Məsafəli təhsil

Distant Təhsildə tapşırıqlar, testlər və əlavə materiallar tələbəyə elektron variantda internet vasitəsilə göndərilir, tələbə də bütün testləri, çalışmaları yerinə yetirərək fərdi qaydada öz biliklərini artırır. Proqramın tələblərindən asılı olaraq siz demək olar həm bütün programı elektron varianatda götürə bilərsiniz və ya bir neçə dərsi. Deyək hər hansı universitetdə oxuyursunuz. Yayda həm istirahət etmək istəyirsiniz həm də müəyyən əlavə dərslər götürmək istəyirsiniz. O zaman siz istənilən yerə gedib həm ailənizlə birlikdə ola və dərslərini distant sistem vasitəsi ilə həll edə bilərsiniz. Bu da sizə böyük imkanlar və rahatlıq verəcəkdir.
Nəticə olaraq bu təhsil sisteminin tələbələr üçün üstünlüklərini aşağıdakı kimi sıralamaq olar:
Ölkəni tərk etmədən xarici universitetlərdə təhsil almaq imkanı
•Təhsilin sürətini tənzimləmədəki sərbəstlik
•Həm oxuyub, həm də işləmək imkanı
•İşdən sonra, asudə vaxtlarda və evdə oxuma imkanı
•Nəqliyyat xərclərinin azalması və ya tamamilə yoxluğu,
• Səyahətdə olarkən də təhsil almaq imkanı.

Qeydiyyat

 


×
E-Sertifika Üzrə Qeydiyyat

 


×