Anadolu Universiteti məzunu Asim Baratzadə: “Məqsədimə çatmaq üçün Anadolu Universitetinin məzunu oldum”

  • gallery
  • gallery
  • gallery
  • gallery
  • gallery

Əvvəla sizi Anadolu Universiteti Azərbaycan Proqramlarından  məzun olduğunuz  üçün təbrik edirik. Zəhmət olmasa, özünüz haqqında qısa məlumat verərdiniz.

–         Mən  Asim Baratzadə  Hafiz  oğlu  1993-cu il 21 avqust Xızı rayonunda anadan olmuşam. Təbrikiniz üçün  sizə öz minnətdarlığımı bildirirəm.

–         Anadolu Universiteti distant təhsil sistemi məzunu olaraq, təhsilin bu növü ilə bağlı  fikirlərinizi öyrənmək bizə və oxucularımıza maraqlı olardı.

–         Təbiiki qəbul olmadan əvvəl Anadolu  Universitetinin yüksək təhsil verməsi və Türkiyədə nüfuzlu bir universitet olması haqqında məlumatlı idim. Hər kəs kimi mənim də arzum  hər zaman nüfuzlu universitetlərin birinin  məzunu olmaq olub. Lakin İT sahəsində işlədiyim üçün əyani oxumaq imkanım yox idi. Anadolu Universitetinin “Azərbaycan Proqramları” adlı layihəsi sayəsində öz xəyalımı gerçəkləşdirmə fürsətim oldu.Azərbaycan  gənclərinin Türkiyəyə getmədən distant təhsil sayəsində ali təhsil almasını öyrənəndə  sevincimin həddi-hüdudu yox idi. Mən qəbul olan il distant təhsil Azərbaycanda indiki kimi geniş yayılmamışdı. Mən məhz distant təhsil sayəsində bakalavr təhsilimi tamamlayaraq bu il məzun oldum. Distant təhsili Azərbaycana gətirən  Anadolu Universiteti Rektorluğuna, Anadolu Universiteti Azərbaycan Proqramları  Koordinatorluğuna minnətdarıq  və çox şadam ki, bu böyük Anadolu ailəsinin bir fərdi oldum. Təhsilin distant növü mənə görə dünyanın istənilən nöqtəsində uğur qazana biləcək və tələbələrə uğur qazandıracaq bir təhsil sistemidir.

–         Ali təhsil almaq həyatımızda mühüm yer tutur. Bu mənada,  bitirdiyiniz Anadolu Universitetinin  sizin həyatınızda oynadığı roldan və sizə verdiyi təhsilin  keyfiyyəti barədə fikirlərinizi öyrənmək maraqlı olardı? 

–         Hər bir insanın qarşısına qoyduğu bir məqsədi var və bu məqsədə çatmaq üçün ali təhsil almaq çox vacibdir. Mən də məqsədlərimə çatmaq üçün Anadolu Universitetinin məzunu olmağı seçdim. Anadolu Universiteti öz tələbələrinə keyfiyyətli ali təhsil almaları üçün hər bir şərait yaradıb, istər dərslik kitabları,  istərsə də online videokonfrans dərslər, kitablarla təminat isə tələbələrə böyük dəstək olur. Bu da tələbənin imtahana rahatlıqla hazırlaşmasında və uğurlu nəticə əldə etməsində böyük rol oynayır. Bundan əlavə hər bir tələbənin öz şəxsi portalında Anadolum “e-kampüs” sistemində, dərsliklərin pdf kitab versiyası, “ünite özeti”, “çıkmış sınav soruları”, “sorularla öğrenelim”, “çözümlü sorular”, “sesli kitap” və.s  vəsaitlərdən hər bir tələbə yararlana bilir. Bu baxımdan təhsil keyfiyyəti yüksək olan Anadolu Universitetinin məzunu olmaq qürurvericidir.

–         Hər kəs universitetdə təhsil alarkən gələcək üçün bəzi xəyallar qurur. Təhsil aldığınız müddətdə gələcəyinizlə bağlı planlarınız nədən ibarət idi ?

–         Hər kəsin gələcəklə bağlı böyük xəyalları olur, mənim də ən böyük istəyim  əyləncə mərkəzləri şəbəkəsi qurmaqdır.  Bu arzumu reallaşdıracağıma inanıram

–         Hər il ənənəvi olaraq Türkiyədə keçirilən “Məzun Günü”  tədbirində bu il  siz də iştirak etdiniz, təəssüratlarınızı bilmək istərdik.

–         O gözəl və özəl günü yaşamaq mənə də nəsib oldu. Türkiyədə keçirilən möhtəşəm “Məzun Günü”nün əsas məqsədi keplərin havaya atılmasıdır. Mən bu sevinci öz məzun yoldaşlarımla birgə yaşadım və orda dünyanın bütün ölkələrindən olan məzunlar var idi. Bir şeyi də qeyd edim ki, Azərbaycana qarşı xüsusi diqqət və qayğı gördük. Biz tədbirin keçirildiyi “İki Eylül” stadionuna daxil olarkən çox fərqli şəkildə hər birimizin əlində bayraqlarla daxil olduq böyük bir izdiham və coşqu var idi amma Azərbaycan tələbləri izdihamın içində xüsusilə seçilirdi. Bu da bizim fərqimiz idi yəqinki …

–         Hal-hazırda Anadolu Universiteti Azərbaycan Proqramlarında oxuyan tələbə dostlarınıza tövsiyyələriniz nədir?

–         Bir məzun olaraq tələbələrə  tövsiyyəm  imtahana  az vaxt  qalmış hazırlaşmağa çalışmasınlar,  imtahanlara hazırlaşmaq üçün  kifayət qədər vaxt olur, bu  vaxtdan səmərli istifadə etsinlər, dərslikləri oxuduqdan sonra əvvəlki illərin testləri ilə oxunanları möhkəmləndirmək lazımdır. Sonda hər  bir tələbə dostumuza məzun olmağı və o möhtəşəm “Məzun Günü” tədbirində iştirak etməyi  arzu edirəm.

–         Bundan sonra  yeni biliklər əldə etmək istədiyiniz başqa sahələrlə bağlı yenidən Anadolu Universitetinə müraciət  edərsinizmi?

–         Turizm və Otelçilik sahəsində  təhsil almağı çox istərdim, çünki bu sahəyə  böyük marağım var. Amma hələki başqa planlar nəzərdə tutduğum üçün hal-hazırda istədiyim bu sahə üzrə təəssüfki təhsil ala bilmirəm.

–         Anadolu Universitetində təhsil almış bir tələbə kimi abituriyentlərə universitet seçimində kömək edəcək hansı məsləhətləri verə bilərsiniz?

–         Ən gözəl seçimi təbiiki abituriyentlər özləri edəcəklər. Amma  hər bir abituriyent  keyfiyyətli  təhsil axtarşında olur və bunun üçün çox vaxt xaricə üz tuturlar.  Odur ki, onlara Azərbaycanı tərk etmədən Anadolu  Universitetində təhsil almalarını məsləhət görürəm.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Qeydiyyat

 


×
E-Sertifika Üzrə Qeydiyyat

 


×