“Maşın” şou iştirakçıları Anadolu Universiteti Azərbaycan Proqramlarının qonağı oldular

“Xalq artisti,tanınmış prodüsser Murad Dadaşovun təqdimatında “Xanımlar və cənablar 2” şüarı ilə, “ATV” telekanalında yayımlanan “Maşın” realiti şou 2018-in iştirakçıları (Əli Mirəliyev, Ruhəngiz Musəvi, Pərvin Abıyeva, Roza Zərgərli, Abbas Bağırov, Aytən Səfərova, Cavidan Novruz, Mətanət Əliverdiyeva,Hüseyn Əzizoğlu,Uran, Rahidə Baxışova), eləcə də tanınmış jurnalist və fəlsəfə elmləri doktoru Hacı Nuran və başqaları, şounun formatına uyğun olaraq 05.06.2018 tarixdə realiti şounun dəstəkçisi Anadolu Universitetinin Azərbaycandakı rəsmi tərəfdaş qurumunun qonağı olub.

Qonaqları Universitetin “Azərbaycan  Proqramları” koordinatoru Azər Hətəmov və “Azərbaycan-Türkiyə İş Adamları Birliyi”nin (ATİB) başqanı Camal Yanğın qarşılamışdır. Anadolu Universiteti “Azərbaycan Proqramları” koordinatoru Azər Hətəmov qonaqları salamlayaraq, onları distant təhsil alan tələbələrə xidmət göstərilən binada yaradılmış şəraitlə tanış etmişdir. Qeydiyyat şöbəsinə daxil olan iştirakçıların distant təhsillə bağlı sualları cavablandırılmışdır. Hətta şounun iştiakçılarından olan Uran öyrənci qismində qurumun əməkdaşlarına distant təhsillə bağlı suallar vermiş, məsləhətlər almışdır.

Daha sonra videokonfrans salonunda iştirakçılarla Eskişəhərdən Anadolu Universitetinin rəhbərliyi arasında canlı bağlantı yaradılmış,Anadolu Universiteti “Azərbaycan Proqramları” koordinatoru Azər Hətəmov həm Eskişehir,həm də Bakı studiyasındakı qonaqları təqdim etmişdir. Anadolu Universitetinin birinci prorektoru-Açıq tədris fakültəsinin dekanı professor Yücel Güney və dekan müavinləri interaktiv üsulla baş tutan görüş zamanı qonaqları salamlamış,Anadolu Universitetinin Türkiyədə və dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda heç bir filialının olmadığını,distant təhsilin isə məhz bu cür texnologiyalar əsasında uzaqdan Türkiyədən verildiyini xatırlatmışdır.Sonra isə iştirakçıların digər sualları cavablandırılmışdır.

“Azərbaycan-Türkiyə İş Adamları Birliyi”nin (ATİB) başqanı Camal Yanğın Maşın Realiti Şousunun mahiyyəti,Azərbaycanda nə qədər yayqın olması haqqında Türkiyə tərəfini məlumatlandırmışdır.

Şounun iştirakçılarından olan teleaparıcı, jurnalist  Aytən Səfərova Azərbaycan- Türkiyə dostluğunun tarixindən , eyni millətə, eyni dilə, eyni dinə sahib olan iki xalq arasındakı ən təbii hisslərdən, bu əlaqələrin  möhkəmlənməsindən, güclənməsindən, durmadan inkişaf etməsindən bəhs etmiş, fikirlərini “Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı” ifadəsi ilə sonlandırmışdır.

Türkiyə və Azərbaycanın bir millət iki dövlət olduğunu söyləyən dəyərli sənətkar Əli Mirəliyev Türkiyə-Azərbaycan qardaşlığı və türklərin 1918-ci ildə Bakının erməni işğalından azad edilməsindəki müstəsna qardaşlıq nümunəsi haqqında hələ uşaq vaxtlarından bildiyini dilə gətirərək bu münasibətlərin daha da möhkəmlənməsini, güclənməsini arzu etdiyini diləmişdir.

Daha sonra qonaqlarla çay süfrəsi arxasında səmimi söhbətlər edilmişdir.Anadolu Universiteti “Azərbaycan Proqramları” koordinatoru Azər Hətəmov qonaqlara Anadolu Universitetinin tarixindən, distant təhsil sahəsində yaradılmış şəraitdən,təhsilin üstünlüklərindən bəhs etmişdir, təhsil sahəsində ünvanlanan suallara cavab vermişdir.

Eləcə də, qonaqlarla görüşə böyük maraq göstərən universitetin tələbələri  də qonaqlara suallarını ünvanlamış, onlarla şəkillər çəkdirmişlər.

Sonda bütün iştirakçılara təhsil haqqına 50 faizlik endirim kuponları, gül-çiçək dəstələri və digər hədiyyələr təqdim olunmuş, Universitetin cübbə və keplərini geyinən iştirakçılarla qurumun qarşısında xatirə şəkilləri çəkilmişdir.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Qeydiyyat

 


×
E-Sertifika Üzrə Qeydiyyat

 


×