İngilis dilindən hazırlıq kursunun ilk dərsi 8 noyabr tarixində saat 12:30-da keçiriləcəkdir

Bildiyiniz kimi sizlərin, dərslərinizdə və imtahanlarınızda daha uğurlu nəticə əldə etməsi üçün görülən tədbirlər sırasında, biz həm də sizlərin hansı dərslərdən hazırlıq kursunda iştirak etmək arzunuzu və istəklərinizi nəzərə alaraq SORĞU ANKETİ hazırladıq və destek@anadolu.edu.az mail ünvanına müraciət etmək şansı yaratdıq. Həmin sorğuların statistik nəticələrinin təhlili göstərir ki, tələblərimiz Türk Dili və Matematik fənnləri ilə yanaşı, ən çox İngilis Dili kurslarında iştirak etmək arzusundadırlar. Buna görə də, sizlər üçün yüksək ixtisaslı İngilis Dili müəllimlərinin iştirakı ilə 8 noyabr tarixindən etibarən hazırlıq kursları başlanacaqdır. Hazırlıq kursunun ilk dərsi 8 noyabr tarixində saat 12:30-da keçiriləcəkdir. İngilis dili kurslarnın yeni qruplarına yazılmaq istəyən tələbələr Qeydiyyat Mərkəzimizə yaxınlaşa bilər və ya destek@anadolu.edu.az mail ünvanına yazılı şəkildə müraciət edə bilərlər.
Ünvan: Bakı şəh., 8-mkr., İbrahimpaşa Dadaşov küç 74V. (Azadlıq metrosunun yaxınlığı)
Əlaqə: (012) 563 20 20, (012) 563 09 09, (070) 892 07 07.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Qeydiyyat

 


×
E-Sertifika Üzrə Qeydiyyat

 


×