10-cu sinif şagirdləri üçün sınaq imtahanı keçiriləcək

 

Mayın 6-da yeni təhsil proqramları (kurikulumlar) əsasında 10-cu sinif şagirdləri üçün 5–10-cu siniflər (10-cu sinif birinci yarımilədək) üzrə məzmun standartlarının reallaşması səviyyəsinin yoxlanılması məqsədi İlə sınaq imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, sınaq imtahanında yalnız hazırda 10-cu sinifdə təhsil alan şagirdlər iştirak edə bilərlər.

Sınaq imtahanına qeydiyyat aprelin 30-u saat 10:00-dək aparılacaq.

İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq.

2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının modelinə uyğun olaraq test tapşırıqları hər blokda 3 imtahan fənni üzrə aşağıdakı kimi təqdim olunacaq.

I blok II blok III blok IV blok
Riyaziyyat Riyaziyyat Azərbaycan (rus) dili Biologiya
Fizika Coğrafiya Tarix Kimya
Kimya Tarix Ədəbiyyat Fizika

Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlar.

Qeyd edək ki, 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanları yeni təhsil proqramları (kurikulumlar) üzrə keçiriləcək. Həmin qəbul imtahanlarının, Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, bu sınaq imtahanı modelinə uyğun təşkil olunması nəzərdə tutulur.

Sınaq imtahanlarında qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az saytında “Şəxsi kabinet” yaradılmalıdır. “Şəxsi kabinet”in “Hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ (20 AZN) yüklənilir. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar.

Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan vaxtı, yeri seçilir. Daha sonra şəxsiyyət təsdiq edən sənədin məlumatları, imtahan verəcəyiniz bölmə, imtahan bloku seçilir və “Qeydə al” düyməsi basılır. “Qeydə al” düyməsini basdıqdan sonra “İmtahana buraxılış vərəqəsi”ni çap etmək mümkündür.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Qeydiyyat

 


×
E-Sertifika Üzrə Qeydiyyat

 


×