Türkiyənin Anadolu Dövlət Universitetində Azərbaycandan distant formada ali təhsil alaraq 2017-ci ildə məzun olmuş bir qrup tələbələrinə diplomları təqdim olunmuşdur

04 noyabr 2017-ci ildə Türkiyənin Anadolu Universitetində Azərbaycandan distant formada təhsil alaraq 2017-ci ildə məzun olmuş Nigar Abbaszadə,Türkan İsmayılova , Əli Süleymanlı , Nigar Abdullayevaya diplomlari, Paşa Əhmədov və Gülay İsmayılovaya isə Onur Belgeleri təqdim olunmuşdur.Diplomları məzunlarımıza Anadolu Dövlət Universitetinin Merkez Büro memuru Saffet Ahmet Çevik və Anadolu Universiteti Azərbaycan Proqramlarının nümayəndəsi Araz Hətəmzadə təqdim etmişlər. Saffet Ahmet Çevik və Araz Hətəmzadə məzunları təbrik etmiş və onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.
Məzunlar Anadolu Universitetinin onlar üçün yaratdığı imkan və fürsətə görə öz təşəkkürlərini bildirmişdilər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Qeydiyyat

 


×
E-Sertifika Üzrə Qeydiyyat

 


×