Facebook müsabiqəmizin qalibi Aygün Məmmədovaya hədiyyəsi təqdim olundu

31 may 2018-ci il tarixdə Anadolu Universiteti Azərbaycan Proqramlarının  “anadoluaz” Rəsmi Facebok səhifəsində may ayında  təşkil edilmiş  müsabiqənin qalibi Aygün Məmmədovaya hədiyyəsi təqdim  olunmuşdur. Qalibə hədiyyəni Anadolu Universiteti Azərbaycan Proqramları üzrə nümayəndəsi Araz Hətəmzadə təqdim etmişdir. O, qalibimizi  təbrik etmiş  , Anadolu Universiteti barədə məlumatlar verərək gələcəkdə də bu cür müsabiqələrin davamlı olaraq keçiriləcəyini bildirmişdir.
Daha sonra müsabiqənin qalibi Aygün xanım ,Anadolu Universiteti Azərbaycan Proqramlarının rəhbərliyinə və bütün kollektivinə öz təşəkkürünü bildirmişdir.
Görüşdən olan  şəkilləri  sizə təqdim edirik.
Biz də öz növbəmizdə müsabiqə qalibimizi bir daha təbrik edir, bütün sosial media  izləyicilərimizi isə növbəti müsabiqələrimizdə aktiv iştirak edərək qalib olmağa dəvət edirik.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Qeydiyyat

 


×
E-Sertifika Üzrə Qeydiyyat

 


×