Fərəh Quliyeva: “Anadolu Universitetində təhsil almaqdan qürur duyuram”

  • gallery
  • gallery
  • gallery
  • gallery

Sual:      İlk olaraq özünüzü təqdim edin?
Cavab: Fərəh Quliyeva. Bakı şəhəri 248 nömrəli məktəbi bitirmişəm. Hazırda Anadolu Universiteti Açıköğretim fakültəsinin işletme bölümündə distant təhsil alıram.
Sual:     Sizcə Anadolu Universitetində distant təhsil almaq, uğurlu nəticələr əldə etmək hədsiz çətindirmi?
Cavab: Təbii ki, çox asan da deyil və bizdən məsuliyyət tələb edir. Universitetlərdə “qızıl qayda” var: oxuyan tələbə mütləq yaxşı nəticə əldə edəcək. Bu qayda xüsusilə Anadolu Universiteti üçün keçərlidir.
Sual:      Hansı dərs vəsaitlərindən istifadə edirsiniz?
Cavab:  Anadolu Universitetinin dərs kitablarından istifadə edirəm.
Sual:     Universitetdən kənar hansı fəaliyyətlə məşğulsunuz?
Cavab:   Psixologiya elmini dərindən öyrənməyə çalışıram və bu sahədə kurslara qatılıb beynəlxalq dərəcəli sertifikat əldə etmişəm. Fürsətdən istifadə edib onu da vurğulayım ki, mart ayının 15-də seminarım keçiriləcək. Tələbə yoldaşlarım da iştirak edə bilərlər.
Sual:     Distant təhsil haqqında nə düşünürsünüz?
Cavab: Əslində distant təhsil haqqında Anadolu Universitetinə müraciət etməzdən əvvəl maraqlanmışdım. Distant təhsil biz tələbələr üçün zamana qənaət, karyera yoluna daha tez qədəm qoymaq, müstəqil, özünütəhsil ala bilmək qabiliyyətini aşılamaq və digər işlərimizin asanlaşmasına yardım edir. İnkişaf etmiş dünya ölkələri, eləcə də Türkiyə bu sistemə uzun illər əvvəl keçdikləri üçün tələbələrə daha yaxşı tədris verirlər.
Sual:     Anadolu Universitet haqqında fikirləriniz?
Cavab: Qəbul imtahanı verməmişdən əvvəl universitet haqqında artıq müəyyən məlumatlar toplamışdım. Məhz buna görə də Anadolu Universitetini seçdim. Burada oxumaqdan qürur duyuram, çünki mən distant təhsil alan tələbə sayına görə dünyanın üç universitetindən biri olan Anadolu Universitetinin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Qeydiyyat

 


×
E-Sertifika Üzrə Qeydiyyat

 


×