 2018-ci il 3 Dərs imtahanı 5 Avqust tarixində keçiriləcəkdir.

İmtahan balımı necə hesablaya bilərəm?

Açıköğretim sisteminde imtahan balınız, imtahandakı doğru cavablarınızın sayının 5-ə vurulması ilə əldə edilən nəticənin imtahandakı səhv cavablarınızı 1,25-ə vurmaqla nəticənin çıxarılması ilə əldə edilməkdədir. Məsələn: 16 doğru 4 səhv etdiyiniz imtahanda, 16 doğrudan 80 bal alacaqsınız. 4 səhv isə aldığınız baldan 5 bal çıxmasına səbəb olacaqdır. Beləliklə, balınız 80-5=75 olcaqdır. Bu hesablama 20 ədəd sual üzrə hazırlanan 5 variantlı test imtahanları üçün keçərlidir.

Keçmiş illərə aid olan semestr imtahanın suallarına necə baxa bilərəm?

Keçmiş illərə aid olan imtahan sualları kitabınızın çap edilmə tarixi ilə uyğun şəkildə təqdim edilməkdədir. Bu səbəblə məzmundan qaynaqlanan uyğunsuzluğun tələbələr üçün problem yaratmaması üçün kitabın çap olunma tarixindən əvvəlki illərə aid olan suallar sistemdə yer almamışdır.

İmtahan zamanı tədbiq olunan qaydalar nələrdir?

  1. İmtahanın ilk 30 dəqiqəsi və ilk son 5 dəqiqəsi içində, imtahanı tamamlasanız belə salondan çıxa bilməzsiniz.  Hər hansı bir səbəblə imtahan salonundan çıxdığınız təqdirdə, imtahana davam etmənizə icazə verilə bilməz.
  2. İmtahanda kalkulyatordan istifadə edə bilərsiniz. Amma istifadə etdiyiniz kalkulyatorda əlifba klavyaturası (A, B, C, D…), EXE, STORE, RUN və s. proqramlar olmamalıdır.
  3. Kağız, kitab, dəftər, qeydlər, pərgar, xətkeş və başqa vasitələr, mobil telefon, planşet, kamera və s. rabitə vasitələri, rəsmi məqsədlə olsa belə silah və silah yerinə istifadə olunan əşyalar ilə imtahanda iştirak etmək qətiyyən qadağandır.
  4. İmtahan zamanı nəzarətçi ilə danışmaq, sual vermək  qadağandır. Eyni zamanda nəzarətçinin də tələbələrlə danışmağı qadağandır. Mövcud vəziyyətdə nəzarətçilər yerinizi dəyişdirə bilər.
  5. İmtahan nəticələri qiymətləndirilərkən, hər testdəki doğru cavablarınızın sayından səhv cavablarınızın sayının dörtdə biri çıxılaraq nəticəniz hesablanacaqdır. Bu səbəblə haqqında heç bir fikriniz olmayan sualları boş buraxın.
  6. Sizə verilən cavab kağızının üzərindəki T.C. kimlik no, Ad, Soyadı, məlumatlarınızı yoxlayın, yazın və imzalayın. Bu məlumatlar sizə aid deyilsə nəzarətçilərə xəbərdarlıq edərək sizə aid olan cavab kağızınızı istəyin. Başqa bir tələbəyə aid olan cavab kağızından istifadə edən tələbənin həmin oturumdakı imtahanları keçərsiz sayılacaqdır.
  7. Cavab kağızı üzərində test qrupunu işarələməyi unutmayın. Cavab kağızı üzərində test qrupunu (A,B,C,D) kodlaşdırmayan və ya bir neçə variantı işarələyən tələbələrin imtahanları etibarsız sayılacaqdır.
  8. Cavab kağızınızda yazacağınız hər növ yazı və işarələmələr üçün tünd yazan qara sadə qələmdən istifadə etməlisiniz. Qara sadə qələmdən başqa fərqli bir qələm (mürəkkəbli, rəngli və s.) istifadə edən tələbələrin imtahanları etibarsız sayılacaqdır.
  9. İmtahan zamanı qələm, silgi, və s. vasitələri paylaşmaq,
  10. Cavabları cavab kağızı xaricində bir yerə yazmaq və imtahan salonundan xaircə çıxarmaq,
  11. Köçürmək və ya digər tələbəyə köçürməyə imkan yaratmaq və s. davranışlar sərgiləyən tələbələr haqqında imtahanın ləğv edilməsi üçün protokol hazırlanar, həmin oturumdakı imtahanları keçərsiz sayılar və köçürmə hadisəsinin baş verdiyi imtahan dövrünü izləyən ilk imtahan dövründə heç bir fəndən imtahanda iştirak edə bilməz.

Bakalavr və Subbakalavr ixtisaslarına keçid balı nə qədərdir?

Bakalavr ixtisasına qəbul olmaq üçün, keçid balı 170-dir. Subbakalavr ixtisasına qəbul olmaq üçün isə keçid balı 150-dir.

Qəbul imtahan balının nəticəsinin hesablanması Türkiyə Cumhuriyyətinin mövcud bal şkalasına “Çan Eğrisi Not Sistemi”nə uyğun olaraq hesablanır.

Qəbul üçün lazım olan sənədlər hansılardır?

1.Attestatın və ya Kollec Diplomunun Türkiyə Respublikasının Azərbaycandakı Təhsil Müşavirliyində bərabərlik sənədi (Denklik Belgesi) (Ünvan: Bakı  şəh, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küç 77.) Nizami m. yaxınlığında Bakı-Türk Anadolu Liseyinin yanı.                                                                                                                                                                                                                                       
2.  Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti.

3.  4×5 ölçüsündə 4 ədəd fotoşəkil.

4  . 3×4 ölçüsündə 6 ədəd fotoşəkil.

Anadolu Universiteti Azərbaycan Proqramları üçün sənəd qəbulu hansı tarixə qədər davam edəcək?

2018- 2019-cu tədris ili üçün sənəd qəbulu 28 Avqust tarixində qədər davam edəcəkdir.

İngilis dilli ixtisaslara qəbul qaydaları necədir?

“International Relations” (Beynəlxalq Münasibətlər) və “Business Administration” (Biznesin Təşkili  və İdarə Edilməsi) ixtisaslarına qəbul olmaq üçün Anadolu Universiteti tərəfindən keçirilən,

  1. “Yabancı Dil Yeterlilik Sınavı” yəni İngilis dili fənnindan ən az 60 bal toplayan və ya ÖSYM tərəfindən ekvivalentliyi qəbul edilən beynəlxalq İngilis dili imtahanlarından (CAE, IELTS, PTE Academic, TOEFL) 60 bala bərabər nəticə toplayanlar
  2. Türk- Dili və Məntiq Riyaziyyat (Məntiq riyaziyyat fənnlərinin sualları türk-dilində tərtib olunur) fənnlərindən 170 və üzərində nəticə toplayan abituriyentlər təhsil ala bilərlər.

Təhsil haqqı hansı şəkildə ödənilir?

Təhsil haqqı tələbənin şəxsi bank hesabından (18 yaşı tamam olmayanlar ailə üzvlərinin və ya yaxınlarının) universitetin təqdim etdiyi Türkiyə Cumhuriyyətindəki mövcud bank hesabına köçürülür.

Yeni qəbul olan tələbələr üçün təhsil haqqı nə qədərdir?

İllik təhsil haqqı seçilən ixtisas fərqi ilə 960- 970 avro arası dəyişir. Tələbə ilk il istisna olmaqla növbəti ildən etibarən təhsil haqqını iki semest üzrə (Payız və Yaz) ödəyə bilər.

Təhsil prosesi hansı dildə tədbiq olunur?

Təhsil Türk- Dili və İngilis- Dilində aparılır.

İmtahansız İkinci Universitet və qaydaları nələrdir?

Türkiyədə əyani, distant formada təhsil alanlar, təhsilini donduranlar, Açıköğretim və əyani  programlardan məzun olanlar “İmtahansız İkinci Universitet”  şəklində eyni ixtisas olmamaq şərti ilə digər ixtisaslardan seçim edərək (Subbakalavr (Önlisnas) məzunları və tələbələri bakalavr ixtisası olmamaq şərti ilə önlisans ixtisaslarından seçim edərək) qeydiyyatdan keçə bilərlər.

Hal-hazırda başqa bir universitetdə, kollecdə əyani və ya qiyabi təhsil alan tələbələr Anadolu Dövlət Universitetində Distant formada paralel təhsil ala bilərmi?

Anadolu Universiteti  Azərbaycan Programları vasitəsi ilə təhsil aldığınız universitetdən ayrılmadan seçdiyiniz ixtisas üzrə paralel təhsil ala bilərsiniz.

Anadolu Universitetində təhsil alma müddətində ixtisas dəyişdirmə mümkündürmü?

Anadolu Universiteti Açıköğretim Sistemində hər hansı bir ixtisas üzrə təhsil alan tələbələr tədris ilinin sonunda bütün imtahanlardan yüksək balla  keçsələr belə, ixtisas dəyişdirmə edə bilməzlər. İxtisaslarını dəyişdirmək istəyən tələbələr universitetdən qeydiyyatlarını sildirərək, yenidən Qəbul İmtahanında iştirak edib yeni ixtisas seçimi edə bilərlər.

Anadolu Universitetinin təqdim etdiyi distant təhsil diplomlarının (bakalavr və subbakalavr) əyani təhsil diplomlarından fərqi varmı?

Anadolu Universiteti distant və əyani təhsil diplomarı arasında heç bir fərq qoymamaqdadır. Bu qərar ictimaiyyətə rəsmi şəkildə bildirilmişdir. Açıköğretim fakültəsindən məzun olan tələbələrin diplomarının üzərində Açıköğretim fakültəsi və proqramın adı yer almaqdadır.  İktisat və İşletme fakültelerinden məzun olan tələbələrin diplomlarının üzərində  İktisat və ya İşletme fakültəsi və proqramın adı yer almaqdadır. Ətraflı: http://aofsss.anadolu.edu.tr/sorogren.html

Anadolu Universiteti Açıköğretim Sistemi üzrə təhsil alan tələbə əyani təhsilə keçid edə bilərmi?

Açıköğretim sistemindən əyani təhsil sisteminə keçid etmək üçün tələbənin təhsil aldığı proqramdakı “Genel Not Ortalaması” 4.00 üzərindən ən az 3.50 olmalı, bütün fənlərdən başarı notu 100 üzərindən 80-nin üzərində olmalıdır. “Yatay Geçiş” ilə digər şərtləri keçid edilən universitetdən öyrənilməlidir.  Ətraflı:https://aosdestek.anadolu.edu.tr/soru/53

“Onur Belgesi” və “Yüksek Onur Belgesi” hansı şərtlərdə tələbəyə verilməkdədir?

Qeydiyyatı aktiv olan tələbələr: ən az 30 AKTS kredilik dərs alıb bütün dərslərdən müvəffəqiyyətli olan, Dönem Not Ortalaması (DNO) 3.50 və üzərində olan tələbələr “Yüksek Onur Öğrencisi”,  not ortalaması 3.00 ilə 3.49 olanlar isə” Onur Öğrencisi” sayılır. Ancaq Disiplin Cezası olan və ya FF, YZ və DZ notu alan tələbələr göstərilən not ortalamasını toplasalar belə Yüksek Onur Öğrencisi və Onur Öğrencisi sayıla bilməzlər. Genel Not Ortalaması (GNO) 3.50 və üzərində olanlar “Yüksek Onur Mezunu”, 3.00 ilə 3.49-a qədər  olanlar isə “Onur Mezunu” olarlar. Ancaq Disiplin Cezası olan məzunlar göstərilən Not Ortalamasını toplasalar belə Yüksek Onur Mezunu və Onur Mezunu sayıla bilməzlər.Ətraflı:https://aosdestek.anadolu.edu.tr/soru/53

Şəxsi məlumatlarımı necə dəyişdirə bilərəm ?

Tələbələr:  Sistem üzərindən ünvan,  mail ünvanı, telefon nömrələri və digər şəxsi məlumatlarını aof.anadolu.edu.tr ünvanından öğrenci otomosyonu bölümündən tələbə biletlərinin nömrəsi ilə daxil olub yeniləyə bilərlər. Şəxsi məlumatlarını yeniləyən tələbələr Qeydiyyat Mərkəzinə yaxınlaşıb bildirməlidirlər. Əks təqdirdə onlara yeniliklərlə və yeni qərarlarla bağlı sms-lər göndərilməyəcəkdir.

Anadolu Dövlət Universitetində təhsil almaq üçün yaş məhdudiyyəti varmı?

Anadolu Universiteti “Yaşam Boyu Eğitim” sloqanına əsaslanaraq təhsil almaq arzusunda olan vətəndaşlar arasında yaş məhdudiyyəti qoymamaqdadır.

Türkiyə Proqramlarına necə keçid edə bilərəm?

Açıköğretim sistemi üzrə təhsil alan azərbaycanlı tələbələr Türkiyədə ən az 6 aylıq turistik olmayan Yaşayış icazəsi (Otumra İzni) və şəxsiyyət vəsiqələri ilə Türkiyədə Anadolu Universitetinin hər hansı bir xidmət bürosuna yaxınlaşıb keçid etmək istədiklərini bildirən ərizə yazaraq və Yaşayış İcazəsinin əslini təqdim edərək, qeydiyyatlarını Azərbaycan Proqramlarından Türkiyə Proqramlarına köçürə bilərlər.

E-kampüs sistemində yayımlanan Canlı dərsləri izləyə bilmədim, yenidən necə izləyə bilərəm?

1. Brauzerinizin ünvan barına https://ekampus.anadolu.edu.tr yazıb enter düyməsini tuşlayın.

2. Qarşınıza çıxan səhifədə, Giriş Yap: Anadolu Üniversitesi butonuna daxil olun.

3. .Sonrakı ekranda isə Anadolu universitetinin sizə təqdim etdiyi tələbə biletinizin nömrəsi və şifrəni qeyd edərək Oturum Aç butonuna daxil olun.

4. Sisteme daxil olduqdan sonra Derslerim başlığı altında məsul olduğunuz dərslərə giriş etdikdən sonra Canlı Ders bağlantısına daxil olaraq qeydə alınan canlı dərsləri izləyə bilərsiniz.

Türkiyə Proqramlarından Azərbaycan Proqramlarına necə transfer edə bilərəm?

  1. Azərbaycan proqramlarında açılan ixtisaslar ilə eyni ixtisas üzrə təhsil alanlar,
  2. Azərbaycan vətəndaşları; Türkiyə Cümhuriyyəti vətəndaşları və digər ölkə vətəndaşları üçün Azərbaycanda ən az 6 aylıq (turistik olmayan) yaşayış icazəsi olanlar,
  3. Anadolu universiteti Açıköğretim Sistemi- İktisat, İşletme, Açıköğretim fakültələrində daha öncədən qeydiyyatda olub qeydiyyatını sildirməyənlər,                                                                                                            Azərbaycandakı Qeydiyyat Mərkəzinə yaxınlaşaraq transfer istəklərini  ifadə edən ərizə ilə bildirməlidirlər.
Qeydiyyat

 


×
E-Sertifika Üzrə Qeydiyyat

 


×